Kərbəla qiyamı və İmam Hüseynin (ə) şəhadəti(03.04.2020 | 13:11)
İmam həsənin (ə) vəfatından sonra hicrətin 50-ci ilində İraqda olan şiələr müaviyənin müsəlmanlara rəhbərlikdən uzaqlaşdırılmasını istəyərək İmam hüseynə (ə) məktublar göndərdilər. lakin hüseyn (ə) müaviyə ilə öz arasında əhd və müqavilə olduğunu və həmin müqavilənin poza bilməyəcəyini onlara bildirdi. amma, müaviyə özünün 20 illik hakimiyyəti ərzində xilafəti arsız oğlu yəzid üçün möhkəmləndirmişdi ki, onu mö'minlərin əmiri tə'yin etsin. müaviyə isə özü-özlüyündə allahın şahid olduğu bu müqaviləyə müxalif idi. müaviyə, əhli-sünnənin təqvalı və layiqli olma şərti ilə xəlifəni şura yolu ilə seçmə e'tiqadına qarşı çıxmış və onu pozmuşdur. müaviyənin islam və müsəlmanların haqqında cinayətlərin sonsuzluğunu görəsən, qalan Əməvi, abbasi və osmanlı xəlifələri də onun yolu ilə getmiş əsrimizdəki fitnə-fəsad yaradan müsəlman hakimlərindən böyük əksəriyyətini bü yoldan uzaqlaşmağı da çətin olmuşdur? müaviyənin ölümündən sonra hicrətin 60-cı ilində yəzid hökmranlığa yetişdi. bütün müsəlman icmalarının e'tirafına görə yəzidin sarayı günah və arsızlıq mərkəzi idi. onun özü isə gecə məclisləri təşkil edib, açıq-aşkar şərab içməklə məşğul idi. onun nəql olunmuş əhəmiyyətsiz şe'rlərindən bir beyt qeyd edək. məni qulağımdakı soxulcan səsləri məşqul etdi, bu səslərin tə'sirindən hurini qoca qarı ilə dəyişdim bunda heç bir qəribəlik yoxdur ki, yəzidi bir məsihi tərbiyəçi böyütmüşdür. tarixçilərin yazdıqına görə o, düşüncəsiz, pozğun, zalım, arsız, kütbeyin, mə'suliyyətsiz, ərköyün bir kənc idi. rəvayət olunub ki, yəzid bir dəfə müsəlmanlarla bərabər cümə namazını üçüncü gün qılmışdır, başqa bir vaxt isə içki içəndən sonra sübh namazını imam olduğu halda dörd rükət qılmışdır. yəzidin bu kimi işləri çox olmuşdur. bizim məqsədimiz onları aşkar etmək deyildir. biz o qanun pozuntularını qeyd etməklə İmam hüseynin (ə) hədəfə aldığı peyğəmbər (s) sünnətini və islamı yaşatmaq üçün üsyan və qiyam etmənin zəruriliyini görməsini aydınlaşdırırıq. belə ki, İslam dini məsxərəyə qoyulub aradan getmək üzrə idi. İmam hüseynin (ə) hədəfi inqilab etmək ilə səltənət və xilafəti əldə etmək deyildi. Çünki o bilirdi ki, xüsusi ilə İraq əhlinin Əməvilərdən qorxub, geri çəkilməsilə onların xilafətdə qalma şansları daha tə'minatlı idi. İmam hüseyn (ə) kərbəla yaxınlığında etdiyi xütbələrin birində üsyan etməsinin səbəbini belə açıqlamışdır: "ey insanlar, hər kim allahın haramlarını halal edən, müqavilədən sonra allahın əhdini pozub onun peyğəmbərlərinin sünnətinə müxalif çıxan, allahın bəndələri arasında zülm və günahla edən zalım imam (rəhbər) görərsə, onu görənlə bərabər cəhənnəmə üzü üstə atılar". belə ki, deyir: "ey insanlar onlar Şeytana itaət edirlər, allaha asi olurlar, yer üzərində fitnə-fəsad edirlər, peyğəmbər sünnətinin dayandırırlar və müsəlmanların beytül malını əllərinə alırlar, allahın haramlarını halal edib, halal etdiyini isə haram edirlər. mən insanlar arasında onlara qarşı çıxan ən layiqlisiyəm". İmam hüseyn (ə) kufədə baş verən qorxunu bildikdən sonra öz ətrafında olan Əhli-beyt və səhabəsini toplayıb onlara belə buyurdu: "Şiələrimiz, bizi köməksiz qoydu, sizlərdən hər kim getmək istəyirsə gedə bilər, gedən şəxs üçün bizim tərəfimizdən heç bir məzəmmət yoxdur". İmamla (ə) bərabər məkkə və mədinədən gələn səhabələrindən başqa onun ətrafında bir kimsə qalmayıb, hamısı dağılmışdı. lakin İmam hüseyn (ə) məkkədən çıxdığı vüqarla öz qərarında israrlı idi. bu zaman onun ətrafında sayı 78 nəfəri ötməyən səhabələri, qardaşları, oğulları və əmisi oğulları var idi. və onun halı şairlərdən birinin təsvir etdiyi kimi: "Əgər məhəmmədin dini mənim ölümümlə qalarsa - ey qılınclar, doğrayın məni!". İmam (ə) Əməvi xəlifəsi yəzidi kufədə olan valisi ubeydullah ibn ziyad tərəfindən göndərilən Ömər ibn sə'din başçılığı ilə, bə'zi rəvayətlərin yazdığına görə 32 minlik qoşunu ilə üzləşdi. yezid ibn müaviyənin qüvvətli ordusunun bu kiçik dəstəni qətlə yetirməsi təbii idi. həmin Əhli-beytə (ə) zülm olunması və onların faciəsi açıq şəkildə ifadə olundu. sanki bu vuruşda yəzid ibn müaviyə peyğəmbərin (s) istədiyi mükafatı ödəyirdi. peyğəmbərin (s) ümmətindən istədiyi mükafat isə bu idi: "de, sizdən əhli beytə qarşı məhəbbətdən başqa bir mükafat istəmirəm". tarix Əhli-beytin (ə) faciəli mənzərəsi haqqında həqiqət olan belə bir söhbət açır... bu faciədən biri İmam hüseynin (ə) südəmər övladı abdullahla bağlıdır. yəzidin əsgərləri İmam hüseynin (ə) xeyməsi və fərat çayının arasında maneə yaratdıqdan sonra, İmam (ə) südəmər körpəni götürüb Əməvilərin düşərgəsinə, ona su istəmək üçün apardı. bəlkə bununla onların vicdanlarını və insani hissiyyatlarına tə'sir edib, hərəkətə gətirsin. onların cavabı isə körpə uşağı oxlayıb onu öldürərək geri qaytarmaq oldu. İmam hüseynin (ə) səhabələri və Əhli-beyti biri digərinin ardınca şəhid oldular. bu həlledici vuruşmada İmam hüseyn (ə) axırıncı şəhid idi. cənnət əhlinin kənclərinin ağasını qətlə yetirməklə kifayətlənməyib, onun başını bədəndən ayırdılar. hüseyn (ə) və səhabələrinin başlarını qatillər öz aralarında bölüb hədiyyə olaraq Şamda bə'zilərinin hələ də müsəlmanların, mö'minlərin əmiri saydıkı yəzid ibn müaviyəyə apardılar. allahdan başqa heç kimdə qüvvə və qüdrət yoxdur!... bu hadisələri nəql etdikdən sonra İmam hüseynin (ə) uca məqsədlər uğrunda inqilab etdiyi aydın olur. bu inqilabı böyük islam dəvətçisi Ömər Əbdürrəhman belə təsvir edir: "həqiqətən hüseynin (ə) şəhid olması həyatda qalmasından min dəfə əzəmətlidir". onları məzhəbi təəssübkeşliyinə qurban vermək üçün və tarixi saxtalaşdırmağa cəhd edən azmış Əməvilərin mə'lumatlarına onları qurban vermək üçün bu əzəmətli inqilabı ləkələyərək, "Şeyxülislam" İbn teymiyə kimi biabırçı təhriflər etməyə məcbur olurlar: "İmam hüseyn (ə) bu qiyamı ilə müsəlmanların rəhbərinin itaətindən çıxması üçün islam xalqı arasında fitnə törətmişdir!!". Şeyxülislamdan müaviyənin də Əlinin (ə) itaətindən çıxmasını soruşanda, İbn teymiyə deyir ki: "...bu onların arasında bir fitnə idi və bunda onların ikisinin də heç bir günahı yoxdur". həmçinin ayişənin İmam Əliyə (ə) qarşı çıxması da bunun kimidir. bütün bunlar bizim islam tarixində aşkar saxtakarlıq cəhdlərindən başqa bir şey deyil. Əks təqdirdə əhli sünnənin çoxsunun bu tarixi faciəyə cahilliklə yanaşmasını necə aydınlaşdıraq? hansı ki, orada peyğəmbər (s) övladlarını qəddarcasına, əzabla qətlə yetirmişdir. bəni uməyyə və abbasi hökmdarların onlara qarşı yönələn hərakatı boğmaqda müaviyə və onun oğlu yəzidin yolu ilə getmişlər. xüsusən, peyğəmbər (s) ailəsini daima repressiya edib, sürgün etməklə, qətl və əzab verməklə təqib etmişlər. bu zülm təkcə peyğəmbər (s) ailəsinə qarşı edilməsi ilə bitməyib, Əhli-beytdən başqa Əməvi zülmünün qurbanlarından biri də abdullah ibn zübeyr idi: belə ki, o faciəvi mənzərəni məkkənin hərəmində ibn zübeyrin qətlə yetirilib, dərisini soyulmasında həmin müqəddəs yerin belə ona şəfaət verə bilməsini tarix qeyd etmişdir. hətta cahiliyyət dövründə bu yer müqəddəs və əzəmətli sayılmış, orada nəinki insanın, hətta heyvanın qanının tökülməsi halal sayılmamışdır. İbn zübeyr kəbənin pərdələrindən asıldıqda, bəni uməyyə hakimləri yanında kə'bə ona şəfaət verə bilməmişdir. həmçinin Əbdül məlik ibn mərvan dövründə insanları mancanaqla ataraq öz zülmü ilə haqsız yerə insanların başını kəsib, qətlə yetirmək üçün həccacın əlinə əsas vermişdir. bu iki nəfər haqqında həsən bəsri belə demişdir:"Əbdül məlik mərvanın həccacdan başqa bir pisliyi olmasa belə, tək həccaç ona kifayət edər". Ömər ibn Əbdül Əziz belə demişdir: "hər bir xalq öz zülmkarı ilə gəlsə, biz də həccac ilə gəlsək - biz o xalqlara qələbə çalarıq". bundan başqa vəlid ibn Əbdül məlikin qur'anı cırmasını və bu kimi başqa şeyləri buna əlavə etmək olar. müsəlman olan şəxsə bu cür əməllər etməyə haqq qazandırmaq olarmı, xüsusən əgər o, müsəlmanların xəlifəsi və mö'minlərin əmiri olarsa?? Şübhəsiz ki, biz bu gün İslam tariximizə yenidən baxmalı və müsəlmanların e'tiqadında olduğu islam məzhəbləri dünyası ilə möhkəm bağlılığı olan bir çox hadisələri, bu tayfanın həqiqətini yaxından və ya uzaqdan tanımağa kömək edən zülm və cinayətdə təqsirləndirmələrini diqqətlə nəzərdən keçirmək və araşdırmaq ehtiyacındayıq. bu hadisələr, müsəlmanların islam dini xəttindən parçalanmağına səbəb olmuşdur. bununla da müxtəlif tayfa və firqələrə bölünmüşlər ki, hər biri özünün xilas olan tayfa olmasını zənn edir. bizim zəmanədə elə bir nəfər yoxdur ki, bu tayfalardan birinin adını xəbər vermək üçün səmadan bir vəhyin intizarında olsun. uca olan allah bizə əql əta etməklə pisi yaxşıdan seçmək qabiliyyəti vermiş və onu bəndələri üzərində mayak etmişdir. və bizi kor-koranə təqlid etməkdən çəkinmişdir. necə ki, belə buyurur: «onlara: "allahın nazil etdiyinə və onun peyğəmbərinə tərəf gəlin!" deyildiyi zaman: "atalarımızın getdiyi yol bizə yetər", deyə cavab verirlər. bəs ataları heç bir şey bilməyib doğru yolda deyildirsə necə?!» { 5.Əl-maidə surəsi, 104 } «ey iman gətirənlər! Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!» { 49.Əl-hucurat surəsi, 6 } «lakin onların əksəriyyəti haqqı xoşlamır». { 23.Əl-mu'minun surəsi, 70 } (məlumat üçün bir kitabın üzündəki yazını sizə təqdim edirik: səudiyyə Ərəbistanı. mədəniyyət nazirliyi. məktəblər üçün dərslik. - Əmirəlmöminin yezid ibn muaviyyənin həqiqətləri)
 0  10  + 4