Oruc tutmaq barədə 7 yanlışlıq(03.04.2020 | 13:37)
oruc tutmaq barədə 7 yanlışlıq yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz. həqiqət: olar. sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz. yanlışlıq: ağız suyunu (tüpürcəyi) udmaq olmaz. həqiqət: oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur. yanlışlıq: ağzı yaxalamaq və dişləri təmizləmək olmaz. həqiqət: olar. sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin. yanlışlıq: orucluq vaxtı toy-bayram keçirtmək olmaz. həqiqət: mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır. yanlışlıq: namaz qılmayan oruc tuta bilməz. həqiqət: bunlar – 2 müxtəlif vacib əməllərdir. lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir. yanlışlıq: səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil. həqiqət: səhvən nəyisə yemək və içmək orucu pozmur. amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.
 0  19  + 6