Öz övladını inkar eden qadın(03.04.2020 | 13:10)
bir cavan vahimeli halda medinenin küçelerinde gezir, semimi-qelbden allah dergahına nale edib deyirdi: -ey edaletlilerin en edaletlisi! menimle anamın arasında hökm et!- Ömer ona çatıb dedi: ey cavan! ne üçün anana qarğış edirsen?! cavan: anam meni doqquz ay öz betninde saxlamış, dünyaya getirdikden sonra iki il süd vermişdir. böyüdüb terbiye etdikden, yaxşını-pisi başa düşdükden sonra meni inkar edib deyir: sen menim oğlum deyilsen! Ömer o qadına üz tutub dedi: bu oğlan ne deyir? qadın: ey xelife! and olsun nur perdesinin arxasında olan ve gözlerin göre bilmediyi allaha! and olsun mehemmede ve onun ehli-beytine! men onu esla tanımıram, hansı qebile ve tayfadan olmasını da bilmirem. allaha and olsun ki, o, bu iddia ile meni öz qohum-eqrebam arasında rüsvay etmek isteyir. men qüreyş qebilesinden olan bir qızam ve indiye qeder de ere getmemişem. Ömer: dediklerine şahidin varmı? qadın: beli. qadın öz iddiasını isbat etmek üçün öz qohum-eqrebasından 40 neferi şahid kimi çağırdı. onlar Ömerin yanında şehadet verib dediler ki, bu oğlan yalan deyir. qadına bu töhmeti vurmaqla onu el arasında rüsvay etmek isteyir. Ömer memurlara dedi: Şahidler baresinde artıq tehqiqat aparılıncaya qeder cavanı tutub zindana salın. onların şahidlikleri sehih olduğu teqdirde cavana -iftira heddi- vurun. memurlar cavanı zindana teref apardıqları vaxt emirel-möminin eli (e) yolda onlarla qarşılaşdı. o cavanın nezeri eli (e)-a sataşanda ucadan feryad etdi: -ey resulullahın emisi oğlu! mene zülm olunmuşdur, kömek et.- sonra başına gelen ehvalatı danışdı. emirel-möminin eli (e) memurlara dedi: cavanı Ömerin yanına qaytarın. cavanı qaytardılar. Ömer onları gördükde qezeblenib dedi: axı men emr etmişdim ki, cavanı zindana salın. ne üçün onu qaytarmısınız?! memurlar dediler: ey xelife! eliyyibni ebi talib bize bele ferman verdi. biz senin özünden bele dediyini eşitmişik: -elinin gösterişlerinden heç vaxt boyun qaçırmayın.- bu zaman eli (e) daxil olub buyurdu: cavanın anasını getirin! o qadını getirdiler. sonra o hezret oğlana üz tutub dedi: ne deyirsen? cavan başına gelen ehvalatları evvelki kimi beyan etdi. eli (e) Ömere buyurdu: İcaze verirsenmi, onların arasında qezavet edim? Ömer: sübhanellah! nece icaze vere bilmerem?! halbuki, resulullahın -eliyyibni ebi talib sizin hamınızdan biliklidir--deye buyurduğunu eşitmişem. emirel-möminin eli (e) qadına buyurdu: Öz iddianı isbat etmek üçün şahidin varmı? qadın: beli. sonra şahidleri getirdi, yeniden yeniden şahidlik etdiler. eli (e): İndi bunların arasında ele qezavet ederem ki, alemin yaradanı ondan razı olar. ele bir qezavet ki, onu hebibim resulullah (s.e.v.v) mene öyretmişdir. sonra qadına buyurdu: qeyyumun varmı? qadın: beli, bu şahidlerin hamısı menim qardaşlarım ve qeyyumlarımdır. eli (e) onlara buyurdu: menim sizinle bacınız baresinde etdiyim hökm qebul olunurmu? hamılıqla dediler: beli! sonra buyurdu: men allahı ve bu meclisde olan müselmanları şahid tuturam ki, öz malımdan 400 dirhem nağd pul (mehriyye) ile bu qadını bu cavanın eqdine keçirdim! qenber! ayağa qalx ve dirhemleri getir. qenber dirhemleri getirdi. eli (e) onları cavanın ovcuna töküb buyurdu: bu dirhemleri arvadının eteyine tök ve ikinci defe zifaf elameti olmadan (cenabet qüslü etmemiş) menim yanıma gelme. cavan ayağa qalxıb dirhemleri qadının eteyine tökdü ve onun yaxasından tutub dedi: ayağa qalx! bu zaman qadın feryad ederek dedi: od! od! ey resulullahın emisi oğlu! meni öz oğlumun eqdine keçirmek isteyirsenmi?! allaha and olsun, o menim oğlumdur! daha sonra oğlunu ne üçün inkar etmesini bele açıqladı: qardaşlarım meni pis, yaramaz ve alçaq bir adama ere vermişdiler. bu oğlan da ondan dünyaya gelib. o böyüdükden sonra qardaşlarım meni tehdid etdiler ki, onu özümden uzaqlaşdırım. allaha and olsun ki, bu oğlan menim menim oğlumdur! sonra oğlunun elinden tutub yola düşdü. bu zaman Ömer uca sesle dedi: -eger eli olmasaydı, Ömer helak olardı.
 0  24  + 9