İmam Həsən (ə)(03.04.2020 | 13:24)
imam həsən (ə) haqqında qısa məlumat 4. İmam hƏsƏn (Əleyhİssalam) ləqəbləri: müctəba, təqiyy, zəkiyy, seyyid, sibt. künyəsi: Əbu muhəmməd. atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam). anası: fatimeyi zəhra (salamullahi əleyha). anadan olduğu gün: 25 ramazan. doğulduğu yer: mədineyi münəvvərə. anadan olduğu il: hicrətdən 2 il sonra. Şəhid olduğu gün: 7 səfər. Şəhid olduğu il: 49-cu hicri ili. Ömrü: 47 il. Şəhadət səbəbi: Əşəsin qızı cödə, müaviyənin hiyləsi ilə o həzrəti zəhərləmişdir. dəfn olunduğu yer:mədineyi-münəvvərə, "bəqi” qəbiristanlığı. Övladlarının sayı: 15 (8 oğlan, 7 qız) oğlanları: 1. zeyd. 2. həsən. 3. Ömər. 4. qasim. 5. Əbdüllah. 6. Əbdürrəhman. 7. hüseyn. 8. təlhə. qızları: 1. Ümmül-həsən. 2. Ümmül-hüseyn. 3. fatimə. 4. Ümmü-Əbdüllah. 5. fatimə. 6. Ümmü sələmə. 7. rüqəyyə. Üzüyündəki yazı: "Əl-izzəti lillah” (İzzət və qüdrət yalnız allaha məxsusdur). ------------------------------------------- İmam hƏsƏn (Ə)-in imamƏt dÖvrÜ İmam hƏsƏn (Ə)-in imamƏt dÖvrÜ varlıq dünyası bəşəriyyətə məna bağışlayan bir ailəyə borculudr. o ailə ki, bütün kainat onların qarşısında baş əyib təzim edir, mələklər onlara səcdə etməkdən çəkinmir və cəbrail Əli (ə)-nin məclislərinə girmək üçün izn istəyir. o ailə ki, ilahi nemətlər təcəssümü, allahın cəlal və cəmal sifətlərinin aynasıdır. onlar peyğəmbər (s) və onun Əhli-beytidirlər (ə) ki, allah məxluqatın yaranma səbəbini onların varlığı ilə izah edib, buyurur: "Əzəmətli səma və geniş yerləri, işıqlı günəş, ay və ulduzları, axar dəniz və dəryaları siz Əhli-beyt (ə) üçün və sizin məhəbbətinizdən ötrü yaratmışam. onlar hər növ eyb və nöqsandan uzaq olan beş müqədds nurlar, vəhy xanədanı və vilayət ailəsidirlər – peyğəmbər, Əli, fatimə, həsən, və hüseyn (s). belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, sonralar özünün allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün allah yolçuları və xüsusilə, özünün Əhli-beyt davamçısı hesab edən qadınlar üçün ülgü və nümunə olacaqdı. tƏvƏllÜd həzrət Əli (ə) və fatimeyi-zəhra (s)-ın həsən, hüseyn, zeynəb, Ümmi gülsüm və möhsin adlı beş övladı olmuşdur. İmam sadiq (ə)-dan rəvayət olunmuş hədisə əsasən həzrət zəhranın son övladı olan möhsin, İmamın düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi! bu xanədanın üçüncü övladı zeynəb hicrətin 6-cı ilində mədinə şəhərində dünyaya göz açdı. ------------------------------------------ imam həsən(as) "İbrətamiz incəlik" İmam həsən (əleyhissəlam) bə’zi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (əleyhissəlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam həsən (əleyhissəlam) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. bu səbəbə görə də həzrət həsən (əleyhissəlam) kasıba çoxlu pul verərdi. -------------------------------------- İmam həsən müctəba İmam həsən müctəba 132.o həzrətin imamətinin bəyanı 482.İmam baqir (ə):«Əmirəl-möminin salavatullah əleyh, vəfatı yaxınlaşanda oğlu həsənə (ə) buyurdu:«yaxın gəl, allahın peyğəmbərinin(s) mənə dediyi sirri sənə deyim və mənə tapşırdığı əmanəti sənə tapşırım. o sonra həmin işi gördü.» 133.həsən məndəndir, mən ondan. 483.allahın peyğəmbəri(s):«həsən məndəndir və mən ondanam. hər kim onu sevsə allah onu sevər. həsənlə hüseyn mənim nəvələrimdirlər.» 484.allahın peyğəmbəri(s):«allahım, mən onları sevirəm. sən də həm onları, həm də onları sevənləri sev.» 134.İmam həsənin fəzilətləri. 485.İmam səccad (ə):«həsən ibn Əli ibn əbu talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. həccə gedəndə piyada və bəzən ayaqyalın gedərdi. nə vaxt ölümdən söhbət düşərdisə ağlayardı. nə vaxt qəbrdən söz düşərdisə ağlayardı. nə vaxt qiyamətdən söz düşərdisə ağlayardı. siratdan keçməkdən danışılanda ağlayardı. allahın ədalət məhkəməsində cavab verməkdən söz düşəndə elə ah-nalə edərdi ki, özündən gedərdi. namaza başlayanda bədəni rəbbinin qarşısında titrəyərdi. cənnət və cəhənnəmdən söhbət düşəndə ilan çalmış adam kimi qıvrılardı, allahdan cənnəti istəyərək oddan ona pənah aparardı.» 486.Əhməd ibn əl-müəddəb «əl-funun» kitabında və İbn mehdi «nuzhətul-əbsar»da deyir:«bir gün həsən ibn Əli (ə) yerdə oturub qarşılarında olan tikə çörəkləri götürüb yeyən bir neçə yoxsulun yanından keçirdi. onlar o həzrətə təklif edib dedilər: ey allah peyğəmbərinin nəvəsi, buyurun bizimlə yemək yeyin.» ravi deyir:«həzrət miniyindən düşüb dedi:«allah təkəbbür sahiblərini sevmir. sonra onlarla yemək yeməyə başladı və sonda onların hamısı doydular və o həzrətin bərəkətindən həmin çörəklərdən heç nə azalmadı. həsən (ə) sonra həmin yoxsulları özü qonaq çağırdı və onlara yemək və geyim verdi.» 487.Şam əhalisindən olan bir nəfər nəql edir ki:«mədinə şəhərinə daxil oldum. bir nəfərin gözəlliyi məni özünə cəlb etdi. onun kim olmasını soruşdum. dedilər ki, həsən ibn Əlidir. Şamlı kişi deyir:«mən Əliyə belə bir oğlu olduğu üçün həsəd apardım. sonra onun yanına gedib dedim:«sən əbu talibin oğlusan?» buyurdu:«mən onun nəvəsiyəm.» dedim:«lənət olsun sənə və sənin atana, lənət olsun sənə və atana!» Şamlı kişi deyir:«amma o susdu, mənə cavab vermədi. o həzrət sonra buyurdu: «deyəsən qəribsən? Əgər minik istəsən verərik, bəxşiş istəsən əta edərik, kömək istəsən edərik.» həmin şəxs deyir:«mən ondan elə bir halda ayrıldım ki, o mənim yanımda yer üzünün ən sevimli adamı idi.» mənbə:mizanul – hikmət (xülasəsi) 1-ci cild
 0  32  + 10