Qəza orucunun hökmləri(03.04.2020 | 13:37)
qəza orucunun hökmləri 1) Əgər bir neçə gün huşsuz halda olan şəxs vacib orucu tuta bilməsə, həmin günlərin orucunun qəzası yoxdur. 2) məst olduğu üçün oruc niyyəti etməyən şxs gün ərzində orucu batil edən bir işi yerinə yetirməsə belə orucun qəzası ona vacib olur. 3) Əgər bir şəxs oruc niyyətini etdikdən sonra məst olsa və gün ərzində və ya günün bir hissəsində məst halında olsa, vacib ehtiyata görə həmin günün orucunun qəzası ona vacib olur. xüsusilə də əgər onun məstliyi ağlın itməsinə bais olacaq həddə güclü olsa. diqqət: ---2 və 3-cü məsələlərdə istər məstedici şey həmin şəxsə haram olsun, istərsə də xəstəliyi ilə əlaqədar halal olsun, həmçinin istər məstedici-nin haram olduğunu bilsin, istərsə də bilməsin, höküm dəyişilmir. 4) heyz və nifas halında olan qadın oruc tutmadığı günlərin qəzasını ramazan ayından sonra tutmalıdır. 5) Əgər bir şəxs ramazan ayında şəri üzrü olduğuna görə oruc tutma-sa və oruc tutmadığı günlərin sayını dəqiq bilməsə, ehtimal verdiyi sayların ən azını götürüb həmin sayda qəza orucu tuta bilər. məsələn, əgər bir nəfər ramazan ayının 25-ci və ya 26-cı günü səfərə çıxdığını, nəticədə 5 və ya 4 gün qəza orucu tutacağını bilməsə, 4 gün qəza oru-cu tuta bilər. lakin əgər şəri üzrünün hansı gündən etibarən başlandı-ğını bilsə, məsələn, ramazan ayının 5-ci günü səfərə çıxdığını bilsə, lakin səfərdə on gün və ya on bir gün olduğunu, nəticədə 5 və ya 6 gün qəza orucu tutacağını bilməsə, bu halda vacib ehtiyata görə ehti-mal verdiyi sayların çoxunu götürməlidir. 6) Əgər bir nəfərin boynunda ötən bir neçə ilin qəza orucu varsa, hansı ilin qəza orucunu birinci tutmaq istəsə, maneəsi yoxdur. lakin əgər axırıncı ramazan ayından beş gün qəza orucu varsa və qarşıda gələn ramazan ayına da beş gün qalıbsa, vacib ehtiyata görə axırıncı rama-zan ayının qəza oruclarını tutmalıdır. 7) ramazan ayı orucunun qəzasını yerinə yetirən şəxs zöhr namazının vaxtı olmamışdan qabaq orucunu aça bilər. bu şərtlə ki, qəza orucunu tutmaq üçün vaxt dar olmamalıdır. zöhr vaxtı olduqdan sonra isə qəza orucunu açmaq olmaz. 8) Əgər bir nəfər xəstə olduğu üçün ramazan ayında oruc tuta bilmə-sə və onun xəstəliyi gələn ramazan ayınadək davam etsə, tutmadığı orucların qəzası yoxdur. lakin hər kim xəstəlikdən qeyri bir üzrü olduğuna görə (məsələn, səfərdə olduğu üçün) oruc tutmasa və gələn ramazan ayınadək üzrü davam etsə, tutmadığı orucların qəzasını tutmalıdır. həmçinin əgər bir şəxs şəri üzrü xəstəlik olduğu üçün oruc tutmasa, sonra sağalsa və ortalığa çıxan başqa bir üzrü gələn ramazan ayına qədər davam etsə, tutmadığı orucların qəzası ona vacib olur. qəza orucu barədə bir şəri məsələ: ---Əgər insanın vacib orucu və ya qəza orucu tutmağa taqəti çatmırsa, bu səbəblə tutmadığı orucların qəzası onun boynundan götürülmür. deməli, əgər həddi-büluğa yenicə yetişən bir qızın oruc tutmağa taqəti çatmasa və gələn ramazan ayına qədər elə bu səbəblə orucun qəzasını yerinə yetirə bilməsə, tutmadığı orucların qəzasını tutmaq ona vacibdir. həmçinin bir neçə il oruc tutmayıb sonra tövbə edən şəxs tutmadığı orucların qəzasını tutmalıdır və əgər tuta bilmirsə, orucların qəzası onun boynundadır. ata-ananın qəza oruclarının hökmləri 1) hər kimin ata və vacib ehtiyata görə anası səfərdən qeyri bir şəri üzrü olduğuna görə oruc tutmayıbdırsa və həyatda ikən tutmadığı orucların qəzasını tuta bildiyi halda tutmayıbdırsa, ata-anası vəfat etdikdən sonra böyük oğula vacibdir ki, onların qəza oruclarını, ya özü tutsun, ya da bir nəfəri əcir edib orucların qəzasını tutdursun. lakin əgər valideynlərinin şəri üzrü səfər olmuşdursa və hətta həyatda ikən orucun qəzasını tutmaq imkanları da olmamışdırsa, həmin qəza oruclarını tutmaq böyük oğula vacibdir. 2) Əgər ata və ana heç bir şəri üzrləri olmadan qəsdən oruc tutmayıb-dırsa, vacib ehtiyata görə böyük oğul, ata-anasının qəza oruclarını ya şəxsən özü tutmalı, ya da bu iş üçün bir nəfəri əcir tutmalıdır. 3) Əgər böyük oğulun boynunda ata və ananın həm qəza namazı, həm də qəza orucu varsa, onlardan istədiyini birinci yerinə yetirə bilər.
 0  24  + 10