Maide suresi 105 ci aye(03.04.2020 | 13:11)
qeyd olundu ki, quran ayelerine esasen, elece de, eqli ve tecrubi araşdirmalara gore insanin menevi cehetden tenezzule uğramasi qefletden ireli gelir. bu qeflet insanin ozunden ve yaraniş meqsedinden xeberdar olmamasindan ibaretdir. tebii ki, bu qefletin mualicesinden otru diqqeti hemin meselelere yoneltmek lazim-dir. qurani-kerimin maide suresinin 105-ci ayesi bu movzunu işiqlandirir. ayede buyurulur: ey iman getirenler! nefslerinizi qorumaq sizin oz borcunuzdur. siz doğru yolda olsaniz, yolunu azanlar size hec bir zerer yetire bilmezler. merhum ellame tebatebai yuxaridaki ayenin tefsirinde nefs baresinde merifet elde etmek, bu merifetin mertebeleri, bu merifetin ilahi merifetle sonuclanmasi barede deyerli fikirler soyleyir. tefsire gore ayenin zahiri menasi budur ki, insan oz eyblerine meşğul olub başqalarinda noqsan axtarmamalidir. bezen insan butun diqqetini etrafdakilara yoneltdiyinden ozunden xebersiz qalir. ekserimiz insanlarin yaxşi xususiyyetlerini bir kenara qoyub, adeten onlarin eyblerine diqqet yetiririk. bizden bir şexs haqqinda soruşulanda hemin şexsin noqsanlarindan danişmağa ustunluk veririk. İnsan eyb axtara-axtara bir de onda ayilir ki, eyb axtarmaq onda xasiyyete cevrilib. deyilenler ayenin zahiri menasini teşkil edir. amma bir az da diqqet etdikde daha derin menalar uze cixir. merhum ellame diqqetimizi bezi derin inceliklere yoneldir. ayede insanin ozune qarşi diqqetli olmasi ile onun doğru yolu tutmasi, hidayeti arasinda elaqe movcuddur. demek, doğru yola yonelmek ucun insanin ozune diqqet yetirmesi şertdir. yeni nefsi tanimaq allahi tanimaq ucun bir muqeddimedir.
 0  11  + 4