Istiqra metodu ve onun merheleleri(03.04.2020 | 13:11)
ehtimal esasinda olan istiqarai (eksperimental) delil metodunu, aydin ve sadeliye riayet etmek şerti ile beş merheleye bolmek olar: birinci merhele: bu merhelede biz hiss ve tecrube yolu ile muxtelif varliqlari goruruk. İkinci merhele: evvelki merheledeki melumatlarimizi bir yere toplayib mulahize etdikden sonra bu merhelede onlari tehlil ve izah etmeye başlayiriq. meqsed budur ki, bu merhelede ele guclu bir ferziyye ireli surek ki, onun vasitesile hemin varliqlari izah edib meqbul derecede beyan ede bilek. deyerli ferziyye dedikde meqsed budur ki, eger ferziyyemiz duz olsa, butun varliqlara şamil olsun ve onlarin vucudunun heqiqeti ile muvafiq olsun. ucuncu merhele: bu merhelede nezere almaliyiq ki, eger bu ferziyye duzgun ve realliqla uyğun olmasa, onda hemin varliqlarin hamisinin yaranmasi ehtimali cox zeifdir. bele ki, o ferziyyenin duzgun olmadiği halda, bu varliqlarin hamisinin vucuda gelmesi ehtimalinin, onlarin hamisinin ve ya hec olmazsa birinin olmamasinin ehtimalina nisbeti cox az - 0,01, belke de 0,001-den de az olacaqdir. dorduncu merhele: bu merhelede bele netice aliriq ki, evveldeki ferziyye duzdur. onun doğruluğuna olan delilimiz birinci merhelede varliğini hiss ve duyğu uzvleri vasitesi ile, real şekilde derk etdiyimiz unsurlerin varliğidir. beşinci: İkinci merhelede ireli cekilen ferziyyeni isbat eden bu hadiselerin derecesi, onlarin movcud olmasi ehtimali ile duz mutenasib, yoxluqlari ehtimali ile ters mutenasib olacaq. yeni ferziyyenin duzgun olmamasina aparib cixaran bu ehtimal ne qeder zeif olsa, o hadiselerin isbat olunmasi ehtimalinin subuta yetme derecesi de bir o qeder cox olacaqdir. hetta bir cox adi ve normal hallarda ferziyyenin doğruluğunun subuta yetme derecesi tam yeqin seviyyesine catir. heqiqetde bu ehtimallarin deyerini qiymetlendirmek ve onlari mulahize etmek ucun ehtimal nezeriyyesine esaslanan deqiq miqyas ve meyarlar vardir. amma bezen adi hallarda bele, insan ozunun fitri eqline uyğun olaraq o miqyas ve meyarlari heqiqete cox yaxin olan bir şekilde işledir. buna gore de mentiqi riyaziyyatda movcud olan cox murekkeb ve cetin şerhi bir kenara qoyub ehtimalin deyerini olcmek ucun fitri metodla kifayetleneceyik. qeyd olunanlar adeten ehtimallara esaslanan her bir istiqrai metodun merheleleri idi. biz adi heyatimizda ve yaxud elmi tedqiqat ve araşdirmalarda, elece de allahi isbat ederken hemin merhelelerden eyni seviyyeden behreleneceyik.biz bu metodun deyerini misalda tetbiq etmekle qiymetlendirecek ve behse gundelik heyati misallar getirmekle başlayacağiq. evvelde qeyd etdiyimiz kimi, siz bir mektubu oxuyub onun hansisa bir şexsin sadece yazişma meqsedi ile yazdiğini deyil, oz qardaşinizdan olduğunu bilirsiniz. bu iş de (yeqin şekilde bilmek) ehtimal esasinda olan istiqra deliline gore baş verir. bu netice (burada mektubun qardaşinizdan olmasi) sizin ucun ne qeder aciq-aşkar olsa da, heqiqetde qeyd olunan istiqra metoduna esaslanan bir qeziyyenin neticesinde elde etmisiniz. siz ilk merhelede bir nece mesele ile qarşilaşirsiniz. o cumleden: mektubda qardaşinizin adi ile eyni olan bir ad yazilmişdir, mektubun yazilma uslubu, yazilan herflerin hamisi tamamile qardaşinizin xetti kimidir. mektubun kelmeleri tamamile qardaşinizin elyazmasindaki kelmeler kimidir ve her birinin nece yazilmasi aciq-aşkar şekilde muşahide olunur. beyan sepgisi, cumlelerin bir-birine bağliliği ve ondaki qabariq ve zeif cehetler, butunlukle qardaşinizin uslubu ile tam oxşardir. hemcinin, yazi metodu, inşa ve s. cehetden olan sehvlerin hamisi qardaşinizin buraxdiği sehvlerle uyğun gelir. mefhum baximindan ise, orada olan melumatlar adeten sizden istenilen şeylerdir. bir sozle, mektubda olan telebatlar qardaşinizin telebatlari ile duz gelir. butun bunlar muşahide etdiyiniz zahiri elametlerdir. İkinci merhelede mueyyen suallar yaranir ve oz-ozunuzden soruşursunuz: doğrudanmi bu mektubu qardaşim gondermişdir, yoxsa tesadufen onunla eyni adli ayri bir şexs yazmişdir? sonra evveldeki meseleleri tesdiq edecek bir ehtimal ireli surub deyirsiniz ki, mektub doğrudan da qardaşimdandir. bele olduqda, tebiidir ki, birinci merhelede mulahize etdiyiniz bu menani isbat ede bilecek şahidler coxdur. ucuncu merhelede bele bir sual yaranir: eger mektub qardaşinizdan deyil, ayri şexsdendirse, onda birinci merhelede mulahize etdiyiniz xususiyyetlerin hamisinin tesadufen baş vermesi hansi derecede mumkundur? butun bunlarin mumkun olacaği teqdirde o melumat ve xususiyyetlerin gercekleşmesinin de mumkun olmasi ucun geniş miqyasli ferziyyelere ehtiyac duyulur. bunun mumkun olmasi ucun qardaşinizla eyni adda ve ona oxşar olan ele bir şexs ferz edilmelidir ki, hem butun kelmeleri yazmaqda, hem imlada, hem beyan etmek qabiliyyetinde ve hemcinin intellektual seviyyede onunla eyni olsun. bir-birine oxşar olan tesadufi xususiyyetler ne qeder cox az olsa, ehtimalin duzgun olma dairesi bir o qeder mehdudlaşir. İstiqrai mentiq prinsipleri ehtimali nece qiymetlendirmek yolunu bize oyredir, onun nece zeif olmasini, elece de bu zeiflikle ferz olunan tesadufi hadiselerin sayinin coxalmasi arasindaki asililiği aydinlaşdirir. biz bu barede geniş şerh vermek fikrinde deyilik, lazim olan şeyleri beyan edeceyik. cunki, umumxalq kutleleri bu cur derin meseleleri başa duşub qavraya bilmezler. xoşbextlikden, ehtimallarin zeifliyinin derk olunmasinin bu barede uzun-uzadi tefsilati derk etmekle hec bir asililiği yoxdur. nece ki, insanin uca yerden yixilmasi ile onun cazibe quvvesi ve onunla elaqedar olan sair qanunlari derk edib-etmemesi arasinda hec bir asililiq yoxdur: o, bezen hetta muvazinet halindan cixmağini bele derk etmeye biler. elece de, bir şexsin, qeyd olunan butun xususiyyetlerde qardaşinizla eyni olmasi doğrudan da zeif ehtimaldir. diger bir misal: bank işcileri, bankda uzv olanlarin hamisinin emanet qoyduğu pullari eyni zamanda goturmesi ehtimalinin zeif olmasini bilirler ve bunu derk etmek ucun mentiqi istiqranin mefhumunu başa duşmelerine hec bir ehtiyac duyulmur. halbuki, bu ehtimal bir-iki nefer baresinde bele deyildir. dorduncu merhelede bele deyirsiniz: eger mektub qardaşimdan olmasa, onda bu hadiselerin tesaduf uzunden bir yere toplanmasi ehtimali cox zeifdir. belelikle de movcud melumat ve şahidler mektubun qardaşinizdan olmasi ehtimalina ustunluk verir. beşinci merhelede ise, dorduncu merhelede ustunluk verdiyiniz ehtimal (yeni mektubun qardaşinizdan olmasi) ile ucuncu merheledeki zeif ehtimalin (yeni butun bu şahid ve melumatlar ola-ola, mektubun qardaşinizdan deyil, başqasindan olmasinin) qeyri-mumkun olmasi ehtimalini muqayise edib onlarin arasindaki uyğunluğu olcursunuz. netice bu olur ki, ehtimalin ustunluk teşkil eden terefi ile zeif olan terefi bir-biri ile ters mutenasibdir. yeni bu ehtimal ne qeder zeif olsa, qeyd olunan ustunluk derecesi daha cox qenaetbexş ve deyerli olacaq. bu meseleni inkar ede bilecek bir şahid olmazsa, bu beş merheleden sonra mektubun qardaşinizdan olmasina şeksiz inanacaqsiniz. bu, her bir insan ucun gundelik heyatda yeterli bir subut yoludur.
 0  18  + 7