QUR`ANI ANLAMAQ VƏ ONU TƏFSİR ETMƏK ÜÇÜN ...(03.04.2020 | 13:12)
qur`ani anlamaq vƏ onu tƏfsİr etmƏk ÜÇÜn Əsasli qaydalar biz əvvəldə qeyd etmişdik ki, qur᾽an Әhli-beyt (ə) nöqteyi-nəzrindən əbədi bir kitab hesab olunur və ona təhrif əli yetişə bilməz və qur᾽an ilahi qanunların qaynağı olaraq əbədi yaşayacaqdır. qur᾽an şəriət hökmlərinin kökü və mənbəyidir. hətta, hədislərin və doğru və ya səhv olduğunu və ümumiyyətlə hər bir şeyin doğruluğunu qur᾽anla müəyyənləşdirmək lazımdır. bu mövzuda həzrət peyğəmbərdən (s) belə rəvayət edilmişdir. «məndən (peyğəmbər) sizə bir hədis gəlib çatsa, siz onu allahın kitabı ilə yoxlayın, qur᾽anla müvafiq olanı qəbul edin və müxalif olanı vurun divara (rədd edin).»[78] bütün bunlardan sonra, bu nəticəyə yetişirik ki, bu əsas və islami üslub müsəlmanlara, o cümlədən elm və mə᾽rifət əhlinə qur᾽anı necə anlayacaqlarını aşkar və müəyyən edir, qur᾽anın ayələri ilə necə davranacaqlarını onlara göstərir. qur᾽anı başa düşmək və onu təfsir, tə᾽vil etmək çox mühüm bir məsələdir. Çünki, düşüncə sağlamlığı, islami inamın və əqidənin doğruluğu ona bağlıdır. ona görə də qur᾽anı başa düşən, şəriət və əqidə qaynaqlarını ələ gətirmək, ictimai, siyasi, iqtisadi, tərbiyəvi, hüquqi və sairə qanunları qur᾽andan və şəriət mənbələrindən çıxarmaqda hər hansı əyinti və qüsurun üz verməsi, müsəlmanların səhv etmələrinə və yoldan çıxmalarına və nəhayət onların parçalanıb ayrılmaqlarına, islami dəyərlərin və paklıqların aradan getməsinə səbəb olar. bu mühüm və əsaslı mətləbin önündə hər şeydən əvvəl «təfsir» və «tə᾽vil» arasındakı fərqi izah etmək lazımdır. lüğət yazanlar «təfsir» sözünün tə᾽rifini belə izah etmişlər: «təfsir» - sözün mə᾽nasını kəşf edib, onu aşkar etməkdir. «tə᾽vil» kəlməsinin mə᾽nası isə belə izah edilmişdir: «tə᾽vil» - sözün iki ehtimaldan birisinin layiqli bilinməsidir. qur᾽anın zahiri ilə müvafiq olmaq şərtiylə. Әhməd riza, təfsiri belə izah edir: «təfsir» «fəssərə» fe᾽lindən alınmışdır və mə᾽nası da «meydana çıxmaq» və ya «aşkar olmaq»dır. Әslində isə bu söz, aşkarlıq mə᾽nasında olan «səfr» sözündən alınmışdır. məsələn, ərəb dilində sübh vaxtı aşkar olan zamana və yaxud qadın üzünü aşkar edəndə ona «səfr» deyərlər. mərhum şeyx təbərsi də məşhur «məcməül-bəyan» təfsirində «təfsir» və «tə᾽vil» kəlmələrini belə izah edir: «təfsir» sözü çətin bir kəlmənin məqsədini izah etməkdir. «tə᾽vil» də iki ehtimaldan birini kəlamın zahiri ilə müvafiq olmaq şərtilə təsdiq etməkdir. ayrı ifadə ilə təfsir, bəyan etmək mə᾽nasındadır.»[79] Әbül-Әbbas mübərrəd belə deyir: «təfsir» və «tə᾽vil» sözlərinin mə᾽nası birdir. bə᾽ziləri deyiblər ki, «təfsir» bir şeyin üstündə örtüyün götürülməsi və «tə᾽vil», məqsədə nail olmağa və bir şeyin sona çatmasına deyərlər.
 0  13  + 4