imam Hüseynin kəsilmiş başı harada olunub?(03.04.2020 | 13:10)
sual: imam hüseyn (ə) şəhadətə yetdikdən sonra onun kəsilmiş başı harada dəfn olundu? cavab: imam hüseynin (ə) mübarək başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. kərbəla‚ nəcəf‚ kufə‚ mədinə‚ şam‚ rəqqə‚ misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir. onun kərbəlada dəfn olunması şiə alimlərinin nəzərincə ən düzgün fikirdir. əllamə məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir (″ biharul-ənvar ″‚ c. 45‚ s. 145). şeyx səduq imam hüseynin (ə) bacısı fatimənin dilindən nəql edir ki‚ imamın başı kərbəlada bədəni olan qəbirdə dəfn olundu. seyyid ibn tavus və bəzi başqa alimlər belə hesab edirlər ki‚ imamın başının bədəni ilə dəfni ilahi möcüzə şəklində baş verdi (″iqbalul-əmal″‚ s. 588.). o‚ bu işin necə baş verməsi haqqında sorğuya icazə vermir. bəzi alimlərin fikrincə‚ imamın qırxı günü (ərbəin) geri qayıdan imam səccad (ə) imamın başını kərbəlada onun bədəninin yanında dəfn etdi. başın bədən olan qəbirdə və ya onun kənarında dəfn olunması məlum deyil. bəzi mənbələrdə bildirilir ki‚ kəsilmiş baş üç gün dəməşq darvazasında asıldıqdan sonra onu endirib‚ süleyman ibn əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. süleyman imamın mübarək başını dəməşq qəbiristanında dəfn etdi. onun canişini ömər ibn əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. şəriətə zahirən ehtiram göstərən ömər ibn əbdüləziz‚ güman ki‚ başı kərbəlaya göndərmişdir. sünni alimləri arasında da imamın başının kərbəlada dəfn olunduğunu söyləyənlər var.
 0  24  + 8