Mehdiyi-Müntəzər(03.04.2020 | 13:11)
İslamın bütün firqələri, dünyanın sonunda bir şəxsin zühur edib, dünyanı ədalətlə dolduracağı fikrində müttəfiqdirlər. o şəxs yer üzündə yeganə haqq dövlətini bərqərar edəcəkdir. necə ki, allah-təala qurani-kərimdə buyurmuşdur: "və biz zəburda tövratdan sonra yazmışıq ki, mənim saleh bəndələrim bu yeri irs aparacaq". { 21.Ənbiya surəsi, 105 } "biz yer üzündə zəif düşüb əzilənlərə minnət qoyub onları başçı və varis etmək istədik" { 28.qəsəs surəsi, 5 } "onlar allahın nurunu (dəlillərini, İslam dinini, qur'anı) batil sözləriylə (ağızlarıyla) söndürmək istəyirlər. allah isə, kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər". "müşriklərin xoşuna gəlməsə də, (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün, peyğəmbərini doğru yolla və haqq dinlə göndərən odur!" {9.tövbə surəsi, 32-33 } peyğəmbər (s) bəyan etdi ki, həmin şəxsiyyət onun Əhli-beytindəndir. daha sonra buyurdu: "adı adımla eyni, Əhli-beytimdən olan bu şəxsiyyət dünya məhv olmamış, zamanın sahibi olar." { "səhih-tirmizi" cild 9, səh 74; "Əbu-davud". cild 2, səh 7; "müsnədi-Əhməd". cild 1, səh 376. } Əbu-sə'id xudri peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: "qiyamət olmamış, Əhli-beytimdən bir şəxs zühur edib, zülm və fəsadla dolu olan dünyanı ədalət və insafla bərqərar edəcəkdir." { "mustədrək-səhihəyn" cild 4, səh 557; "musnədi-Əhməd" cild 3, səh 36. } Əbu-hureyrə də peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: "dünyanın sonuna bir gün belə qalmış olsa, allah-təala o bir günü o qədər uz'adar ki, mənim Əhli-beytimdən bir nəfər zühur edib dünyaya malik olsun." { "sünən ibn-macə", "cihad" babı. } başqa bir yerdə ummu-sələmə peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: “mehdi (ə) fatimənin (ə) övladından olmalıdır.” həmçinin peyğəmbər (s), İsanın (ə) dünyanın sonunda zühur edib, mehdiyə (ə) iqtida edəcəyini də xəbər vermişdir. Əbu-hüreyrə rəvayət edir ki, peyğəmbər (s) müsəlmanlara xitabən buyurur: "məryəm oğlu İsanın (ə) imama iqtida etməsini görəcəksiniz." { "səhih-müslim" cild 1, səh 373; "nuzulu İsa ibn-məryəm" babı, "daruş-Şə'b" çapı. } "Şərhi-səhihil-buxari" kitabında "Əl-hafiz" demişdir: "mütəvatir hədislərə görə, mehdi (ə.c) bu ümmətdəndir və məryəm oğlu İsa (ə) nazil olduqda (namazda) ona iqtida edəcəkdir." { "fəthul-bari" cild 5, səh 362. } "rabitətul-aləmil-İslami" müəssisəsinə tabe olan "məcmə'ul-fiqhi" 1976-cı ilin may ayının 31-də "Əl-mehdil-muntəzər" haqqında aşağıdakı fətvanı yaymışdır: - mehdi (ə.c), muhəmməd - ibn Əbdullah Əl-həsəni Əl-Ələvi Əl-fatimi Əl-mehdi, “ma'udul-muntəzəri” (və'də verilən), zühuru qiyamət gününün əlamətlərindən olan, məğrib tərəfdən zühur edən, məkkədə "rükn"lə "məqam"ın arasında, "həcərul-Əsvəd"lə “kə'bəyi-müşərrəffə”nin qapısı arasında bey'ət olunan şəxsiyyətdir. dünya fəsad, zülm və küfrlə dolu olan zaman o şəxsiyyət zühur edib dünyanı ədalətlə dolduracaqdır. dünyaya hakim olan bu şəxsə istər elm, istərsə də hərb sahəsində hamı ona tabe olacaqdır. dünyaya yeddi il hakim olduqdan sonra, İsa (ə) nazil olub, dəccal qətlə yetiriləcəkdir. yaxud mehdilə (ə) birlikdə nazil olub, fələstin torpağında "lud" qapısında dəccalı qətlə yetirərlər. "səhih" kitablarda peyğəmbərdən (s) rəvayət olunan 12 "raşid" xəliflərin sonuncusu mehdidir (ə). o həzrətin zühuruna e'tiqad etmək vacibdir və bu da əhli-sünnətin əqidəsidir. bunu yalnız sünnətə cahillik edən və əqidəsində bid'ət əhli olan şəxslər inkar edər". beləliklə, peyğəmbərin (s) bəşarət verdiyi mehdinin (ə.c) on ikinci xəlifə olması barədə əhli-sünnət və şiələr müttəfiqdirlər. lakin bir neçə məsələlərdə müxtəlif rə'ylər mövcuddur: 1.Əhli-sünnətin bir qismi İmam-mehdinin (ə.c) zamanın axırında doğulaçağına e'tiqad edirlər. amma şiələr isə, bunun əksinə olaraq e'tiqad edirlər ki, o həzrət 255-ci hicri ilində anadan olmuş və atası şiələrin on birinci imamı, İmam həsən-Əsgəridir. Şiələrin başqa bir inancı da budur ki, allah-təala İmam mehdini (ə.c) bir hikmət səbəbindən gözlərdən qeyb etmiş və zamanın sonuna qədər o həzrəti (ə.c.) yaşadacaqdır. 2."adı, mənim adıma bənzəyən, atasının adı atamın adına bənzəyən" rəvayətinə istinadən, eləcə də bundan əvvəl deyilən fətvaya əsasən, əhli-sünnət e'tiqad edir ki, İmam mehdi (ə.c) İmam-həsənin (ə) nəslindəndir və atasının da adı Əbdullahdır. Şiələrə gəldikdə, onlar mehdinin (ə.c) İmam hüseynin (ə) nəslindən olub, atasının İmam həsən-Əsgəri adı ilə tanındığını söyləyirlər. bunu, peyğəmbərin (s) "adı mənim adımdan, atasının adı oğlumun adındandır" hədisi ilə sübut edirlər. İmam-mehdinin (ə.c) beş yaşında ikən imamətə yetişdiyinə e'tiqad edən şiələrin fikrinə sünnət əhli tə'nə edir. bu tə'nə, onların əsəbiyyətlərindən irəli gəlir və əcdadlarından qalan əqidəyə uyğun olmayan başqa əqidəli şəxslərin dəlilini nəzərə almadan, onları batil bilirlər. bu sözlərə cavab veririk: * Əhli-sünnətin bir çox alimləri e'tiqad edirlər ki, mehdi (ə.c) İmam həsən-Əsgərinin (ə) övladıdır. o həzrət dünyanın sonunda zühur edəcəkdir. bu əqidədə olan alimlərin bir neçəsinin adını aşağıda sadalayırıq: 1. muhiyəddin ibn-Ərəbi "Əl-futuhat əl-məkkiyyə" kitabı. 2. sibt ibn-cauzi "təzkirətil-xəvas" kitabı. 3. Əbdul-vəhhab əş-Şə'rani "Əqaid əl-əkabir" kitabı. 4. İbn-xəşşab "təvarix vəl-məvaid əimmə və fəvatir" kitabı. 5. muhəmməd Əl-buxari Əl-hənəfi "fəslul-xitab" kitabı. 6. Əhməd ibn-İbrahim Əl-bəlaziri "Əl-hədis əl-mutəsəlsil" kitabı. 7. İbnus-səbbağ əl-maliki "Əl-fusulul-muhimmə" kitabı. 8. Əl-arif Əbdur-rəhman "mir'atul-Əsrar" kitabı. 9. kəmaluddin ibnu-təlhə "mətalib əs-su'ul fi mənaqib ər-rəsul". 10.Əl-qunduzi Əl-hənəfi "yənabiul-məvəddə" kitabı və s... { bu qaynaqları ticani səmavinin "li əkunə mə'əs-sadiqin" (“doğrularla birgə”) kitabından əxz etdim. } * İmam mehdi (ə.c) haqqında şiə əqidəsinin əksini sübut etdirən bir dəlil mövcud deyildir. Çünki, mehdinin (ə.c) qaib olmasına bənzər bir çox möcüzələr zikr edilmişdir. buna misal, nuhun (ə) 950 il ömür sürməsidir. { Ənkəbut surəsi, 14} eləcə də "Əhli-kəhf"in 309 il yatmış vəziyyətdə qalması istisna olunmur. allah-təalanın İsaya (ə) qətldən nicat verməsi və onu qeybə çəkməsi və həmçinin xızır peyğəmbərin (ə) indiyə qədər sağ qalması və gözlərdən qeyb olması da deyilənlərə misaldır. uca allahın bu mö'cüzələrindən əlavə, İmam mehdinin (ə.c) atasının vəfatından sonra beş yaşında ikən imamətə yetişməsini, eləcə də südəmər uşaq ikən məryəm oğlu İsanın (ə) beşikdə peyğəmbərliyə yetişməsini xüsusilə qeyd etmək lazımdır. bu barədə "qur'ani-kərim"də deyilir: "məryəm onun özü ilə danışın, deyə uşağı işarə etdi onlar: "beşikdə olan uşaqla necə danışaq?" -dedilər. allahdan bir möcüzə olaraq körpə dilə gəlib dedi: "mən, həqiqətən, allahın quluyam. o, mənə kitab verdi özümü də peyğəmbər etdi." { 19.məryəm surəsi, 29-30 } "ey yəhya! kitabdan bərk yapış. biz uşaq ikən ona hikmət verdik" { 19.məryəm surəsi, 12 } Əgər bütün bü mö'cüzələrin yalnız peyğəmbərlərə məxsus olduğu iddia edilsə, cavab budur ki, peyğəmbərin (s) vəfatından sonra mö'çüzələrin aradan getməsi barədə bir dəlil mövcud deyildir. "Əhli-kəhf"in peyğəmbər olmadıqları hamıya mə'lumdur. həmçinin allah-təalanın İblisin (l) ömrünü qiyamət gününədək uzatmasını da misal göstərmək olar. İmam-mehdinin (ə.c) qaib olması əqidəsində olanlara e'tiraz edənlər, o həzrətin hansı məqama malik olduğunu dərk etmirlər. hansı ki, onun İsanın (ə) (namazda) imamı olması deyilənlərdən bəllidir. o İsa (ə) ki, allah-təala onu beşikdə, südəmər ikən peyğəmbər qərar vermişdir. beləliklə, əgər rəsuləllahdan (s) sonra xəlifə olmaq və o həzrətin risalətini qorumaq üçün allah-təalanın on iki imamı seçdiyini əhli-sünnət yəqinləşdirsə, o zaman İmam-mehdinin (ə.c) zühur edib, haqqa nicat verəcəyi onlar tərəfindən qəribə hal kimi qarşılanmaz. görəsən nəyə görə sünnət-əhlinin əksəriyyəti öz məzhəblərinə uyğun rəvayətləri qəbul edib etiqad edirlər? hansı ki, bu rəvayətlər qur'anda zikr edilməyən, buxari və müslim kimi şəxsiyyətlərin kitablarından çatan qəribə rəvayətləridir. o rəvayətlərdə allah-təalanın kecənin axırında səmaya nazil olduğu, qiyamət günü ayağını cəhənnəm oduna salacağı iddia olunur. onlar peyğəmbərin (s) səhv etdiyini, o həzrətə sehrin tə'sir etdiyini, yaxud qur'anı unutduğunu e'tiraf edirlər. həmçinin rəvayət edirlər ki, musa (ə) Əzrailin gözünü çıxarmışdır. onlar Əbu-bəkrin imanını bütün İslam ümmətinin imanından üstün hesab edirlər. yaxud da "sariə" adlı məşhur hadisəyə əsaslanaraq, Ömərin bir baxışla minlərlə kilometr uzaqlığı görməyə malik olduğuna inanırlar. bundan başqa, peyğəmbərin (s) -məndən sonra peyğəmbər olsa idi, Ömər olardı - dediyini və ya - məlaikələr osmanı görəndə utanardılar - dediyini e'tiraf edirlər. bu kimi bir çox xəstə rəvayətlər və hekayətlər əhli-sünnətin əqidəsidir. amma başqa əqidəli müsəlmanların dediklərini fikirləşmədən rədd edirlər. Əgər əhli-sünnət tərəfindən İmam-zamanın (ə.c) qaib olması barədə bir rəvayət mövcud olsaydı, təbii ki, onlar bu rəvayəti araşdırmadan, əqidəli bir şəkildə qəbul edər, bu əqidədə olanları da tənqid etməzdilər. onlarla mübahisəyə qatıldıqda, təəccübləndirici fikirlərə təsadüf etdim. onlardan biri mübahisə zamanı şiənin e'tiqad etdiyi siğəni inkar edirdi. sonradan sünni alimlərinin qul-kəniz ticarətinin halal bildiklərini ona deyəndə, öz rə'yini dəyişdirib dərhal qəbul etdi. lakin siğə barəsində əhli-sünnətin rə'yinin halal olduğunu söylədikdə, qəbul etmədi. hətta "səhih-buxari"dən ona bu barədə dəlil göstarəndə öz fikrindən dönməyib, siğənin haram olduğunda israr etdi. daha təəccüblüsü budur ki, bir qədər əvvəl deyildiyi kimi, sünnilərin etiqad etdiyi əsassız rəvayətləri (peyğəmbərin (s) qur'an ayələrini unutduğunu, yəhudi sehrinin o həzrətə tə'sir etməsini, musanın (ə) Əzrailin gözünü çıxarmasını) şiələrin adı ilə onlara söyləyəndə, bu kimi fikirlər onlara gülünc gəlir və bütün deyilənləri inkar edirdilər. amma deyilən rəvayətlərin "səhih-buxari" kimi sünni mənbələrində mövcud olduğunu onlara bildirəndə, dərhal qəbul edir və sanki əqidə üsullarından biri kimi bu rəvayətlərə inanırdılar. bütün bunlar kor-koranə təəssübkeşlikdir. bunu edənlər həqiqətə göz yumurlar. həqiqətə göz yummaq isə, onun vücudunu məhv edə bilməz. yer üzündə nəsrani, yəhudi və müsəlmanların zamanın axırında bir imamın zühur edəcəyini e'tiraf etmələrinə baxmayaraq, o həzrət zühur etdikdə, onlar ixtilaflarla qarşılaşacaq və bu ixtilaflar nəticəsində böyük bir sınaqdan keçəcəklər. bəzi rəvayətlərdə xəbər verilir ki, bu zaman müsəlmanlar "kor-dəccal"a tabe olub, mehdiyə (ə.c) qarşı müharibə edəcəklər. Əhli-sünnətin e'tiqad etdiyinə əsasən, adı çəkilən dəccalın alnına "kafir" kəlməsinin yazıldığı fikrini həqiqətdən uzaq bilirəm. Çünki, alnında açıq-aşkar "kafir" kəlməsi yazılan şəxsiyyətə müsəlmanların tabe olması inandırıcı deyildir. həmçinin "kafir kəlməsini yalnız möminlər oxuya biləcəg" fikrini iddia edənlər də yanılmışlar. Əgər bu söz doğrudursa, o zaman nəticəsi qabaqcadan bilinən imtahan faydasız olar. buradan aydın olur ki, dəccalın kor olması və müsəlmanların ona tabe olması fikri əsassızdır. vaxtı ikən, bu təəcübləndirici rəvayətlər məni heyrətləndirirdi. necə ola bilər ki, allah-təalanın zəfərə nail etdiyi İmam mehdinin (ə.c) intizarında olan müsəlmanlar ona bey'ət etməyib, müharibə etsinlər?! sünni və şiə məzhəbi arasında İmam-mehdi (ə.c) haqqında mövcud olan ixtilaflı məsələləri araşdırdıqda, şiələrin o şəxsiyyətə böyük etiqad bəslədiklərini və onu on ikinçi imam kimi gördüklərini yəqinləşdirdim. bundan sonra təəccüb doğuran məsələlər mənə aydın oldu. bəli, şiələrin imamı zühur etdikdən sonra ona bey'ət olunacaq. lakin əhli-sünnətin bə'zi təəssübkeş insanları bu imamı qəbul etməyib, intizarında olduqları imamın sünni olacağını irəli sürəcəklər. müasir zamanımızda əhli-sünnətin şiələrlə ixtilafda olduğu bəllidir. İranda İslam inqilabına və onu həyata keçirən şəxsə tə'nə vurmaları buna misaldır. bu qərəzliyin meydana gəlməsini onlar özləri də dərk etmirlər. bu mövqeyi İslam ümməti arasında bərqərar edənlər, İslamın açıq-aşkar düşmənləridir. İnqilabın həyata keçməsi barədə "səhih-buxari"də Əbu-hureyrədən nəql olunan rəvayətdə deyilir: "cümə surəsi peyğəmbərə nazil olarkən, biz də onun yanında idik. ("başqa bir topluya ki, hələ onlara qoşulmayıblar" { 62.cümə surəsi, 3 } ) Əbu-hüreyrə belə davam edir: "mən rəsuləllahdan bunların kim olduğunu üç dəfə tə'kidlə soruşanda, o həzrət mənə cavab vermədi. salman-farsi də həmin məclisdə əyləşmişdi. rəsuləllah əlini onun çiyninə qoyaraq dedi: "Əgər iman dan ulduzunda olarsa, bunlardan (yə'ni salmandan) ona bir və ya bir neçə nəfər çata bilər.” həmçinin allah-təala onlara işarə edərək buyurmuşdur: budur siz allah yolunda sərf etməyə çaqırılan kimsələrsiniz. bununla belə içərinizdə xəsislik edən də vardır. hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. allah zəngin siz isə yoxsulsunuz. Əgər ondan üz döndərsəniz, yerinizə sizlər kimi olmayan başqa bir qövm gətirər" { 47.muhəmməd surəsi, 38 } rəsuləllah (s) bu ayəni nəql edəndə ayədəki "...başqa bir qövm gətirər" kəlamının kimlərə işarələndiyini o həzrətdən (s) soruşanda, əlini salmanın dizinin üzərinə qoyaraq belə cavab verdi: "bunu və qövmünü". sonra sözünə belə davam etdi: "Əgər din dan ulduzunun üzərində olarsa, ona farslardan bir neçə nəfər çata biləçəg". { təfsir ibn-kəsir, "Əl-qurtubi". "durul-mansur" və "Ət-təbəri". } buna əlavə olaraq peyğəmbər (s) müasir zamanımızda belə müsalmanların arasında fitnə-fəsad yaradanları hələ öz dövründə ikən tənqid etmişdir. İbn-Ömərdən gələn hədisdə belə deyilir: "rəsuləllah (s) bir gün - ey allahım! Şamımıza, {1} yəmənimizə bərəkət ver - deyə dua edirdi. başqa şəxslər nəcdimizə {2} də bərəkət ver deyə dua edirdilər. amma rəsuləllah (s) yalnız Şam və yəməni dua edirdi. onlar "ya rəsuləllah (s), bəs nəcdimizə?!" deyə təəccüblənərək soruşdular. İbn-Ömər deyir ki, bu hal üç dəfə təkrar olunduqdan sonra belə zənn etdim ki, rəsuləllah (s) üçüncü dəfə belə dedi: "oralarda zəlzələlər, fitnə-fəsadlar və şeytanın burnu peyda olunar." { Əl-buxari. cild 9, səh 166. "kitabul-fitən", "Əl-fitnə min qibəlil-məşriq" babı. } (Şam – qədim zamanlarda, indiki suriyaya, fəlastinə və İordaniyaya deyilirdi. nəcd – saudiyyə Ərəbistanında bir məntəqə adıdır. ) mən (müəllif) bu hədisin axırındakı işarələrin vəhhabilərə aid olduğunu yəqinləşdirdim. bu təriqəti yaradan nəcdin Əl-uyeynə kəndində dünyaya gələn muhəmməd ibn-Əbdül-vəhhabdır. bu təriqətdə olanlar tövhidi gözdən pərdə olaraq asıb, bu pərdənin altında olan xəbis məqsədləri isə bütün İslam məzhəblərini və xüsusən də, Əhli-beytə (ə) tabe olanları müşrik adlandırmaqdır. məsələn; onlar peyğəmbərləri, övliyaları, salehləri vasitə qərar verməklə allaha dua etməyi müşriklik kimi qələmə verirlər. İş burasındadır ki, onların sözlərinin əksini "səhih-buxari"də Ənəsin nəql etdiyi rəvayət aşkara çıxarır. o deyir: "yağış kəsilən vaxt Ömər ibn-xəttab istisqa edəndə, peyğəmbərin (s) əmisi abbas ibn Əbdul-mütəllibi özü ilə aparıb belə dua edərmiş: – ey allahım! peyğəmbərlə sənə təvəssül edəndə, bizə yağış əta edirdin. İndi isə peyğəmbərin əmisi ilə sənə təvəssül edirik, bizə yağış göndər!" Ənəs nəql edir ki, bu zaman allah-təala onların duasını qəbul edərdi. { səhih-buxari. cild 2, səh 66. "Əl-İstisqa" bölümü. } vəhhabilərin belə iddiaları ondan irəli gəlir ki, həqiqətən şiələr, Əhli-beytin (ə) müqəddəs məqama yetişdiklərinə və onların allah dərgahında sevib-seçilən şəxslər olduğuna inanırlar. bu da hər kəsə mə'lumdur ki, əgər onlar olmasaydı, bəşər zəlalətdə idi. vəhhabiliyi rədd etməyə "səhih-buxari"nin peyğəmbərdən (s) söylədiyi rəvayət kifayətdir: "məşriq tərəfdən insanlar zahir olar ki, onlar qur'an oxumaqdan savayı heç bir şey bilməzlər. onlar dindən sapmış şəxslərdir. Öz dinlərinə qayıtmazlar". o həzrətdən (s) soruşdular: "onların əlamətləri nədir? həzrət buyurdu: "hər zaman başlarını qırxarlar". { buxari. cild 3, səh 489. "Ət-tövhid" bölümu. "qiraətul-facir vəl-munafiq" babı. } bu əlamətlərin vəhhabilərə məxsus olduğunu onların öz tarixləri də sübut etmişdir, { "fitnətul-vəhabiyyə" kitabı; səh 77; İstanbul çapı 1978-ci miladi ili. } mehdi (ə.c) yer üzündə zəif insanlara, təkəbbürlü və şərr insanlara qarşı nüsrət verəcəkdir. görəsən, o şər insanlardan, münafiqləri o həzrətə qarşı yönəltməkdən, ya sultanların vaizlərini, zəlalətin başçılarını o həzrətə qarşı təhrik etməkdən başqa nə gözləmək olar?! hazırkı zamanda küfr və fisqi ilə məşhur olan İraq hakimlərinin milyonlarla müsəlmanları aldatmaları deyilənlərə misaldır. belə ki, bu şəxsiyyətlər zahirdə özlərini müsəlman kimi tanıtmaqla kafir və müşriklərə qarşı cihad e'lan etdilər. bununla zavallı müsəlmanlar o küfr insanlara inandılar. belə misallar ona işarə edir ki, əgər daha dəhşətli hadisələr baş verərsə, müsəlmanlar daha da pis vəziyyətdə qalacaqlar. rəsuləllah (s) hələ o dövrdə ikən, belə hadisələr baş verdiyi zaman nicat yolunu göstərmişdir. bu nicat yolu qur'an və Əhli-beytə (ə) söykənməkdir. (bunun mə'nası 1-ci fəsildə izah olunmuşdur). huzeyfə ibn-yəman belə bir rəvayət də nəql edir ki, xalq rəsuləllahdan (s) xeyir barəsində soruşanda, mən şərdən çox çəkindiyim
 0  13  + 5