SÜNNƏ HAQQINDA TƏHQİQAT, TƏDQİQAT VƏ İSBAT QAYDASI(03.04.2020 | 13:12)
Әhli-beyt (ə) məktəbinin alimləri bir sıra qaydalara əsaslanaraq peyğəmbərin (s) sünnəsi üzərində tədqiqat işləri aparıb, həqiqi sünnəni müəyyən edərək dəqiqləşdiriblər. qeyd edək ki, bu qaydaların tə᾽məl və əsaslarını qabaqca hədislərdə bu mövzuya işarə etdiyimiz kimi İmamlar (ə) da aydınlaşdırmışlar. Şiə alimləri o qaydaya əsaslanaraq həmişə peyğəmbərin (s) sünnəsi haqqında tədqiq metodundan istifadə etmiş və heç bir sünnəni tədqiq etmədən, doğruluğuna tə᾽minat verməmişlər. həmçinin, onların hər biri haqqında tədqiqat işləri aparıldıqdan və doğruluğu isbat edildikdən sonra, onlardan istifadə edilərək ümumi qanunlar, hökmlər və əqidələrin kəşf və müəyyən olunması imzalanmışdır. eyni zamanda doğruluğu isbat olunmayanlar isə qəbul olunmayıb rədd edilmişlər. ona görə də Әhli-beyt (ə) məktəbinin alimləri heç bir hədis kitabını bütövlüklə düzgün hesab etmirlər. lakin, onlar bu əqidədədirlər ki, o kitabların hamısının üzərində tədqiq və təhqiq işləri aparılsın. məsələn, Әhli-beyt (ə) yolu ilə nəql edilən hədisləri bir yerə toplayan kitabların içərisində aşağıdakıların adlarını qeyd edə bilərik: 1. «Әl-kafi», məhəmməd ibni yə᾽qub kuleyni (rəhmətullah əleyh) 2. «Әl-istibsar», Şeyx tusi (r.ə.) 3. «Әt-təhzib», Şeyx tusi (r.ə.) 4. «mən la yəhzuruhul-fəqih», Şeyx səduq (r.ə.) 5. «vəsailuş-şiə», Şeyx hurr amili (r.ə.) 6. «biharul-ənvar», Әllamə məclisi (r.ə.) Әhli-beyt (ə) məktəbinin alimləri, fiqhi, əqidəvi məsələlər və digər ümumi maarifdə onların ardıcılları və bu yola əsaslanan digər şəxslər bu kitablarda nəql edilən hədislər üzərində müəyyən qaydalara əsaslanaraq olduğu kimi təhqiq və tədqiq etmiş və onların bir çoxunu e᾽tibar dərəcəsinə gətirmişlər. Әməl etməyə gəldikdə isə, onlarda yalnız doğruluğu isbat olunan hədislərə əməl edirik. bu məktəbin alimləri qeyd etdiyimiz kitablara müraciət edib baxdıqları kimi, «səhihi-buxari», «səhihi-müslim», «sunəni Әbi-davud», «kənzul-ümmal» və bir çox bu kimi hədis kitablarına da müraciət edib onlardakı hədislərin düzgünlüyünü də həmən me᾽yarlara əsasən müəyyənləşdirirlər. alimlər bir hədis haqqında neçə cəhətdən tədqiqat və araşdırma işləri aparırlar: 1. sənəd cəhətindən; sənəddən məqsəd bir hədisi rəvayət edən ravilərin silsiləsidir. alimlər böyük bir elmi axtarış və çox zəhmət ilə «rical» elmində mövcud olan qaydalar üzrə və ravilər haqqında əldə olunan mə᾽lumatlara əsaslanaraq, sənəddəki ravilərin doğru və ya yalançı adam olmağını isbat edirlər. Әlbəttə onlar üçün mühüm sayılan məsələ ravinin hansı məzhəbdən olması deyil, onun doğruçu və ya yalançı olmasıdır. Әgər ravi mö᾽təbər və e᾽timad olunacaq bir adamdırsa, onda onun nəql etdiyi rəvayət qəbul edilir. yaxud əksinə, ravi iftiraçı və yalançı adamdırsa, onun rəvayəti qəbul olunmur. Әlbəttə, bunun müəyyən qayda-qanunları vardır ki, o barədə yazılmış kitablarda bəyan edilmişdir; 2. mətn və məzmun cəhətindən; bundan məqsəd budur ki, alimlər nəql edilən hədisi və sünnəni məzmun və mə᾽na cəhətindən tədqiq edirlər. Әgər onda bəyan edilən mətləblər qur᾽an və şəriətdə təsdiq və isbat olunan əqli həqiqət və əsaslarla uyğun olsa qəbul edilir, əks təqdirdə rədd olunur. qeyd etmək lazımdır ki, belə bir hədisin hansı kitabda nəql edildiyi mühüm deyildir. xülasə, şiə fəqihlərinin və Әhli-beyt (ə) məktəbi nöqteyi-nəzərindən əvvəla, hədis kitabları nə mütləq şəkildə qəbul edilir və nə də mütləq şəkildə inkar olunur. ikincisi, o hədislər yalnız o vaxt qəbul edilir ki, ravi hansı tayfa və ya məzhəbdən olduğundan aslı olmayaraq, doğru danışan və mö᾽təbər adam olsun. bu metodu aşkar şəkildə görmək istəyənlər «Üsul», «fiqh» və «rical» elmləri haqqında yazılan kitablara müraciət edə bilərlər. bu elmi və tənqidi metod, şəriətin əsaslarının orjinallığını qorumaqda və müsəlmanlar arasında vəhdət yaranmasında, həmçinin kor-koranə təəssübkeşlikdən, cahillikdən, mövhumat və xurafatdan uzaqlaşmaqda böyük rol oynaya bilər. Çünki, tənqidə əsaslanan elmi metod real, sədaqətlik yoludur. bu yolun cahillik, kor-koranə təəssübkeşlik, xurafat və zorla bir şeyin qəbul etdirilməsi ilə uyğunluğu yoxdur.
 0  15  + 5