İmam Məhəmməd Baqir ə (03.04.2020 | 13:05)
İmam məhəmməd baqir 141.o həzrətin imaməti 511.kifayətul-əsər:«Əli ibn hüseyn (ə) o həzrətin ölümü ilə nəticələnən ölüm yatağına düşdükdə oğulları məhəmməd, həsən, abdullah, Ömər, zeyd və hüseyni bir yerə yığdı və məhəmmədi öz canişin və vəsisi təyin edərək ona baqir künyəsi verdi, qardaşlarının başçılığını ona tapşırdı.» 142.elm və hikməti yaran. 512.allahın peyğəmbəri(s) cabir ibn abdullah Ənsariyə xitab edərək buyurmuşdur:«cabir! sən o qədər yaşayacaqsan ki, tövratda baqir kimi təqdim edilən oğlum məhəmməd ibn Əli ibn hüseyn ibn Əli ibn əbu talibi görəcəksən. onunla görüşən zaman ona mənim salamımı çatdır.» 513.İmam baqir (ə):«batilin öz qarnına aldığı haqq məni köməyə çağırdı və mən batilin böyürünü yardım və haqqı onun qarnının pərdələrinin arasından çıxartdım. ondan sonra gizlin və örtülü olan haqq aşkar oldu və yayıldı.» 514.Əli ibn İbrahim atasından nəql edir ki:«Ətraf bölgələrin şiələrindən bir dəstə imam baqirdən (ə) onun yanına daxil olmaq üçün icazə istədilər. həzrət onları qəbul etdi. onlar həmin məclisdə otuz min məsələ soruşdular və on yaşı olan əbu cəfər onların hamısına cavab verdi.» 143. İmam baqirin fəzilətləri. 515.İmam sadiq (ə):«atam (ə) allahı çox zikr edərdi. onunla yol gedəndə həmişə zikr dediyini görürdüm. onunla nə vaxt yemək yeyirdimsə görürdüm ki, zikr deyir. camaatla söhbət edirdi, amma bu onu allahı zikr etməkdən saxlamırdı. görürdüm ki, dili damağına yapışıb və «la ilahə illəllah» deyir. o bizi bir yerə yığardı və günəş çıxan zaman zikr deməyimizi buyurardı. bizim quran oxuya bilənimizə quran oxumaq göstərişi verərdi. quran oxuya bilməyənlərə isə göstəriş verərdi ki, zikr desinlər.» 516.İmam sadiq (ə):«İmam baqir (ə) insanların ən gözəl səslisi idi.» 517.süleyman ibn qurəm:«əbu cəfər məhəmməd ibn Əli bizə beş yüz, altı yüz dirhəmdən min dirhəmə kimi hədiyyə və bəxşiş verərdi və o qardaşlarına, görüşə gələnlərə, kömək arzusu və ümidi ilə onun yanına gələnlərə hədiyyə verməkdən yorulmazdı.» mənbə:mizanul – hikmət (xülasəsi) 1-ci cild
 0  38  + 13