Qadınlar haqqında hədislər(03.04.2020 | 13:28)
qadınlar haqqında hədislər məhəmməd peygəmbər (s)-dən.. "sizin xeyirliniz, qadınlarına xeyirli olan (yaxşı davranan) dır." * * * "sizin ən xeyirliniz, əhlinə qarşı ən yaxşı davrananızdır. mən ailəmə ən yaxşı olanınızam." * * * "qadınlara ancaq kərim olanlar ikram edər (qiymətli olanlar dəyər verərlər); onlara pislik edənlər isə leîm (pis) kəslərdir." * * * "möminlərin iman baxımından ən kamil ,yetkin olanı; əxlaqı gözəl olan və ailəsində nəzakətli davranandır." * * * "uğursuzluq yoxdur. ancaq üç şeydə uğur ola bilər: qadında, atda, evdə." * * * "... kişi, ailədə idarəçilər və rəhbərliyindən məsuldur. qadın da ərinin evində idarəçilər və əlinin altındakılardan məsuldur." * * * "Ən gözəl dünya neməti, insanın sahib ola biləcəyi nemətlərin ən xeyirlisi: zikr dil, şükür edən ürək və insanın iman istiqamətində (müsəlmanca) yaşamasına köməkçi olan qadındır." * * * "kim iki qıza baxıb yetkinlik çağına qədər, onları yetiştirirse, qiyamət günündə o, mənimlə belə olar." (peyğəmbər, belə deyib barmaqlarını bir-birinə keçirmişdir.) * * * "kimin üç qızı yaxud üç bacısı və ya iki qızı, ya da iki bacısı olub da onlara gözəl baxar, onlar haqqında allahdan qorxsa (onlara haqsızlıq etməzsə), onun üçün cənnət vardır." * * * "birinizin xanımı məscidə getmək üçün icazə tələb etsə ona mane olmasın (icazə versin)."
 0  24  + 9