QUR`ANI TƏFSİR ETMƏ QAYDASI(03.04.2020 | 13:12)
qur᾽anın təfsiri, onun kəlmə və cümlələrinin mə᾽nalarını bəyan və həqiqətləri aşkar etməkdən ibarət olduğunu və həmçinin qur᾽an ayələrindən neçə-neçə mə᾽naların ehtimal verildiyini nəzərə almaq, «tə᾽vil» isə bu ehtimalların hansının məqsədə uyğun olduğunu bəyan etməkdir. yə᾽ni «tə᾽vil» bir ayənin batini mə᾽nasını (bir neçə mə᾽na ehtimalı olarsa) ayənin zahirinə münasib olan bir mə᾽na ilə əlaqələndirməkdir. buradan belə aydın olur ki, ayə elə izah olunmalıdır ki, tə᾽vili ayənin zahiri təfsiri ilə zidd olmasın. yə᾽ni, tə᾽vil ilə təfsir nəticə e᾽tibarı ilə eyni olsun. o da qur᾽anın batini, gizli mə᾽nasını aşkar etmək və allahın öz bəndələrinə yetirmək istədiyi məqsədi bəyan etməkdir. təfsir kitablarını və təfsirçilərin nəzərlərini tədqiq edərkən görürük ki, bə᾽zi təfsirçilər özlərini necə də dərin quyuya salmış və təfsirdə tutduqları xüsusi metodun nəticəsindən əsil məqsəddən və ayələrlə münasib və layiqli rəftarlardan uzaq düşmüşlər. bə᾽zisi də şəxsi fikirlərindən istifadə edərək, qur᾽anı öz fikir və əqidələrinə müvafiq təfsir etmiş və ayələri nəzərdə tutulmayan hadisələrə və şəxslərə aid etmişlər. Üstəlik bunun adını tə᾽vil də qoymuşlar. məsələn, «fəlsəfə» və «kəlam» alimlərindən bə᾽ziləri qur᾽an ayələrini yeri gəldi-gəlmədi öz fəlsəfi və kəlami nəzərlərinə uyğun bir şəkildə tə᾽vil etmişlər. yenə görürük ki, bə᾽zi yazıçılar və təfsirçilər qur᾽anın ayələrini həqiqi və münasib olmadığı halda zorla olsa da, o əsrin məşhur elmi, iqtisadi, ictimai və siyasi hadisələri ilə əlaqələndirmək istəmişlər. habelə, qur᾽anı öz ürəkləri istəyən kimi təfsir etmişlər. bu xətalara bir çox təfsirçilər (istər şiə olsun, istərsə də sünni) düçar olmuşlar. sonra da öz səhv nəzərlərini müdafiə etmək üçün bir sıra dəlil və qondarma vasitələrdən istifadə etmişlər. amma, biz təfsirdəki əsas və ali metoda nəzər saldıqda görürük ki, bu metod o təfsir üsullarını necə rədd edir və qur᾽an təfsiri üçün doğru və sağlam bir əsas hazırlayır. peyğəmbərin (s) və Әhli-beytin (ə) hədislərindən və onların yolunu səmimiyyətlə gedən təfsirçilərin üslubundan başa düşüldüyü kimi, qur᾽an təfsirinin bir sıra özünəməxsus qayda və rəsmiyyətləri vardır ki, məhz onlara riayət etməklə müfəssirlər qur᾽anı doğru-düzgün təfsir edər və nəzərdə tutulan nəticəyə yetişə bilərlər. bununla da təfsir elmi öz mühüm rolunu insanlıq dünyasında ən yaxşı şəkildə ifa edər və müfəssirlər xəta və əyintilərdən, şəxsi fikirlərlə təfsir etmək və daxili ehtiraslara tabe olmaqdan xilas olarlar. biz burada hədislərdən və bu yolu doğru bir şəkildə gedən alimlərin sözlərindən istifadə edərək, bu qayda və düzgün təfsir üslubunu qısa şəkildə bəyan etməyə çalışacağıq... mərhum təbərsi «məcməül-bəyan» təfsirində yazır: «səhih sənədlə Әhli-beyt (ə) peyğəmbərdən (s) belə rəvayət etmişlər: «qur᾽anı ancaq doğru əsər (hədis) və aşkar nəss (ayələr) ilə təfsir etmək cayizdir.»[80] Әhli-beyt (ə) həmin üslub üzrə hərəkət etmiş və bu iki əsasdan uzaq olan qur᾽an təfsirlərini qəbul etməmişlər: 1. qur᾽anı qur᾽an ilə təfsir etmək (yə᾽ni, qur᾽anın bir ayəsini digər ayəsi ilə təfsir etmək.) 2. qur᾽anı doğru-düzgün hədislərlə təfsir etmək. bəli, həqiqi qur᾽an təfsirçisi bu iki əsasa kamil şəkildə bağlı olmalıdır. Әlbəttə buna da diqqət yetirmək lazımdır ki, ağılın da qur᾽anın məqsədlərini dərk etməkdə və mə᾽nalarını aşkar etməkdə böyük əhəmiyyəti vardır. amma bu şərtlə ki, qur᾽an və sünnənin hüdudlarından və onların ümumi qaydalarından kənara çıxmasın.[81] həzrət peyğəmbər (s) özü də qur᾽anı təfsir etməkdə ağıldan istifadə etməyə əhəmiyyət vermiş və bu işə təşviq etmişdir. məsələn, bir hədisdə buyurur: «qur᾽an aramdır və onda müxtəlif ehtimallar vardır. (ağlınızı işə salıb), onu ən yaxşı ehtimallara aid edin.»[82] yenə o həzrətdən (s) nəql edilmişdir: «qur᾽anı bəyan edin və əsrarəngiz mətləblərinə yiyələnməyə çalışın.»[83] qur᾽ani-kərim də ağlın təfsirdəki rolunu aydınlaşdırmış və qur᾽anı analiz edərək, ondan istifadə edən ağıl sahiblərini tə᾽rifləmişdir: «o qur᾽anı (yalnız) o şəxslər tanıyırlar ki, onda istinbat (tədqiqat və araşdırma) etmiş olsunlar.» digər yerdə də qur᾽anın ayələri haqqında düşünməyən və ağıllarını kütləşdirib, təfəkkür etməyən adamları məzəmmət etmişdir: «qur᾽anda fikirləşməzlərmi? yoxsa, qəlblərə qıfıl vurulmuşdurmu?»[84] bəs mə᾽lum oldu ki, Әhli-beyt (ə) məktəbində təfsir üç şeyə əsaslanır. 1. qur᾽anı qur᾽anla təfsir etmək; 2. qur᾽anı sünnə mə᾽sumların davranışı və doğru hədisləri ilə təfsir etmək; 3. qur᾽anı qur᾽an və sünnəyə bağlı olan ağıl ilə təfsir etmək. həmçinin mə᾽lum oldu ki, təfsirin özünəməxsus qayda-qanunları vardır. ona görə də Әhli-beyt (ə) məktəbində müfəssirin öz şəxsi fikirlərinə əsaslanan və ya dövrün bə᾽zi elmi nəzəriyyələrini, fəlsəfi və kəlami əqidələrini qur᾽anla uzlaşdıran və yaxud zəif, uydurma, sənədsiz, qur᾽anın mətni ilə müxalif olan və qəti, doğru hədislərlə zidd olan təfsirlər və onlara tabe olan alim və müfəssirlər qəbul edilməmişdir. tədqiqat aparanlar, bu düzgün təfsir üslubuna əsaslanmayıb, qur᾽anın ruhundan uzaq olan, şəxsi düşüncə və nəzəriyyələrdən qidalanan təfsirləri (həm şiə həm də sünnilər arasında) görə bilərlər. bu cəhətdən də bu kimi təfsirlərə heç bir əhəmiyyət verməmək və şəxsi fikirlərə əsaslanan təfsirlərdən başqa təfsirləri qəbul etmək lazımdır. Çünki, kimliyindən aslı olmayaraq təfsirçi qur᾽ana yox, əksinə qur᾽an müfəssirə əsasdır. Öz növbəsində, əgər müfəssirin sözü e᾽tibarlı mənbələrə əsaslanmasa, onun sözü müsəlmanlar üçün heç bir zaman əsas ola bilməz. mə᾽sum və pak İmamlar da (ə) qəti mə᾽lumat və dəlil olmadığı halda nəzər verməyi qadağan etmişlər: bildiyiniz şeyi deyin, amma bilmədiyiniz şeyin haqqında «allah daha yaxşı bilir» söyləyin. ola bilər ki, insan qur᾽andan bir ayəni götürüb (təfsir etmək istəyə), lakin, (onun təfsirində) elə bir xəta uçrumuna yuvarlana ki, onun həqiqi mə᾽nası ilə təfsir edildiyi mə᾽nası arasında yerlə göy arası qədər fasilə ola![85] İmam sadiqdən (ə) rəvayət edilmişdir: «hər bir şeyi qur᾽an və sünnə ilə ölçmək lazımdır.»[86]
 0  18  + 7