SƏHİH-BUXARİ– yə bir baxış(03.04.2020 | 13:11)
Əhli-sünnətin qur'ani-kərimdən sonra hədis kitablarının arasında ən səhih saydıqları "səhihi-buxari" kitabına nəzər salmağımız zəruridir. Çünki bu kitabda nəql olunan hədislərin hamısını səhih bilirlər. hansı ki, o hədislərin arasında peyğəmbərin (s) mə'sumluğuna xələl yetirən bir sıra hədislər vardır. buxari 600 min hədisin içindən bu hədisləri cəm edərək kitab şəklinə salmışdır. o, bu kitabda fəqət səhih hədisləri qeyd etmişdir. { «muqəddimat şərhil-bari əla səhihil-buxari» səh. 5. «dar ihya turasil-ərəbiyyə» çapı. } bizim buxariyə tutduğumuz irad ondan ibarətdir ki, o, hədislərin ravilərinin yalnız adil olması ilə kifayətlənir. o, cəm etdiyi hədislərin mətninə nəzər salmır. buna görə də qeyd etdiyi hədislərin mə'nası, biri digəri ilə eyni gəlmir. hədisin ravisini adil şəxs kimi fərz etsək də, yenə də onun hədisin bir hissəsini unutması mümkündür. bunlardan əlavə, nəql olunan hədislər kəlmə-kəlmə rəsulullahın (s) dediyi kimi nəql olunmamışdır. nəql edən hədisin mə'nasını başa düşdüyü kimi nəql edib. amma o hədisin mə'nasını düzgün başa düşüb-düşmədiyi də mə'lum deyildir. xüsusilə, hər hədisin sənədində silsilə yeddi və ya səkkiz nəfərin vasitəsilə olmalıdır. hələ bu şəxslərin adil olmasını da sübut etdirmək, xüsusən onların arasında münafiq olarsa, çox çətin bir işdir. Çünki münafiqlərin qəlbində olanları allah-təaladan başqa heç kəs bilməz. beləliklə buxarinin cəm etdiyi hədislərinin səhihliyini sübut etdirmək üçün seçdiyi yolun nə qədər yanlış olduğu mə'lum olur. Əhməd-Əmin adlı misirli alim demişdir: «buxarinin rəvayət etdiyi hədislərin sənədində bə'zi ravilər inanılmış şəxslər deyildir. həmçinin məşhur mühəddislər onun rəvayət etdiyi hədislərin sənədində ravilərin 80 nəfərini zəif bilmişlər». { «zuhəl-islam» kitabı. (müəllif: Əhməd Əmin) cild 2, səh 117 və 118. } İndi isə buxarinin səhih bildiyi və əhli-sünnətin əsrlər boyu boyun əydiyi bə'zi hədisləri nəzərinizə çatdırırıq: qiyamət günü haqqında Əbi-səid xidri rəsulullahdan (s) nəql edir: «qiyamət günü xalq dağılandan sonra allaha ibadət edən adil və fasiqlər qalacaq. onlara "xalq dağılıb getdi, siz nəyi gözləyirsiniz?" -deyə sual olunacaq. onlar da cavab verəcəklər ki, bizim onlara ehtiyacımız olan vaxtda bizdən ayrılıb getdilər. bizə, hər kəs öz ibadət etdiyinin dalıyca getsin - nidası gəldi. biz də allah-təalanı gözləyirik». sonra rəsulullah (s) sözünə davam edir: «onlar allah-təalanın ilk dəfə gördükləri qiyasın tam əksinə olan bir qiyasda görəcəklər. o gördükləri allah da, mən sizin allahınızam deyəcəkdir. onlar da təəccüblənərək, məgər sən bizim allahımızsan? -deyə sual edəcəklər. bu zaman allah - mənimlə yalnız peyğəmbərlər danışa bilər -deyəcəkdir. onlar da «allahın budundan tanıyarıq» deyə cavab verəcəklər. allah-təala da öz budunu onlara göstərəcək. beləliklə, bütün mö'minlər allaha səcdə edəcəklər». { səhih-buxari. cild 9, səh 396. «kitab ət-tauhid»; «vucuhun yauməizin nazirə» babı. } digər rəvayətdə cərir ibn-abdullah deyir: «biz rəsulullahla (s) birgə əyləşmişdik. o həzrət (s) başını qaldırıb (14 günlük) aya baxaraq, qiyamət günü allahı ayı gördüyünüz kimi görəçəksiniz... -deyə qeyd etdi». { səhih-buxari. cild 6, səh 355. «kitabut-təfsir»; «fəsəbbih bihəmdi rəbbikə» babı. } bu iki hədisi rədd etmək üçün kifayətləndiyimiz sübut odur ki, buxaridə rəvayət olunan hədisdə məsruq deyir: aişəyəyə dedim: ey anam! muhəmməd (s) allahı gördümü? aişə onun sözündən o dərəcədə təəccübləndi ki, tükləri biz-biz qalmışdı. sonra ona dedi: məgər sən bilmirsənmi ki, bu üç şeyi iddia edən şəxs yalançıdır? onlardan biri muhəmmədin (s) allahı gördüyünü iddia edənlərdir. ( bu sözdən sonra aşağıdakı ayələri tilavət etdi: ) «gözlər onu dərk etməz. o, gözləri dərk edər. o, lətifdir və hər şeydən xəbərdardır». { 6.Ən'am surəsi, 103 } «allah bəşərlə vəhylə yaxud pərdə arxasından danışar». { 42.Şura surəsi, 51 } {səhih-buxari. cild 6, səh 359. «kitabut-təfsir»; «surət-ən-nəcm» babı.} Əllamə Əsgəri "qiyamət" surəsinin (72-ci surə) 22-23-cü ayələrini belə təfsir etmişdir: «o gün neçə-neçə üzlər sevinib güləcək». «Öz rəbbinin əmrini gözləyəcəkdir!» həmçinin yə'qub peyğəmbərin oğluna nisbət verilən "yusif" surəsinin (12-ci surə) 82-ci ayəsini də belə təfsir etmişdir: olduğumuz şəhərdən (misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. biz, həqiqətən doğru danışanlarıq! buna bənzər ayələrin zahir mə'nası allahın cism olduğunu bildirsə də, o ayələri tə'vil etmək vacibdir. İzraillilərin əqidəsinə uyğun olan rəvayəti Əbdullah "səhih-buxari"də nəql edərək deyir: yəhudi dinindən olan ruhani, peyğəmbərin (s) hüzuruna gəlib dedi: «ya muhəmməd, biz allah-təalanın səmaları, ağacları, suyu, torpağı və digər məxluqların hər birini bir barmaq üstə xəlq edib, sonra da "mən məlikəm" dediyinə e'tiqad edirik. bunu eşidən peyğəmbər (s) yüksəkdən gülüb yəhudinin sözünü təsdiq etdi və sonra aşağıdakı ayəni oxudu: onlar (yəhudilər): "allah heç bir bəşərə bir şey (qur'an) nazil etməmişdir", -deməklə allahı layiqincə qiymətləndirmədilər". (6.Ən'am surəsi, 91) { səhih-buxari. cild 6, səh 317. «kitabut-təfsir»; «və ma rədərullahə həqqə qədrihi» babı. } İbn-Ömər rəvayət edərək deyir: rəsulullah (s) dedi: «gündoğuş və günbatış zamanı namaz qılmayın, çünki günəş bu vaxtlarda şeytanın buynuzu arasında yerləşir. ona görə səbr edin, gündoğuş və günbatışdan sonra namaz qılın» { səhih-buxari. cild 4, səh 319. «kitab bəd'ul-xəlq»; «sifətu iblis və cunuduhu» babı. } görəsən, bu çür xurafatları təsdiq edib, onlara inanmaq mümkündürmü? bunlara əlavə olaraq, Əbu-zərr Ğəffari rəvayət edərək deyir: «günbatış zamanı rəsulullah (s) Əbu-zərrdən soruşdu: «günəşin haraya getdiyini bilirsənmi?» Əbu-zərr cavab verdi: «allah və rəsulu ə'ləmdir». həzrət buyurdu: «günəş ərşin altına daxil olaraq səcdə edir və izn istəyir, ona izn verilir. hətta səcdə etməzdən əvvəl də izn istəsə, izni qəbul olar, lakin sonradan səcdə etsə, səcdəsi qəbul olmaz. yenə də izn istəsə, izni qəbul olmaz və ona öz yerinə qayıtmağı əmr ediləndə, günəş yenidən məğribdən tülu' edər. bu da allahın dediyinə əsaslanır: «günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. bu, yenilməz qüvvət sahibi olan və (hər şeyi) bilən allahın əzəli hökmüdür (təqdiridir)». (36.yasin surəsi, 38) { səhih-buxari. cild 4, səh 283. «kitabu bəd'i xəlq»; «sifətuş-şəmsi vəl-qəmər bihusban» babı. } digər rəvayətdə Ömər ibn-xəttab peyğəmbərdən (s) nəql edərək deyir: «meyyitə ağlamağın cəzasını həmin meyyit çəkəcəkdir». { səhih-buxari. cild 2, səh 212. «kitabul-cənaiz» babı. } halbuki, "İsra" surəsinin (17-ci surə) 15-ci ayəsində allah-təala belə buyurur: «doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. heç bir günahkar başqasının günahını daşımaz.» Əbdullah rəvayət edərək deyir: «bir gün peyğəmbərə (s) bir nəfərin sübh namazına durmadığını dedilər. peyğəmbər (s) dedi: «o şəxsin qulağını şeytan nəcisləmişdir». { səhih-buxari. cild 2, səh 135. «kitabut-təhəccud». } dediyimiz bu rəvayətlərlə kifayətlənirik. bu kimi rəvayətləri nəql edən buxari və onun "səhih"i insanda bir çox suallar doğurur. eyni zamanda buxarinin bir hədisi təsdiq etməsi o hədisin səhih olmasına dəlalət etmir. bununla buxaridə olan hədislərin hamısının səhih olmadığı mə'lum olur. buna əsasən, allahı görmək, onun ayağını cəhənnəmə salması, peyğəmbərin (s) mə'sumluğunun kamil olmaması, o həzrətin (s) qur'anı əzbər bilməməsi, yaxud musanın (ə) Əzrailin (ə) gözünü zədələməsi kimi insanın əqidəsinə zərər yetirən hədisləri bir daha nəzərdən keçirmək vacibdir. Çünki bu xurafatlar və şübhələr düşmənlərin İslamı tə'nələməsinə səbəb olar. nəticə e'tibarilə, biz müsəlmanlara vacibdir ki, bir çox hədis kitablarını, xüsusən "buxari"-nin "səhih"-ini, o cümlədən səhabələrin peyğəmbər (s) hüzurunda hansı mövqeyə malik olduqlarını araşdıraq. Çünki, bu kimi məsələlər İslamın firqə-firqə olmasına və nəticədə zəifləməsinə səbəb olmuşdur.
 0  13  + 5