Siffeyn döyüşü. Muaviyənin üsyanı və qoşun çəkməsi(03.04.2020 | 13:11)
Əli (ə) cəməl döyüşü qələbəsindən sonra öz qoşunu ilə Şamda Əbu süfyan oğlu muaviyənin başçılığı ilə müxalif qüvvələri sakitləşdirməyə yola düşdü. İki qoşun fərat çayı yanında üzləşdi. İmam (ə) sülh yolları vasitəsi ilə məsələni yoluna qoymağa çalışdı. lakin muaviyə imamın göndərdiyi nümayəndələrə belə cavab verdi: "buradan gedin, mənim qılıncdan başqa heç nəyim yoxdur". { Əl-fusulul-muhimmə: "İbnus-səbbağ əl-maliki" səh. 83. «darul-Əzva» çapı. } beləliklə iki qoşun bir-birinin üzərinə atıldı. İmamın qoşununun xeyrinə qələbə müjdəsi gəldiyi zaman muaviyə "qur'anla aldatmaq" tədbirini gördü və öz əsgərlərinə qur'an səhifələrini nizə və qılıclarının ucuna taxaraq qaldırmaqı əmr etdi. bununla belə İmam (ə) qoşunun xeyrinə yaxınlaşmış qələbəyə mane olmaq istəyən bu sui-qəsdi açmaq mövqeyində dayandı. lakin öz fikrini ifadə etməyi bacarmayan Əbu musa Əl-Əşarinin qoşun tərəfindən nümayəndə seçilməyə imamın şiddətli e'tirazına baxmayaraq və onun qoşuna dəfələrlə etdiyi müraciətləri qəbul etməyərək döyüşü dayandırmağı tələb edənlər onu danışıqlara getməyə məcbur etdilər. belə ki, Əli (ə) onlara dedi: "Əbu musanı hökümətə vəli etmənizi məsləhət görmürəm. o, əmirdən və onu məkrlərindən çox zəifdir". { “təzkirətul-xəvass sibt ibnil-cauzi”, səh. 79. } Əli (ə) artıq o zaman Əbu musanı kufə vilayətindən də azad etmişdi. İmamın qoşununa soxularaq qur'an səhifələrini qaldıraraq danışıqlara getməyi və bu danışıqlarda Əl-Əş'arinin nümayəndə kimi seçilməsini tələb olunmasını əvvəlcədən planlaşdıranlar hərəkətə başlayaraq müaviyəyə vassallıq etdilər. beləliklə, imamın gözlədiyi kimi danışıqlar müaviyənin xeyrinə nəticələndi. belə ki, həmişə xəyal etdikləri dünya ne'mətlərinə tamahkarlığın təhriki ilə olan bu böyük ziddiyyətdən və müsəlmanların xəlifəsinin itaətindən ədalətsizcəsinə çıxdıqdan sonra vəziyyət getdikcə müaviyənin xeyrinə sabitləşməyə başladı. keçmişdə mən bu döyüşdə iki tərəfdən 90 mindən artıq adamın ölməsinə çox təəccüb edirdim. adət olunmuş cavab isə belə idi: "bu hadisə iki cəlil səhabə arasında baş vermiş sadəcə bir fitnə idi. onlar ikisi də ictihad etmişlər, kim ki haqlı idi, o, iki əcrin (mükafat) sahibidir, kim də səhv etmişdir o, bir əcrin sahibidir. bu məsələdə düşünməyə ehtiyac yoxdur. o ümmət artıq geridə qalmışdır, onların qazandıqları onlar üçün, sizin qazandıqlarınız sizin üçündür". bundan başqa, özlərinin adlandırdığı kimi, bu fitnənin üzərinə işıq salan hər hansı qapını özləri bağlayırlar. beləliklə, bu məsələ Əhli sünnənin nəzərində asılı - elə bil ki, həlli olmayan qaranlıq bir sirr kimi qalmışdır. bu da şərqşünasların öz görüşləri ilə dinimizdə fikir söyləmələri üçün qapını taybatay açmışdır. hətta onlardan bə'zisi peyğəmbərin (c) hədisinə işarə edərək islamda ziddiyyətin olmasını iddia edirlər: "Əgər iki müsəlman qılıncları ilə üzləşərsə, ölən və öldürən cəhənnəmdədirlər". bu isə Əhli sünnənin "siffeyn döyüşündə iki qrup ikisi də müsəlman və onların başçıları da mübarək səhabələrdən idi" sözünə ziddir. nəyə görə həqiqəti batildən ayırmamaq üçün israr edilir? nəyə görə həqiqət açılıb deyilmir? o görəsən həqiqətən də anlaşılmazlıqdırmı? hər bir halda, kimə ki, muaviyəni tanımaq qaranlıq idisə, dəlillərdən uyğununa diqqətlə yanaşsın. bundan sonra hər kəs öz hökmünü verə bilər. müslim öz səhih hədislərində Əlinin (ə) kəlamını göstərmişdir: "and olsun dən və insanı yaradana, həqiqətən peyqəmbər (s) əhdidir ki, məni yalnız mö'min sevər və mənə yalnız münafiq nifrət edər". { səhih-müslim. «kitabul-inan»; «hubbu Əliyyin minəl-iman» babı, cild 1, səh. 262. “daruş-şə'b” çapı. } bu cür şəxsə qoşunu çəkib onunla vuruşa girmək düzgündürmü? bəs Əhli sünnənini müsəlmanların imamını vacibi itaətindən çıxan kimsəyə aid hökmü haradadır? səhih buxaridə muaviyənin zülmünə olunan işarələr mövcuddur? Əbu səid Əl-xidridən deyilir: "məscidin kərpicini bir-bir daşıyırdıq, Əmmar isə iki-iki daşıyırdı və peyğəmbər (s) onun yanından keçərkən onun toz qonmuş başına məsh etdi və dedi: Əmmarı zalım firqə qətlə yetirəcək, Əmmar onları allaha, onlar isə onu oda (cəhənnəmə) də'vət edərlər". { səhih-buxari. cild 4, səh 52. «kitabul-cihad»; «məshul-ğubar ənir-rə's fi səbilillah» babı. } peyğəmbərin (s) bu xəbərdarlığı Əmmarın İmam Əlinin (ə) bayrağı altında siffeyndə vuruşarkən şəhadətə çatdığı zaman yerinə yetdi. xalid Ərəbidən "mustədrəkus-səhiheyn" kitabında deyir: "mən və Əbu səid Əl-xidri hüzeyfənin yanına getdik və dedik: ey Əba-abdulla, peyğəmbərdən (s) fitnə haqqında eşitdiyindən bizə danış. hüzeyfə dedi: peyğəmbər (s) dedi: nazil olduğu kimi qur'anla hərəkət edin. dedik: Əgər insanlar fikir ayrılığında olsalar biz kiminlə olaq? dedi: İbn suməyyə olan firqəyə baxın. onun ardınca gedin. həqiqətən o allahın kitabı ilə hərəkət edir. peyğəmbərin (s) Əmmar üçün dediyini eşitdim: ey Əbəl-yəqzan, səni yoldan çıxmış zalım firqə qətlə yetirməyincə ölməyəcəksən". { “mustədrəkus-səhiheyn”. cild 2, səh. 148. “darul-kitabul-ərəbi” çapı. } muaviyənin ədalətsizliyi və üsyanı gözlənilən idi. xəlifə Ömərin dövründə Şamın valiliyini təhvil aldıqdan sonra tikdiyi qəsrləri, cah-cəlalı, naz-ne'məti və xəlifə osmanın dövründə genişləndirdiklərini hamı kimi ona da bütün bunları tərk etmək asan deyildi və yəqin bilirdi ki, İmam Əli (ə) onu valilikdən ayırmasa da, ən azı müsəlmanların beytülmalı hesabına sahib olduğu hər şeydən onu soyunduracaq və müsəlmanlarla bərabərləşdirəcək. muaviyə ilə cəlil səhabə Əbu zər Əl-Ğəffar arasında osmanın xilafəti dövründə baş vermiş hadisə bir daha onun dünyaya həris olduğunu və ümumi dövlətin malını israf etdiyini deməyimizə əsas verir. Əbu zər muaviyəyə e'tiraz etdi və xəlifə osman onu mədinəyə də'vət etdikdən sonra Əl-rəbəzəyə sürgün etdirdi. vəhab oğlu zeyddən nəql olunur: "rəbəzədən ötəndə Əbu zəri görüb dedim: "sənin nəyə görə bu yerə göndəriblər? o dedi: Şamda idik və qur'andan "qızıl-gümüş yığıb onu allah yolunda xərcləməyənlərin şiddətli bir əzabla müjdələ!" { 9.tövbə surəsi, 34 } - ayəsini oxudum. müaviyə: "bu bizə aid deyil. bu əhli kitabın haqqında nazil olub" dedi. mən dedim ki; "o həm bizim, həm də onların haqqında nazil olub". { səhih-buxari. cild 6, səh. 146. “kitabut-təfsir”; «tövbə surəsi 34-cü ayəsi»nin babı. } Əbu-zərdən daha doğru danışan dil sahibi kimdir? muaviyə bu hədisi bildiyi halda, o, Əbu-zəri qəsdən rəbəzəyə sürgün etdirdi. { səhih-tirmizi. cild 13, səh. 210. «mənaqib Əbi-zərr»; «musnəd-Əhməd» kitabı. } bu hadisədən müaviyənin heç bir haqqı olmadığı ümmətin malını israf etməsini ört-basdır etməkdən ötrü quran təfsiri ilə necə oynadığı aydın olur. müsibət odur ki, buxari öz səhihində müaviyənin fəqih kimi qələmə vermişdir. İbn Əbi məleykədən nəql olunur: "müaviyə işa namazından sonra bir rük'ət uzun uzadı qıldı və yanında İbn-abbasın qulu dayanmışdır. İbn-abbas gəlib dedi: onu rahat burax. o, allahın elçisi ilə yoldaşlıq (səhabəlik) edib. { səhih-buxari. cild 5, səh. 73. «kitab fəzail əs-səhabə zikru muaviyyə» babı. } "digər bir rəvayətdən deyir ki, o, "fəqihdir". { səhih-buxari. cild 5, səh. 74. «kitab fəzail əs-səhabə zikru muaviyyə» babı. } Əgər bilsən ki, müaviyə müsəlmanların xəlifəsi kimi iyirmi il, ondan qabaq isə Şam valisi olaraq hakimiyyətdə olmuşdur, onda təsəvvür edə bilərsən ki, bu müddət ərzində müaviyə hədislərin yazılışında və nəqlində peyğəmbərə (s) nisbət verməklə öz əməllərinə bəraət qazanmaq üçün necə tə'sir etmişdir. Üstünü örtməyə çalışdığı səylərə, bu xəlifəni mö'minlərin əmiri hesab edənlər onu tanımaqda hər hansı don geydirmələrə baxmayaraq, onun əməlləri hədis və tarix kitablarında aydın şəkildə qalmışdır. müaviyənin hakimiyyət və vilayətdə olması onun süfyan ailəsinin köklərindən olmasına dəlalət edir. belə ki, onun atası osmanın bey'ətindən sonra ona deyir: "ey uməyyə oğulları xilafəti topu tutan kimi əlinizdə tutun. and olsun Əbu-sufyanın and etdiyinə ki, mən xilafəti öz oğullarınıza çatdırmağınızı arzulayıram". { tarixi təbəri } başqa bir rəvayətdə əlavə edərək deyir: "...nə cənnət var, nə də cəhənnəm". bununla da ailənin məkkənin fəthindən sonra bütün ailəsi ilə islama daxil olmasını həqiqi məqsədinin nə olduğu görünür. aşağıdakı rəvayətə baxıb görərsən ki, bu hansı islamdır ki, onu ikrah edə-edə ona daxil olmuşlar. abbas oğlu abdullahdan deyilir: "Əbu süfyan deyib: vallahi yəqin olan zəlil kimi qalmışam, o da zahir olacaq mənim ikrah etməyimə baxmayaraq, allah islamı mənim qəlbimə daxil edib". { səhih-buxari. cild 4, səh. 122. «kitabul-cihad». } Əgər Əbu süfyanın dili belə danışırdısa, onda gör qəlbi danışa bilsəydi, içindəkilərdən nələr danışardı ? peyğəmbərin (s) müaviyənin haqqında dediklərindən müslim öz səhih kitabında çıxarmışdır. bir gün peyğəmbər (s) İbn-abbası müaviyənin yanına göndərib yazmaq üçün onu çağırtdırdı. İbn abbas onu yemək yeyən gördü. peyğəmbər (s) onu 3 dəfə istədi və üçündə də onun yemək yediyini ona dedikdə, peyğəmbər (s) dedi: "allah onun qarnını doydurmasın". { səhih-muslim. cild 5, səh 462. «kitabul-birri və sədəqətu vəl-adab»; «mən nəvəbin» babı. } səhih müslimdə həmçinin deyilir: peyğəmbər (s) deyib: "...amma müaviyə kasıbdır, heç mal dövləti yoxdur". { səhih-muslim. cild 3, səh 693. «kitabut-təlaq»; «Əl-mutəlləqətul-bain la nəfəqətə ləha» babı. “daruş-şə'b” çapı. } "musnəd-Əhməd" kitabında peyğəmbər (s) müaviyə və Əmr ibn asın haqqında deyir: "allahım, onların ikisini də fitnə ilə devir, alt-üst et və onları cəhənnəmə at". { musnəd-Əhməd. cild 4, səh. 421. «dar ihyaət-turas ərəbi» çapı. } bundan başqa özündən sonra müsəlmanlara xəlifə etmiş fasiq və piyan oğlu yəzidə bu dünyada öz əməllərini tapşırmaqla xitam verən mö'minlərin əmiri, ciyər yeyən oğlu muaviyənin həqiqətini açıqlayan çoxlu rəvayətlər vardır. onun 20 ildən çox ömrünə fəqət İmam həsənlə (ə) bağladığı sülh müqaviləsinə xilaf çıxması deyil, hətta o, allaha, peyğəmbərin (s) sünnətinə, əhli sünnətin dedikləri bütün digər sünnətlərə və iki Şeyxin həyatına xilaf çıxmış olar.
 0  13  + 5