MƏVƏDDƏT HƏDİSİ(03.04.2020 | 13:12)
biz əvvəlki söhbətlərimizdə qur᾽anın məvəddət ayəsi barəsində danışarkən məvəddət hədisi barəsində olan rəvayət və sənədləri təqdim etdik. burada isə yenidən o hədisi və peyğəmbərdən (s) Әhli-beyt (ə) barəsində nəql olunan digər hədisləri də gətirməyi lazım bilirik: Әhməd, təbərani və hakim ibni abbasdan rəvayət etmişlər ki, məvəddət ayəsi peyğəmbərə (s) nazil olan zaman müsəlmanlar dedilər: «ey allahın peyğəmbəri! Әqrəbalarından bizlər üçün dostluq və məhəbbətləri vacib olanlar kimlərdir? o həzrət cavab verdi: «onlar Әli, fatimə və oğlanlarından ibarətdir» bəzzaz və təbərani nəql edirlər: «İmam həsən ibni Әli (ə) bir gün xütbə oxuyaraq belə buyurdu: «məni tanıyanlar tanıyır, tanımayanlar da bilsinlər ki, mən məhəmməd (peyğəmbər (s)) oğlu həsənəm. bilin ki, mən sizləri (cənnətlə) mükafatlandıran və (cəhənnəmlə) qorxudan şəxsin balasıyam. mən o Әhli-beytin övladıyam ki, allah onları sevməyi bütün müsəlmanlara vacib etmişdir. (ey peyğəmbər müsəlmanlara) söylə ki, mən sizlərdən (çəkdiyim zəhmətlərin müqabilində) əqrabalarımı sevməkdən başqa bir şey istəmirəm. hər kim yaxşı əməl etsə, biz də o əməlin yaxşılığını artırarıq. ayədə işarə olunan yaxşı əməldən məqsəd biz Әhli-beytin məhəbbət və dostluğudur.»[58] Әbulhəsən bəğəvi öz təfsirində ibni abbasdan belə rəvayət edir: allah-taala məvəddət ayəsini nazil etdiyi zaman (müsəlmanlar) dedilər: «ey allahın peyğəmbəri! bu ayədə allah tərəfindən bizlər üçün dostluq və məhəbbətləri vacib olan şəxslər kimlərdir?! buyurdu: «onlar Әli, fatimə və iki oğlanlarıdır.» sədi, ibni malikdən o da ibni abbasdan nəql edərək deyir: «hər kim bir yaxşı əməl edərsə, biz də onun o əməlinin yaxşılığını artırarıq» ayəsindəki «yaxşı əməl»dən məqsəd məhəmmədin (s) övladlarını, Әhli-beyti (ə) sevməkdir.[59] Әhli-beyti (ə) sevmək, onlara itaət etmək və yollarından çıxmamaq haqqında nəql olunan hədislərin hamısını bu kitabda yazmaq mümkün deyildir. biz onların bə᾽zilərini seçib siz əziz oxuculara təqdim etdik. Әlbəttə, onu da qeyd edək ki, yazdığımız hədislərin tarix və hədis kitablarında özünəməxsus yeri vardır. oxucuların bu barədə mə᾽lumatlarının artırılması və Әhli-beytə (ə) qarşı olan məhəbbətlərinin dərinləşməsi, həmçinin onların yolunda hərəkət etməyə təşviq olunmaları və şəfaətlərinə ümüdlərinin artırılaması üçün o müqəddəslərin haqqında söylənən hədis və rəvayətlərdən bir neçəsini nəql etmək istəyirik. təbərani «mö᾽cəmul-ovsət» kitabında ibni həcərdən nəql etmişdir: «peyğəmbər (s) ömrünün axır anlarında söylədiyi sözlər bunlar idi: «məndən sonra Әhli-beytimi (hüquqlarını) riayət edin.»[60] təbərani «mö᾽cəmul-ovsət» kitabında cabir ibni abdullah Әnsaridən, o da peyğəmbərdən (s) belə nəql edir: «ey insanlar! hər kim biz Әhli-beytlə düşmən ola, allah-taala qiyamət günü onu yəhudi şəklində məhşur edər.»[61] müslim, termezi və nisai, zeyd ibni Әrqəmdən peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişlər: «(ey müsəlmanlar!) Әhli-beytimin haqqında (düşünərkən) allahı yaddan çıxarmayın.»[62] xətib bəğdadi öz tarixində həzrət Әli (ə) vastəsilə peyğəmbərdən (s) belə rəvayət etmişdir: «mənim şəfaətim ümmətimdən o şəxslərə yetişəcək ki, Әhli-beytimi seviblər.»[63] qeyd etdiyimiz hədislər Әhli-beytin (ə) dostluğu və onları sevərək yollarında hərəkət etməyin vacib olmasını izah edən bə᾽zi nümunələr idi.
 0  22  + 7