Tebii (heyvani) ve Qudsi (Ilahi) nefs(03.04.2020 | 13:11)
tebii ve ya heyvani nefs dunya malina, gunaha, alcaq işlere meyllidir. eqoizm, ozuneperestlik, paxilliq ve s. bu nefsin xususiyyetleridir. qudsi ve ya ilahi nefs ise allahla yaxinliğa, merhemete, edalete, fedakarliğa ve s. meyllidir. bu nefs pak olan ilahi bir ruhdur. hicr suresinin 29-cu ayesinde buyurulur: ona oz ruhumdan ufurduyum zaman ona secde edin. beli, mutmeinne nefs hemin ruhdur. demek, daxilimizde daim mubarizede olan quvveler eyni bir nefsin iki yonumudur. İnsan cism ve ruhdan teşkil olunduğundan bezi ehtiyaclar ruha, bezileri ise cisme aiddir. meselen, pulu olmayan insan yemek istemekle yanaşi, kimseye el acmayib şexsiyyetini qorumaq da isteyir. o, ya şexsiyyetini qoruyub ac qalmali, ya da şexsiyyetini sindirib qarnini doyurmalidir. bu istekden biri cisme, digeri ruha aiddir. bu mubarize biri heyvani, digeri ilahi olan iki men ve ya iki ruh arasinda yox, vahid insanin iki isteyi arasinda gedir. ola biler ki, iki istek bir-birine muqavimet yox, yardim gostersin.
 0  13  + 5