Zəhra (s.ə)-nın ömrünün son günləri(04.05.2020 | 12:41)
zəhra (s.ə)-nın ömrünün son günləri. 1.fatimə (s.ə)-nin Əbu bəkr və Ömərə söylədikləri. fatimə (s.ə) şəhadət çarpayısında son günlərini yaşayarkən Əli(ə.s)-yə vəsiyyət etdi ki, onun(fatimə (s.ə)-nin) həyatında olan hadisələri (başına gələnləri) gizli saxlasın və ağır xəstəliyi haqqında heç kəsə xəbər verməsin. İmam Əli(ə.s) onun vəsiyyətini yerinə yetirdi. Əli(ə.s) özü fatimə (s.ə)-yə qulluq edirdi. Əsma binti Ümeys də (o vaxtlar Əbu bəkrin arvadı idi) zəhra (s.ə)-nın «xəstəliyinin gizli saxlanılması» vəsiyyətini yerinə yetirmiş olsun deyə, gizlin-gizlin zəhra (s.ə)-ya xidmət edirdi. peyğəmbər (s) (özündən sonra) zəhra (s.ə)-nın başına gələcək zülmlər barədə ona xəbər verdiyi kimi, bu xəstəliyini də qabaqcadan xəbər vermişdi. sonra fatimə (s.ə)-nin ağrıları daha da gücləndi. allah-təala (məna aləmində) həzrəti-məryəmi fatimə (s.ə)-yə qulluq etmək və onunla ünsiyyətdə olmaq üçün göndərdi. Əbu bəkrlə Ömər fatimə (s.ə)-nin ağır xəstəliyindən və bərk ağrılar keçirdiyindən xəbərdar olduqda ona baş çəkmək üçün qapısına gəlib evə girməyə icazə istədilər. amma fatimə (s.ə) icazə vermədi. Ömər Əli(ə.s) ilə görüşüb ona dedi: __ Əbu bəkr incə qəlbli bir qocadır, peyğəmbərin dostu və səhabələrindəndir. neçə dəfə onunla bura gəlib icazə istəmişik, ancaq fatimə icazə verməyib. Əgər məsləhət bilirsənsə, fatimədən icazə al ki, bizi qəbul eləsin. Əli(ə.s) buyurdu: __ Çox yaxşı, görüm, bəlkə icazə ala bildim. həzrəti-Əli(ə.s) fatimə (s.ə)-nin yanına gəlib buyurdu: __ ey peyğəmbərin qızı! bilirsən ki, bunlar səninlə görüşməkdən ötrü neçə dəfə gəlib icazə istəyiblər, amma sən onlara icazə verməmisən. onlar səndən icazə almağım üçün xahiş ediblər. mən də səndən xahiş edirəm ki, Əbu bəkrlə Ömərə icazə verəsən. fatimə buyurdu: __ allaha and olsun, onlarla bir kəlmə belə kəsməyəcəyəm. peyğəmbərlə görüşüb, onların mənə etdiklərindən peyğəmbərə şikayət edəcəyəm. Əli(ə.s) buyurdu: __ mən səndən onlar üçün icazə almağı onlara zəmanət vermişəm. xanım zəhra (s.ə): __ Əgər zəmanət vermisənsə, ev sənin evindir, qadınlar da kişilərə itaət etməlidirlər. mən heç vaxt sənin istəyinə qarşı çıxmamışam, istədiyinə icazə ver. Əli(ə.s) evdən çıxıb Əbu bəkr və Ömərə buyurdu: __ İcazə verdi. onlar evə daxil oldular. fatimə (s.ə)-ni gördükdə salam verdilər. amma fatimə (s.ə) onların salamınının cavabını vermədi, üzünü onlardan yan çevirdi. onlar fatimə (s.ə) ilə üzbəüz oturmaqdan ötrü fırlandılar. fatimə (s.ə) yenə də üzünü onlardan yan çevirdi. bu iş neçə dəfə təkrar olundu. bu vaxt o, Əli(ə.s)-yə ərz etdi: __ mənim üzümü ört. həzrəti-zəhra (s.ə) xidmətində olan qadınlara buyurdu: __ mənim üzümü çevirin. zəhra (s.ə)-nın üzünü çevirdikdən sonra həmin iki nəfər yenə də zəhra (s.ə) ilə üzbəüz oturdu. xahiş etdilər ki, zəhra (s.ə) onlardan razı qalsın və keçmişləri yaddan çıxartsın. fatimə (s.ə) buyurdu: __ sizi allaha and verirəm! yadınızdadırmı, peyğəmbər (s) Əli(ə.s)-yə aid bir hadisə ilə bağlı bizi gecə yarısı öz hüzuruna çağırtdırdı? onlar dedilər: __ o gecə yadımızdadır. fatimə buyurdu: __ sizi and verirəm allaha! peyğəmbər (s)-dən eşitdinizmi: «fatimə mənim bədənimin yarısıdır və mən ondanam, ona əziyyət edən mənə əziyyət etmişdir. mənə əziyyət edən isə allaha əziyyət etmişdir. mənə ölümümdən sonra ona əziyyət edən şəxs elə bil, mənim sağlığımda ona əziyyət edib. mənim sağlığımda ona əziyyət edən isə elə bil, mənim ölümümdən sonra ona əziyyət etmişdir». dedilər: __ bəli, eşitmişik. buyurdu: __ allaha şükr olsun. allahım, sən özün şahidsən, həmçinin burada olanlar, siz də şahidsiniz ki, bunlar (Əbu bəkr və Ömər) mənə əziyyət vermişlər. alaha and olsun, nə qədər ki allahımla görüşüb, onların mənə etdikləri zülmdən şikayət etməmişəm, bir kəlmə də onlarla söz danışmaram. başqa bir mənbəyə əsasən, fatimə (s.ə) əllərini göyə açıb buyurdu: __ İlahi, bu iki nəfər mənə əziyyət etdi, onlardan şikayətimi sənin və peyğəmbəri(s)-nin hüzurunda deyəcəyəm. atam rəsulullah(s)-la görüşüb sizin mənə etdiyiniz zülm və haqsızlıqları ona çatdırmayınca, sizə halal etməyəcəyəm. qoy o özü mənimlə sizin aranızda olanları mühakimə etsin. bu vaxt Əbu bəkr çığırdı: __ vay olsun mənim halıma, ah o ilahi əzab...!!! ey kaş! anam məni doğmayaydı. Ömər Əbu bəkrə dedi: __ səni özlərinə rəhbər seçən camaata təəccüb edirəm. sən süst qoca bir kişisən. bir qadınıın qəzəbindən belə qorxursan, bir qadının xoş rəftarından isə xoşhal olursan. sonra onlar ayağa qalxıb getdilər. fatimə (s.ə) bu vaxt Əli(ə.s)-yə dedi: __ İstədiyini yerinə yetirdimmi? (onlara evə daxil olmağa icazə verdim.) Əli(ə.s) buyurdu: __ bəli. fatimə (s.ə): __ səni and verirəm allaha, elə et ki, bu iki nəfər mənim cənazəmə namaz qılmasın, qəbrimin kənarında durmasın. allahın rəsulu(s) vəfat edən zaman böyük–kiçik, kişi–qadın, qoca–cavan, ümumiyyətlə bütün mədinə əhalisi matəm saxlamışdı. elə bir müsəlman tapmazdın ki, peyğəmbər (s)-in vəfatına görə qəmgin olmasın. bir sözlə, mədinə şəhəri ah-nalə səsinə qərq olmuşdu. bu ayrılıq ən çox həzrəti-mühəmməd(s)-in yaxınlarına, xüsusən əmisi oğlu Əli(ə.s)-yə daha çox təsir etmişdi. hətta bəziləri həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz tutsaydı, dağların belə buna dözümü çatmazdı. lakin heç kim həzrəti-fatimə (s.ə) kimi qəmgin ola bilməzdi. yalnız allah özü buna şahid idi. get-gedə kədər artır, göz yaşı isə dayanmırdı. fatimə atası(s)-nın qəbri kənarında (viii gün). ravi yazır: «peyğəmbər (s)-in vəfatından 7 gün sonra səkkizinci gün fatimə (s.ə) atasını ziyarət etmək niyyəti ilə evdən ağlaya-ağlaya qəbir üstünə yollandı. xanım(s.ə)-ın ağlamaqdan gözləri qaralmışdı. narahatlığın təsirindən çadrası yerlə sürünürdü. atasının qəbrinə gözü sataşan kimi özündən gedib məzarın üzərinə yıxıldı. mədinə qadınları onun köməyinə çatıb, həzrəti-zəhra (s.ə)-nın üzünə su səpib onu huşa gətirdilər. daha sonra fatimə ağlaya-ağlaya atasına xitab edərək belə buyurdu: «atacan, qüvvətim tükənib, səbrim qurtarıb, düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. ey əziz atam! daha tənha qalmışam, səndən sonra səsim kəsilib, belim bükülüb, həyatım bir-birinə dəyib. səndən sonra dəhşətli günlərimi keçirirəm. İndi məni sakitləşdirən də yoxdur. qəm- qüssəm gündən- günə artır. atacan, səndən sonra kim bu ümmətin fəryadına yetişəcək? ey ata, səndən sonra camaat bizdən üz döndərdi. görəsən, nə vaxt yanına gələcəyəm? İlahi, mənim ölümümü tezliklə yetir, çünki dünya və həyat mənim üçün artıq daralıb». fatimə (s.ə)-nin kədəri və mədinə camaatının təklifi. ağlayıb qəlbini boşaltdıqdan sonra fatimə (s.ə) evə qayıtdı. o, gecə-gündüz ağlayıb göz yaşı tökürdü. mədinə böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib belə dedi: __ fatimə gecə-gündüz aglayır. gecələr onun ah-naləsindən yata, gündüzlər isə dincələ bilmirik. səndən xahiş edirik, fatiməyə deyəsən, heç olmasa, ya gecə ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın, gecələr biz dincələk. həzrəti-Əli(ə.s) buyurdu: __ Çox yaxşı, mən sizin xahişinizi ona çatdıraram. həzrəti-Əli(ə.s) fatimə (s.ə)-nin yanına gəlib onu ağlar gördü. fatimə Əli(ə.s)-ni görüb bir az sakitləşdi. həzrəti-Əli(ə.s) fatimə (s.ə)-yə buyurdu: __ mədinə böyükləri məndən xahiş ediblər ki, ya gecə, ya da ancaq gündüz ağlayasan. fatimə (s): __ ey Əbul həsən! mən bu camaatın arasında çox az yaşayacağam və tezliklə bunlardan ayrılacağam. Əli(ə.s): __ İxtiyar sahibisən. sonra Əli(ə.s) mədinə evlərindən uzaqda, bəqi qəbirstanlığında fatimə (s.ə) üçün (ağlamaq üçün) kiçik bir ev düzəltdi. bu evi «beytül-əhzan», yəni «qəm evi» adlandırdı. fatimə hər gün sübh vaxtı həsən(ə.s) və hüseynlə (ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib xanım(s.ə)-ını evə aparardı. bilal həbəşinin azan verməsi. ravi yazır: «bir gün fatimə (s.ə) buyurdu: __ Ürəyim çox istəyir ki, atamın müəzzini azan versin və mən də onun səsini eşidim. bu xəbər bilala çatdıqda bilal azan verməyə başladı: «allahu Əkbər. allahu Əkbər». fatimə bu səsi eşidən kimi atasının zamanı yadına düşdü. Özünü saxlaya bilməyib, ağlamağa başladı. fatimə «Əşhədu ənnə mühəmmədən rəsulullah» səsini eşidən kimi bihuş olub yerə yıxıldı. camaat bilala dedi: «azanı saxla. fatimə (s.ə) dünyadan getdi». onlar belə güman etdilər ki, fatimə (s.ə) vəfat edib. bilal azanı saxladı. fatimə huşa gəlib ayıldıqdan sonra bilala buyurdu: «azanı axıra kimi oxu». bilal azanı davam etməyib dedi: «ey xanımlır xanımı, qorxuram, mənim səsimi eşitməklə sizə bir xətər yetişə». fatimə Ühüd şəhidlərinin qəbri kənarında. İmam sadiq(ə.s) bu barədə belə söyləyir: «fatimə (s.ə) peyğəmbər (s)-in vəfatından sonra cəmi yetmiş beş gün yaşadı. bu yetmiş beş gündə heç kim onu gülərüz görmədi. həftədə iki dəfə (i və iii günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. o xanım vəfat edənə kimi bu işi davam etdirirdi». mahmud ibn lübeyddən rəvayət olunub ki, həzrəti-mühəmməd(s) vəfat etdikdən sonra fatimə (s.ə) atası(s)-nın qəbri kənarına gəlib ağlayardı. gördüm ki, fatimə (s.ə) orada ağlayır. sakitləşəndən sonra fatiməyə yaxınlaşıb dedim: «ey xanımlar xanımı! sizin bu halınıza dözə bilmirəm». fatimə (s.ə) buyurdu: «ey Əbu Ömər! ağlamağın yeri var. Çünki mən ataların ən yaxşısını itirmişəm. Ürəyim çox istəyir, atamı görəm». həzrəti-zəhra (s.ə)-nın dua və vəsiyyəti. İmam baqir (ə.s) söyləyir: «fatimə (s.ə) atası peyğəmbər (s.ə)-in vəfatından altmış gün keçdikdən sonra xəstələndi. həzrəti-zəhra (s.ə) xəstə olarkən belə dua edərdi: «ey qadir və diri olan allah! sənin rəhmətinə pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni behişt əhlindən qərar ver». bu zaman həzrəti-Əli(ə.s) fatimə (s.ə)-yə buyurdu: __ allahdan arzum budur ki, səni tezliklə sağaldıb şəfa versin. fatimə (s.ə): __ ey Əbul həsən, allahımla görüşməyimə çox az qalıb. daha sonra xanım(s.ə)-ı Əli(ə.s)-yə vəsiyyət elədi ki, məndən sonra bacım qızı Əmamə (Əbul asın qızı) ilə evlənərsən. Çünki yalnız o, (Əmamə) məndən sonra uşaqlarıma mehribanlıq göstərər». başqa bir rəvayətdə belə söylənilir: «fatimə (s.ə) Əli(ə.s)-yə dedi: __ mənim səndən bir xahişim var. Əli(ə.s) buyurdu: __ ey peyğəmbərin qızı, sözünü buyur, onu mütləq yerinə yetirərəm. fatimə: __ səni and verirəm allaha və atamın haqqına, Əbu bəkrlə Ömər mənim cənazəmə namaz qılmasınlar. allahın rəsulu(s) mənə buyurmuşdur: «sən mənim Əhli-beytimdən ilk adamsan ki, mənim yanıma gələcəksən». bu xəbəri sənə vermək mənə çox ağır gəlir». İmam baqir (ə.s) buyurur: «peyğəmbərin vəfatından 50 gün keçmişdi. həzrəti-fatimə (s.ə)-nin xəstəliyi güclənirdi. o xanım bilirdi ki, elə bu xəstəliklə də dünyadan gedəcək. fatimə (s.ə) buyurdu: «ya Əli, allahın işinə səbir et və məni gecə qüsl edib kəfənləyər, dəfn edərsən». həzrəti-Əli(ə.s) fatimə (s.ə)-nin vəsiyyətinə əməl etdi. fatimə (s.ə) söyləyir: «atam rəsulullah(s)-ı yuxuda gördüm. o həzrətdən sonra bizim başımıza gələnlərin hamısını peyğəmbər (s)-ə danışdım. rəsuli-əkrəm(s) buyurdu: «sizin üçün axirətdə əbədi ev var. bu ev təqvalılar üçündür. sən tezliklə bizim yanımıza gələcəksən».
 0  13  + 3