Oruc tutan şəxsə bir neçə iş məkruhdur(03.04.2020 | 13:37)
oruc tutan şəxsə bir neçə iş məkruhdur: 1. gözə dərman tökmək; 2. sürmə çəkmək , əgər dadı, iyi boğaza çatarsa; 3. zəifliyə səbəb olan işləri görmək, qan almaq, hamama getmək kimi; 4. burunotu çəkmək, əgər boğaza çatacağını bilməsə; amma əgər boğaza çatacağını bilsə caiz deyildir; 5. Ətirli bitkiləri iyləmək; 6. ehtiyata görə, qadının suda oturması; 7. ehtiyata görə, qeyri-maye şeylərlə imalə etmək ; 8. bədəndəki paltarları islatmaq; 9. diş çəkdirmək, ağızdan qanın gəlməsinə və zəifliyə səbəb olan bütün işlər ; 10. təzə çubuqla dişi fırçalamaq; 11. məninin çölə gəlməsi qəsdi olmadan həyat yoldaşını öpmək, yaxud şəhvətini təhrik edən hər bir iş görmək. amma məninin çölə gəlməsi qəsdi ilə olsa, orucu batildir.
 0  23  + 7