Orucun niyyəti(03.04.2020 | 13:37)
orucun niyyəti: 1. niyyət nədir? digər ibadətlərdə olduğu kimi orucda da niyyət etmək şərtdir. yəni, insan orucu batil edən işlərdən sırf allah-taalanın əmrinə itaət məqsədilə çəkinməlidir. Əgər insan bu niyyətdədirsə, onu dilə gətirməyə ehtiyac yoxdur. 2. niyyətin zamanı ---müstəhəb oruclarda gecənin əvvəlində məğrib azanına niyyət etmək qədər vaxt qalanadək ---vacib oruclarda isə müəyyən vacib oruclarda: 1) fəcr doğmamışdan qabaq niyyət düzdür, 2) günorta azanından qabaq- bilərəkdən olsa: niyyət düz deyil, unutsa və ya bilməsə: ehtiyyat vacibə görə oruc niyyəti edib oruc tutmalı və sonra qəzasını tutmalıdır, 3) günorta azanından sonra: kifayət etmir. qeri-müəyyən vacib oruclarda: 1) günorta azanından qabaq düzdür , 2) günorta azanından sonra düz deyil. ---orucun vaxtı fəcr doğandan etibarən başlandığına görə orucun niyyəti də bu andan ötüb keçməməlidir. yaxşı olar ki, fəcr doğmamışdan öncə oruc niyyəti edilsin. --- Əgər bir nəfər gecənin əvvəlində sabah oruc tutacağını niyyət etsə və gecə yatıb sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, yəni, sübh vaxtı oyana bilməsə, onun orucu düzdür. --- hər kim ramazan ayında sübh namazına yaxın qəsdən oruc niyyəti etməsə, gün ərzində niyyət etsə belə orucu batildir. eyni zamanda məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməlidir və ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır. --- hər kim ramazan ayında hökmü bilmədiyi və ya unutduğu üçün oruc niyyəti etməsə və gün ərzində niyyət etmədiyi yadına düşsə, əgər orucunu batil edən işlərdən birini yerinə yetiribsə, həmin günün orucu batildir. lakin eyni zamanda məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməlidir. amma əgər oruc niyyəti etmədiyi yadına düşdüyü zaman orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, günorta azanından sonraya təsadüf etsə, orucu batildir. günorta azanından qabaq yadına düşsə, vacib ehtiyata görə oruc niyyəti edib oruc tutmalı və sonra həmin günün orucunun qəzasını yerinə yetirməlidir. ---hər kim ramazan ayının orucundan başqa digər vacib oruclarda - məsələn, qəza və ya kəffarə orcu kimi - niyyət etməsə, orucu batil edən işlərdən heç birini yerinə yetirmədiyi təqdirdə niyyət edib oruc tuta bilər və orucu düzdür. --- müstəhəb orucun niyyətini günün hər çağında etmək olar və oruc düzdür. bir şərtlə ki, oruc tutmaq istəyən şəxs o anadək orucu batil edən bir işi yerinə yetirməmişdir. 2) boynunda ramazan ayı orucunun qəzası olan şəxs müstəhəb oruc tuta bilməz. hətta əgər vacib orucu niyyət etmə zamanı ötsə belə (yə-ni, zöhr azanından sonra), müstəhəb orucun niyyətini etsə, düz deyil. hər kim boynunda vacib oruc olduğunu unudub müstəhəb oruc tutsa və gün ərzində (istər zöhr azanından qabaq, istərsə də sonra) yadına düşsə, müstəhəb orucu batildir. lakin zöhr azanından qabaq səhvini xatırladığı zaman niyyətini ramazan ayının vacib oruca döndərə bilər və orucu düzdür. diqqət: ---boynunda ramazan ayı orucunun qəzası olan şəxs əgər müstəhəb oruc tutsa, bu müstəhəb oruc, onun qəza orucunun yerinə sayılmır. ---boynunda qəza orucu olub-olmadığını bilməyən şəxs əgər bu niyyətlə oruc tutsa ki, qəza orucum varsa, qəza orucu, yoxdursa müstəhəb oruc sayılsın, bu halda əgər boynunda həqiqətən qəza orucu olsa, tutduğu oruc qəza orucu sayılacaqdır. --- Əgər xəstə ramazan ayında gündüz ərzində sağalsa və yaxşılaşsa, o gün oruc niyyəti edib oruc tutmaq ona vacib deyildir. lakin əgər orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, müstəhəb ehtiyata görə, zöhr azanından qabaq oruc niyyəti edib oruc tuta bilər. ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır. 3)"yovmuş-şəkk”də (şəkk günündə) niyyət: Əgər insan şəkk etsə ki, şaban ayının axırıncı günüdür,yoxsa ramazan ayının birinci günü, həmin gün oruc tutmaq ona vacib deyildir. Əgər oruc tutsa, ramazan ayının orucunun niyyətini edə bilməz. müs-təhəb oruc, qəza və s. bu kimi orucların niyyətini edib oruc tuta bilər. Əgər sonradan məlum olsa ki, o gün ramazan ayı daxil olub, həmin gündə tutduğu oruc ramazan ayının orucu sayılır və qəzasını yerinə yetirmək lazım deyildir. Əgər həmin gün məlum olsa ki, ramazan ayının birinci günüdür, bunu bildiyi andan ramazan ayı orucunu niyyət etməlidir. 4)oruc niyyətində qalmaq 1) oruc tutan şəxs günün sonunadək oruc niyyətində qalmalıdır. 2) Əgər oruc tutan şəxs gün ərzində oruc tutmaq niyyətindən dönsə, orucu batildir və yenidən oruc niyyətinə qayıtmağının heç bir faydası yoxdur. 3) hər kim tərəddüd etsə ki, orucunu davam etdirsin yoxsa etdirməsin, yəni orucu batil etmək barədə hələ qəti qərara gəlməyibsə, yaxud orucu batil edən işlərdən birini hələ görməsə də, onu görmək barədə qəti qərara gəlibsə, bu iki halda vacib ehtiyata görə orucunu tutmalı və sonra qəzasını yerinə yetirməlidir. diqqət: ---yuxarıda deyilənlər ramazan ayının orucu, günü müəyyən edilmiş nəzir orucu və s. bu kimi "müəyyən vacib oruclar”a aiddir. odur ki, qeyri-müəyyən vacib oruclarda və müstəhəb oruclarda əgər oruc tutan şəxs oruc niyyətindən dönsə və hələ orucu batil edən işlərdən birini görməsə, zöhr azanından qabaq yenidən oruc niyyəti etsə - müstəhəb oruclarda isə məğrib azanına qədər oruc niyyəti etmək olar - orucu düzdür.
 0  31  + 11