İmam Cəfəri Sadiq (ə)(03.04.2020 | 13:24)
imam cəfəri sadiq (ə) haqqında qısa məlumat 8. İmam cƏfƏr (Əleyhİssalam) ləqəbləri: sadiq, tahir, qaim, kafil, münci, sabir, müsəddiq, mühəqqiq, kaşifül-həqaiq. künyəsi: Əbu Əbdillah. atası: muhəmməd baqir (əleyhissalam). anası: qasim ibni muhəmməd ibni Əbu bəkrin qızı fatimə (künyəsi Ümmü fərvə). doğulduğu gün: 17 rəbiül-əvvəl. doğulduğu yer: mədineyi-münəvvərə. doğulduğu il: 83-cü hicri ili. Şəhid olduğu gün: 25 şəvval. Şəhid olduğu il:148-ci hicri ili. Ömrü: 65 il. Şəhadətinin səbəbi: mənsur dəvaniqi o həzrəti zəhərləmişdir. dəfn olunduğu yer: "bəqi” qəbiristanlığı. Övladlarının sayı: 10 (7 oğlan, 3 qız) oğlanları: 1. İsmail. 2. Əbdüllahi Əftəh. 3. musayi kazim (əleyhissalam). 4. İshaq. 5. muhəmməd dibac. 6. Əbbas. 7. Əli. qızları: 1. fatimə. 2. Əsma. 3. Ümmü-fərvə. Üzüyündəki yazı: "Əllahu xaliqu kulli şəyin” (allah hər bir şeyin xaliqidir). ---------------------------------------- İmam sadiq (ə)-in səhv düşüncəli bir şəxslə rəftarı İmam sadiq (ə) allahın insanı düz yola hidayət etməsi mövzusunda söhbət edərkən belə bir əhvalat buyurdu: Öz nəfsinin istəklərinə qulluq edən və nadan camaatın ehtiram qoduğu bir kişi kimdir? (İmam burada bir şəxsin əhvalatını danışdı). həmin kişinin fəzilətlərindən mənə o qədər danışdılar ki, onunla görüşmək fikrinə düşdüm. qərara aldım ki, onu gizlində görüb işlərini yoxlayam. onun dalınca getdim. uzaqdan avam camaatın onun ətrafına toplaşdığını müşahidə etdim. məni tanımasınlar deyə üzümü örtdüm. sonra daha yaxına getdim. diqqətlə camaatın həmin şəxslə və o şəxsin camaatla rəftarına nəzər saldım. o şəxsin camaatı öz hiylələri ilə aldatmasını anladım. sonra o, camaatdan ayrıldı. mən isə üzüm örtülü halda onun ardınca hərəkət etdim. gördüm ki, o bir çörək dükanına daxil oldu. Çörək satanın başını qatıb iki ədəd çörək oğurladı. Öz-özümə dedim ki, bəlkə də çörəklərin pulunu vermişdir. sonra o çörək dükanından çıxıb nar satılan bir dükana daxil oldu. burada da nar satanı aldadıb iki ədəd nar oğurladı. mən onun bu işindən təəccüb etdim. lakin yenə onun bu narları pulla alması ehtimalını verdim. amma öz-özümə dedim: belədirsə, nə üçün oğurluq edir? o, nar dükanından çıxıb getdi. mən isə onun ardınca yola düşdüm. yarı yolda o bir xəstənin yanına döndü. Çörəklə narı ona verib getdi. bu vaxt ona yaxınlaşım, dedim. "ey allahın bəndəsi! sənin çox yaxşı adam olduğunu eşitmişəm. camaat səni tərifləyir. ona görə səninlə görüşməyi qərara aldım. bu gün sənin bütün işlərinə nəzər saldım. amma sənin gördüyün işlər mənim ürəyimi narahat etdi. sənə bir sualım var. onun cavabını desən, məni rahat edərsən. o dedi: sualın nədir? dedim: sənin çörək və nar dükanından oğurluq etdiyini gördüm. (bunun səbəbi nədir?) o dedi: hər şeydən əvvəl de görüm sən kimsən? dedim: adəm övladıyam və İslam peyğəmbərinin (s) ümmətindənəm. o dedi: hansı tayfadansan? dedim: nübüvvət (peyğəmbərin (s)) tayfasındanam. məndən soruşdu: harada yaşayırsan? dedim: mədinədə. o dedi: sən cəfər ibn məhəmməd sadiq deyilsən? dedim: bəli. mənə etiraz edərək dedi: sənin peyğəmbər tayfasından olmağının heç bir faydası yoxdur. Çünki sən ata-babalarından çatan elmi tərk etmisən və lazım olan elmdən xəbərsizsən. dedim: hansı elmdir o? dedi: allahın göndərdiyi kitab, quran. dedim: quranın hansı ayəsindən xəbərim yoxdur? dedi: bu ayədən ("Ənam» surəsinin 162-ci ayəsindən) xəbərin yoxdur ki, allah-təala buyurur: مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرَ اَمْثالِها، وَمَنْ جاءَ بِالسَّيِّئَةِ فَلا يُجْزى اِلاّ مِثْلَها «yaxşılıq eləyənə on qat artıq savab verilər. pislik eləyənsə yalnız etdiyi pislik qədər cəzalandırılar». mən iki ədəd çörək və iki nar oğurlamışam. bu ayəyə əsasən, mənə dörd günah yazılır. o biri tərəfdən isə mən bunları bir xəstə yoxsula verdim. bunların hər biri üçün 10 savab yazılır. deməli, mənə 40 savab yazıldı. Əvvəlki 4 günahı 40-dan çıxsaq, yerdə 36 savab mənim üçün qalacaq. mən onun bu sözlərini eşidəndə dedim: ثَكَلَتْكَ اُمُّكَ اَنْتَ الْجاهِلُ بِكِتابِ اللهِ، اَما سَمِعْتَ اَنَّهُ عَزَّ وَجَلَّ يَقُولُ: اِنَّما يَتَقَبَّلُ اللهُ مِنَ الْمُتَّقِينَ... «anan yasında otursun!» (Ərəb dilində bir növ tənqiddir.) quran ayələrindən xəbərsiz sənsən! bunu eşitməmisən ki, allah-təala buyurur: بِمِثل هذا التَّأْويل القَبيح الْمُسْتَكْرَه يَضِلُّونَ وَيُضِلُّونَ... «bu cür çirkin fikirlərlə həm özlərini, həm də camaatı yoldan çıxarırlar». bu hadisədən nəticə alırıq ki, yanlış fikirlərin xətəri o qədər böyükdür ki, hətta insanı allahın kitabı olan qurana da əl gəzdirməyə gətirib çıxarır. belə ki, quran cahil şəxslərin əlində onu hər şəklə sala biləcəyi bir xəmirə bənzəyir. ona görə İmam sadiq (ə) belə şəxslərin quranı məna etmələri haqqında xəbərdarlıq edir. İmam sadiq (ə) yanlış fikirdə olan o şəxsin işlərini ifşa etdi ki, camaat onun sözlərinə aldanmasınlar. Çünki islam dinində belə şəxslərin ifşası lazımlı iş sayılır. həzrət söhbətinin sonunda buyurur: طُوبى لِلَّذِينَ هُمْ كَما قَالَ رَسُولُ اللهِ يَحْمُلُ هذا الْعِلْم مِنْ كُلِّ خَلَف عُدُولُه وَيَنْفونَ عَنْهُ تَحريفَ الْغالِينَ وَاِنْتِحالَ الْمُبطِلِينَ، وَتأوِيلَ الْجاهِلِينَ «xoş halına o kəslərin ki, islam peyğəmbərinin (s) buyurduğu kimidirlər. yəni din elmini adil şəxslərdən öyrənir və bu elmin köməyi ilə özlərini və yaşadıqları cəmiyyəti nahaq şəxslərin təhrif etdiyi işlərdən, batil adamların nahaq sözlərindən və nadan şəxslərin əyri fikirlərindən uzaqlaşdırırlar. İmam sadiq (ə)-ın bu şəxsə göstərdiyi münasibətdən aydın olur ki, islam dininin həqiqətlərini dəyişdirmək istəyən şəxslər xalq arasında ifşa olunmalıdırlar. başqa sözlə, xalq arasında tanınmış və nüfuzlu şəxsiyyətlər əyri yollara çəkilən zaman onlarla əqidə mübarizəsi aparıb iç üzlərini açmaq lazımdır. belə olmasa onlar öz nüfuzlarından istifadə edib başqalarını da əyri yollara çəkəcəklər. misal üçün, şərab içib sükan arxasında oturan sürücüyə həddini göstərmək lazımdır, çünki onun bu işi cəmiyyətlə bağlıdır və o, sərxoş halda idarə etdiyi maşınla sərnişinlərin canını xətərə salır. lakin evində gizlin şərab içən şəxsi ifşa etmək və onu xalq arasında rüsvay etmək düz deyil. Çünki o, allahın qoyduğu yoldan təkcə özü çıxdığı üçün cəzasını da özü alacaq. mənbə:"günahşünaslıq" kitabı. ----------------------------------------- İmam cəfər sadiq (ə) İmam cəfər sadiq 144.o həzrətin imaməti. 518.allahın peyğəmbəri(s):« oğlum cəfər ibn məhəmməd ibn Əli ibn hüseyn ibn Əli ibn əbu talib dünyaya gələndə onu sadiq adlandırın.» 519.məhəmməd ibn müslim:«Əbu cəfər məhəmməd ibn Əli ibn baqirin (ə) yanında idim. oğlu cəfər gəlib daxil oldu. o kəkilli idi, əlində bir çubuq var idi və onunla oynayırdı. baqir (ə) onu tutub möhkəm sinəsinə sıxdı. sonra buyurdu:«atam-anam sənə fəda olsun ki, oyun-oyuncaq əhli deyilsən.» daha sonra mənə buyurdu:«ey məhəmməd! məndən sonra sənin imamın budur. ona tabe ol və onun elmindən bəhrələn. and olsun allaha ki, o allahın peyğəmbərinin(s) vəsf etdiyi sadiqdir. həqiqətən onun şiələri dünya və axirətdə qalibdirlər.» 145.o həzrətin əxlaqı və gözəl davranışları. 520.məhəmməd ibn ziyad Əzdi:«mədinənin alimi malik ibn Ənəsin belə dediyini eşitdim ki: cəfər ibn məhəmməd sadiqin (ə) yanına gedirdim və o həzrət mənim üçün mütəkkə qoyur, mənə ehtiram göstərir və deyirdi: malik! mən səni çox istəyirəm. mən həmin sözdən şad olurdum və allaha şükr edirdim. malik deyirdi: o həzrət həmişə bu üç haldan birində idi: ya oruc olurdu, ya namaz qılardı, ya da zikr deyərdi. o, böyük abidlərdən və allahdan qorxan zahidlərin ən əzəmətlilərindən idi. Çoxlu hədis deyərdi, onunla oturmaq insana xoş gəlirdi və o, bəhrələnməli adam idi.» 521.hişam ibn salim:«elə ki hava qaralırdı və axşamdan bir az keçirdi İmam sadiq (ə) içərisində çörək, ət və dirhəm olan bir dağarcıq götürüb çiyninə qoyaraq mədinənin möhtac adamlarına aparar və onları həmin adamların arasında bölərdi. onlar o həzrəti tanımırdılar. İmam sadiq vəfat edəndən sonra həmin köməklər kəsildi və mədinənin yoxsulları başa düşdülər ki, həmin şəxs imam sadiq (ə) olub.» 522.müəlla ibn xunəys: Əbu abdullah (ə) bir gecə narın yağış yağarkən bəni saidənin eyvanına getmək məqsədi ilə evindən çıxdı. mən o həzrətin arxasınca düşdüm. birdən onun əlindən yerə bir şey düşdü və imam dedi:«bismillah, allahım onu bizə qaytar.» mən özümü ona çatdırıb salam verdim. dedi: «müəlla sənsən?» dedim:«bəli, sənə fəda olum.» buyurdu:«Əlinlə axtar və bir şey tapsan onu mənə ver.» mən çörək tikələri tapdım və onları o həzrətə vermək üçün onun yanına apardım. gördüm ki, çiynində bir çörək dağarcığı var. dedim:«sizə fəda olum, icazə verirsiniz onu mən götürüm?» buyurdu:«xeyr, bu işə mən özüm daha layiqəm, amma mənimlə gəl.» müəlla deyir: «bəni saidənin eyvanına çatdıq. gördük ki, orada bir dəstə adam yatıb. həzrət onların hər birinin paltarının altına bir-iki tikə çörək qoydu və nəhayət axırıncı adama çatdı. sonra qayıtdıq. mən dedim:«sənə fəda olum, bunlar haqqı tanıyırlar (sizin imamətinizə etiqadları var)?»buyurdu:«Əgər tanısaydılar, onlara un da verərdik.» 523.Əbu Əmr Şeybani:«İmam sadiqi (ə) əlində bir bel, əynində qalın bir paltar öz bostanında işləyən gördüm. onun kürəyindən tər axırdı.» dedim: «fəda olum, icazə verin sizin yerinizə mən işləyim.» buyurdu:« mən kişinin öz yaşayışını təmin etmək üçün günəşin istisində əziyyət çəkməsini sevirəm.» mizanul – hikmət (xülasəsi) 1-ci cild kitabı
 0  22  + 9