ŞEYX ZEYNUDDİN İBN ƏLİ AMİLİ(03.04.2020 | 12:58)
ŞƏhİd sanİ vƏ onun ŞƏxsİyyƏtİ barƏdƏ Şəhid sani sözünün mənası ikinci şəhid deməkdir. bu onun ləqəbidir. Şəhid sani ləqəbi ilə tanınmış Şeyx zeynuddin ibn Əli amili 911-ci hicri ilində anadan olmuşdur. İbtidai dini elmləri atasından öyrənmiş, atasının vəfatından sonra isə elm öyrənmək üçün müxtəlif yerlərə səfərlər etmişdir. misirə, dəməşqə, hicaza, beyt-ul-müqəddəsə, İraqa, İstanbula gedərək, orada müxtəlif alimlərlə ünsiyyətdə olmuşdur. Şəhid həddindən artıq kasıb bir vəziyyətdə həyat sürmüş,əkinçiliklə məşğul ola-ola təhsil almış, elm öyrənmək yolunda bütün məşəqqətlərə səbir etmişdir. o, elm əldə etmək yolunda həm şiə, həm də sünni alimlərindən istifadə etmişdir. onun sünni müəllimləri arasında on iki alimin adı çəkilir. sünni alimlərindən təhsil aldığına görə, şiə məzhəbini bildiyi kimi, sünni məzhəbindən də dərin agahlığı var imiş. İslamın müxtəlif sahələrində elm sahibi olmuşdur. fiqh, üsül, fəlsəfə, irfan, tibb, nücum elmlərində dərin bilgi sahibi idi. həddindən artıq təqva və zöhd əhli olmuşdur. İbadət və mənəviyyatda dillər əzbəri imiş. tələbələri onun barəsində yazırlar ki, gecələri odun daşıyaraq satar və ailəsinin güzəranını təmin edərmiş. səhərləri isə dərs deyərmiş. Öz ailəsinin xərcini özü təmin edər, heç kəsə möhtac olmazmış. o, cəfəri, hənəfi, şafei, maliki, hənbəli məzhəblərinə dərin elmi olduğundan bu məzhəblər əsasında dərs deyərmiş. onun bir çox əsərləri vardır. Ömrü boyu 80-dan artıq kitab yazmışdır. Şəhid Əvvəlin kitabı olan "lümə"yə yazdığı şərhi çox məşhurdur. hələ də dini məktəblərdə fiqh elmində dərslik kimi tədris olunur. bu kitaba günümüzə qədər yüzə yaxın şərhlər yazılmışdır. Şəhiddən çoxlu kəramətlər zahir olmuşdur. Öz ölümünü qabaqcadan bilib, xəbər vermişdir. onun bu kəramətləri kitablarda yazılmışdır. "musƏkkİnul fuad İndƏ fİqdİl Əhİbba vƏl ovlad" kİtabini yazmaĞinin sƏbƏbİ bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur.tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. o, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır. Şəhidin bu övladı məşhur alimlərdən olur və yazdığı kitablar dini məktəblərdə dərslik kimi tədris olunur. Şəhid bu kitabı özünə təskinlik üçün yazır. elə kitabın adını da bu səbəblə belə qoyur. belə ki, kitabın adı tərcümə edilən zaman "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən" deməkdir. bu kitabda çox maraqlı hədisləri cəm etmişdir. onun yazdığı bu kitab barədə bir çox alimlər təqdirəlayiq sözlər demişlər. bəla və səbir kitabından
 0  26  + 8