Orucu batil edən işlər(03.04.2020 | 13:37)
orucu batil edən işlər: orucu batil edən işlər aşağıdakılardır: 1) yemək və içmək; 2) cima (cinsi əlaqədə olmaq); 3) İstimna; 4) (vacib ehtiyata görə) allahın, peyğəmbərlərin və məsum imamların (ə) adından yalan demək (onların sözlərini təhrif etmək); 5) (vacib ehtiyata görə) qatı tozun boğaza yetişməsi; 6) (vacib ehtiyata görə) başı bütünlüklə suya salmaq; 7) sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8) maye ilə imalə etmək; 9) qəsdən qaytarmaq (qusmaq). daha ətraflı 1-yemək və içmək 1) Əgər oruc tutan şəxs qəsdən və bilərəkdən bir şey yeyib içsə, orucu batil olur. onun yeyib-içdiyi şey, istər adi yeylib-içilən şeylər olsun, istərsə də kağız, torpaq və s. bu kimi adətən yeyilib-içilməyən şeylər. həmçinin istər çox, istərsə də bir damla su və ya kiçik bir çörək ovun-tusu qədər az bir şey olsun. 2) Əgər oruc tutan şəxs dişinin dibində qalan yemək qalığını bilərəkdən udsa, orucu batil olur. lakin əgər dişinin dibində yemək qalığının qaldığını və ya suyun boğazına getdiyini bilməsə, yaxud bunları bilsə də bilərəkdən udmasa, orucu batil olmur. 3) bilmədən bir şey yeyib-içmək istər vacib orucu, istərsə də müstəhəb orucu batil etmir. 4) ağız suyunu udmaq orucu batil etmir. 5) vacib ehtiyata görə oruc tutan şəxs vitaminlər kimi bədəni qüvvətləndirən iynələri vurdurmamalıdır. həmçinin damara vurulan iynələrdən və sistemlərdən çəkinməlidir. lakin əzələyə vurulan iynələrin (əlbəttə, vitaminlər kimi bdəni qüvvətləndirən iynələrdən qeyri), yaxud bədəni hissiyatsız edən iynələrin, həmçinin yaraya dərman qoymağın maneəsi yoxdur. 6) vacib ehtiyata görə oruc tutan şəxs burun yolu ilə çəkilən və ya dilin altına qoyulan narkotik maddələri istifadə etməməlidir. 7) Əgər oruc tutan şəxs yemək yeyərkən sübh namazının vaxtı olduğunu bilsə, ağzındakı tikəni çıxartmalıdır. Əgər bu tikəni bilərəkdən udsa, orucu batildir. 8) başdan və sinədən gələn bəlğəmi ağız boşluğuna gəlməmiş udmaq orucu batil etmir. lakin əgər ağız boşluğuna gəlsə, vacib ehtiyata görə onu udmaq olmaz. 9) Əgər oruc ikən təzyiqi salmaq üçün dərman içmək zəruridirsə, dər-man içməyin maneəsi yoxdur. lakin oruc batil olur. 10) Əgər oruc tutan şəxs damağından gələn qanı udmasa, orucu batil olmur. Əgər bu qan ağız suyuna qarışıb itsə, ağız suyu pakdır və onu udmağın da maneəsi yoxdur, oruc da batil olmur. həmçinin ağız suyunun qanlı olduğuna şəkk edən şəxs, əgər onu udsa, maneəsi yoxdur və orucu düzdür. diqqət: ---ağız boşluğundan qanın gəlməsi orucu batil etmir. lakin bu qanın boğaza yetişməsinin qarşısını almaq vacibdir. 2) cima (cinsi əlaqədə olmaq); 1) cinsi əlaqədə olmaq, hətta məni xaric olmasa belə, orucu batil edir. 2) Əgər bir şəxs oruc olduğunu unudub cinsi əlaqədə olsa, orucu batil olmur. bir şərtlə ki, yadına düşən anda cinsi əlaqədən uzaqlaşmalıdır. uzaqlaşmalıdır. 3) İstimna; 1) Əgər oruc tutan şəxs istimna etsə, yəni özü ilə elə bir iş görsə ki, ondan məni xaric olsun, orucu batildir. 2) oruc ikən möhtəlim olmaq (yuxuda ikən məninin xaric olması) orucu batil etmir. hətta əgər oruc tutan şəxs gündüz yatıb möhtəlim olacağını bilsə belə, yata bilər. 3) Əgər oruc tutan şəxs məni xaric olan anda yuxudan oyansa, məninin xaric olmasının qarşısını almaq vacib deyil. 4) (vacib ehtiyata görə) allahın, peyğəmbərlərin və məsum imamların (ə) adından yalan demək (onların sözlərini təhrif etmək); 1) vacib ehtiyata görə allahın, peyğəmbərlərin və məsum imamların (ə) adından yalan danışmaq hətta sonradan tövbə edib yalan danışdığı-nı etiraf etsə belə, orucu batil edir. 2) Əgər bir şəxs hədis kitablarında yazılan bəzi hədislərin saxta və yalan olduğuna əmin olmasa, onu nəql edə bilər. lakin müstəhəb ehtiyata görə nəql edərkən o hədislərin hansı kitabdan olduğunu vurğulasın. (məsələn belə desin: filan kitabda yazılıb ki, peyğəmbər (s) buyurub...) 5) (vacib ehtiyata görə) qatı tozun boğaza yetişməsi; 1) vacib ehtiyata görə, oruc tutan şəxs qatı tozu, məsələn, torpaqlı yeri süpürərkən qalxan bir tozu udmamalıdır. lakin tozun ağız və burun boşluğuna daxil olması- bir şərtlə ki, boğaza çatmamalıdır - orucu batil etmir. vacib ehtiyata görə siqaret tüstüsünün boğaza yetişməsi ilə oruc batil olur. 2) Əgər ağciyər xəstəliyinə tutulan şəxs təngnəfəs olduğu vaxt qaz halında olan dərmanlardan isitfadə etmək məcburiyyətində qalsa, oru-cunun düz olduğu şübhəlidir. Əgər bu dərmanlardan istifadə etməmək mümkün deyilsə və ya həddən artıq çətindirsə, oruc tutan şəxs ondan istifadə edə bilər. lakin vacib ehtiyata görə orucu batil edən digər işləri yerinə yetirməsin və oruc tutmaq qüdrəti (bu dərmanlardan istifadə etmədən) bərpa olunduğu vaxt oruclarının qəzasını tutsun. 6) (vacib ehtiyata görə) başı bütünlüklə suya salmaq; 1) Əgər oruc tutan şəxs başını bütünlüklə suya salsa, vacib ehtiyata görə, orucu batildir və qəzasını tutmalıdır. 2) oruc tutan şəxs istər bədənini suya salsın, istərsə də salmasın və təkcə başını suya salsın, əgər başını bütünlüklə suya salsa, orucu batildir. 3) Əgər oruc tutan şəxs başının yarısını suya salıb çıxarsa, sonra digər yarısını salsa, orucu batil olmur. 4) Əgər baş bütünlükdə suya daxil olsa, saçların bir hissəsi suya daxil olmasa da oruc batil olur. 5) Əgər insan şəkk etsə ki, başı bütünlüklə suya daxil oldu - ya yox, orucu düzdür. 6) Əgər oruc tutan şəxs qeyri-ixtiyari suya yıxılsa və başı bütünlüklə suya daxil olsa, orucu batil olmur. lakin dərhal başını sudan çıxartmalıdır. həmçinin əgər oruc tutduğunu unudan bir şəxs başını suya salsa,orucu batil olmur. lakin oruc olduğu yadına düşən kimi dərhal başını sudan çıxartmalıdır. 7) Əgər oruc tutan şəxs su keçirməyən bir paltar geyinsə (məsələn, su altında üzən üzgüçülərin geyimi kimi ki, suya daxil olduqda bədəni əsla islanmır) və bu geyimlə suya daxil olsa, bu halda əgər bu geyim onun başına tamamilə yapışıbsa, orucunun düz olduğu şübhəlidir. vacib ehtiyata görə orucun qəzasını tutmalıdır. 8) qab və ya başqa vasitələrlə başa su tökmək orucu batil etmir. 7) sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 1) ramazan ayının gecəsində boynuna cənabət qüslü gələn şəxs sübh azanından qabaq qüsl verməlidir. Əgər sübh azanına qədər qəsdən qüsl verməsə, orucu batildir. bu hökm, ramazan orucunun qəzasına da aiddir. diqqət: ---Əgər ramazan ayının gecəsində bir nəfərin boynuna cənabət qüslü gəlsə və heç bir qəsdi olmadan sübh azanına qədər qüslü verməsə, məsələn, yuxuda ikən boynuna cənabət qüslü gəlsə və sübh azanından sonra yuxudan oyansa, orucu düzdür. ---sübh azanına qədər cənabətli halda qalmaq ramazan ayının və onun qəza orucunu batil edir. digər oruclar isə, xüsusilə müstəhəb oruclar bu səbəblə batil olmur. --- hər kim ramazan ayında gecədən sübhə qədər boynunda cənabət qüslü olduğunu unutsa və beləcə sübh namazının vaxtı daxil olsa, orucu batildir. vacib ehtiyata görə ramazan ayının orucunun qəzası da bu hökmdədir. digər oruclar batil olmur. --- Əgər boynunda cənabət qüslü olan şəxs bu halda bir neçə gün oruc tutsa və biləmsə ki, oruc tutmaq üçün cənabətdən paklanmaq şərtdir, tutduğu oruclar batildir və qəzasını yerinə yetirməlidir. --- Əgər bir nəfər mübarək ramazan ayında napak su ilə qüsl versə və bir neçə gündən sonra o suyun napak olduğunu bilsə, tutduğu oruclar düzdür. --- hər kim ramazan ayının gecəsində vaxtın darlığı, suyun zərəri olduğu və s. bu kimi səbəblər üzündən qüsl verə bilməsə, qüsl əvəzinə təyəmmüm etməlidir. diqqət: ---Şəri üzrü olduğuna görə qüsl əvəzinə təyəmmüm edən şəxs, ramazan ayının gecəsində ixtiyari olaraq cənabət qüslünə bais olan bir işi görə bilər. bu şərtlə ki, cənabət qüslü boynuna gəldikdən sonra təyəmmüm etmək üçün kifayət qədər vaxtı olmalıdır. ---hər kim sübh azanından qabaq boynunda olan cənabət qüslünü versə və ya qüsl əvəzinə təymmüm etsə - sübh azanından sonra ondan qeyri-ixtiyari məni xaric olsa da tutduğu oruc düzdür. --- Əgər yuxuda ikən oruc tutan şəxsdən məni xaric olsa, orucu batil olmur. deməli, əgər bir nəfər sübh azanından qabaq və ya sonra yatıb yuxuda ikən boynuna cənabət qüslü gəlsə və sübh namazından sonra oyansa, həmin günün orucu düzdür. Əlbəttə namaz üçün qüsl verməlidir və namaz vaxtına qədər qüslü təxirə sala bilər. diqqət: ---Əgər oruc tutan şəxs ramazan ayında və ya digər aylarda gündüz vaxtı yatsa və yuxuda ikən boynuna cənabət qüslü gəlsə, yuxudan oyanan kimi dərhal qüsl verməsi vacib deyil. --- oyaq ikən boynuna cənabət qüslü gələn şəxs və ya oyanıb yuxuda ikən boynuna cənabət qüslü gəldiyini görən şəxs əgər bilsə ki, yatarsa, sübh azanından qabaq qüsl vermək üçün oyana bilməyəcəkdir, qüsl verməmiş yata bilməz. Əgər bu şəxs yatsa və sübh azanından qabaq qüsl verə bilməsə, orucu batildir. lakin əgər ehtimal versə ki, qüsl vermək üçün sübh azanından qabaq oyanacaq və hökmən qüsl verə-cəkdir, oyanmasa orucu düzdür. lakin əgər oyanıb yenidən yatsa və sübh azanına qədər oyanmasa, orucu batildir. o, orucunun qəzasını yerinə yetirməli və ehtiyati-müstəhəbə görə kəffarə də verməlidir. diqqət: ---Əgər bir nəfər ramazan ayında gecə yuxudan oyanıb şəkk etsə ki, möhtəlim olub, yoxsa olmayıb, lakin öz şəkkinə etina etməyib yenidən yatsa və sübh azanından sonra oyansa və başa düşsə ki, sübh azanından qabaq möhtəlim olmuşdur, bu halda əgər birinci dəfə yuxudan oyananda möhtəlim olma nişanəsini özündə müşahidə etməmişdirsə və sadəcə bunu ehtimal vermişdirsə, sübh azanından sonra oyansa da orucu düzdür. həmçinin əgər sübh azanından qabaq oyansa və möhtəlim olduğunu başa düşməyib yatsa, sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu bilsə, orucu düzdür. --- heyzdən və nifasdan paklanan qadın əgər ramazan ayında sübh azanına qədər qüsl verməyib onu təxirə salsa, orucu batildir. --- günü müəyyən olan nəzir orucu tutan qadın əgər oruc ikən heyz olsa, orucu batildir və paklandıqdan sonra onun qəzasını tutmalıdır. 8) maye ilə imalə etmək; 1) maye ilə imalə etmək, hətta çarəsizlikdən və müalicə məqsədilə olsa da orucu batil edir. 2) qadın xəstəliklərinin müalicəsində uşaqlıq yoluna qoyulan şamlardan istifadə etmək orucu batil etmir. 9) qəsdən qaytarmaq (qusmaq). 1) Əgər oruc tutan şəxs özünü qusdursa, hətta xəstəliyi ilə əlaqədar bu işi görmək məcburiyyətində qalsa belə orucu batil olur. lakin əgər bilmədən və qeyri-ixtiyari qussa, orucu düzdür. 2) Əgər oruc tutan şəxs gəyirərkən (qida borusundan) ağzına yemək-içmək qırıntısı gəlsə,onu udmamalı və ağzından çıxartmalıdır. Əgər qeyri-ixtiyari udsa, orucu düzdür. orucu batil edən işlər barədə bir neçə məsələ: 1) hər kim qəsdən və ixtiyari olaraq orucu batil edən işlərdən birini görsə, orucu batil olur. lakin əgər qəsdən etməsə, məsələn ayağı sürüşüb çaya düşsə və başı bütünlüklə suya daxil olsa, yaxud oruc olduğu-nu unudub yemək yesə, ya da zorla onun boğazına yemək-içmək töksələr, orucu batil olmur. bu hökm orucun bütün qismlərinə, yəni, həm vacib, ham də müstəhəb, həm ramazan ayının, həm də ramazandan qeyri aylarda tutulan oruca aiddir. diqqət: ---Əgər oruc tutan şəxsi orucunu batil etməyə vadar etsələr, məsələn, onu hədələsələr ki, əgər yemək yeməsə canına və malına zərər vuracaqlar və o, bu zərərin qarşısını almaq üçün yemək yesə, orucu batil olur. --- Əgər oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və sonra orucunun batil olduğunu düşünüb orucu batil edən bir işi bir daha yerinə yetirsə, orucu batil olur. --- hər kim şəkk etsə ki, orucu batil edən bir işi yerinə yetirib, yoxsa yetirməyib, məsələn, şəkk etsə ki, ağzına daxil olan qatı tozu udub, yoxsa udmayıb, yaxud ağzına aldığı suyu udub, yoxsa udmayıb, orucu düzdür.
 0  25  + 10