Hz Muhamməd(03.04.2020 | 13:24)
hz muhamməd (s) haqqında qısa məlumat 1. nƏbİyyİ ƏzƏm muhƏmmƏd (sƏllƏllahu Əleyhİ vƏ alİhİ vƏ sƏllƏm) Şərif ləqəbi: mustəfa. künyələri: Əbül-qasim, xeyrül-bəriyyə, nəbiyyür-rəhmət, sahibül-mülhimə, mühəllilüt-təyyibat, xatəmün-nəbiyyin, rəsulül-həmmadin, rəhmətən lil-aləmin, qaidül-ğürril-mühəccəlin, Əbdüllah, xiyərətullah, seyyidül-mürsəlin, İmamül-müttəqin, həbibullah, səfiyyullah, nemətullah, sahibül-liva, İbnül-fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, sahibül-hövzi vəl-kövsər, xeyrül-bəşər, Əl-mürtəza lil-elm, mühərrimül-xəbais, miftahül-cənnət, dəvətü İbrahim, buşra İsa. atası: Əbdullah. anası: amənə binti vəhəb. doğulduğu gün: 17 rəbiül-əvvəl, cümə günü, sübh çağı. doğulduğu yer: məkkeyi müəzzəmə. doğulduğu il: fil ili (amül-fil) (622-ci miladi ili, adil padşah Ənuşirəvanın hakimiyyəti dövrü). vəfat etdiyi gün: 28 səfər, bazar günü, axşam çağı. vəfat etdiyi il: hicrətin11-ci ili. Ömrü: 63 il. vəfat səbəbi: yeməyinə qatılmış zəhər. dəfn olunduğu yer:mədineyi-münəvvərə. Övladlarının sayı: 7 (3 oğul, 4 qız). oğlanları: 1. qasim (tahir). 2. Əbdüllah (ləqəbi təyyib); bu iki oğlanın anası xədicədir. 3. İbrahim (anası mariyədir). qızları: 1. zeynəb. 2. rüqəyyə. 3. Ümmü gülsüm. 4. fatimə (salamullahi əleyha). mübarək üzüyündəki yazı:kəlimeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə muhəmmədən rəsulullah). ----------------------------------------- hz.muhamməd (s.a.a.s) taifə gələn peyğəmbər (s) özünü düşmən əhatəsində görür.peyğəmbər (s) özünü güclə Ütbə və Şeybə qardaşlarının bağına çatdırır.bu iki qardaş qureyşin imkanlı şəxslərindən idilər və taifdə də bağları var idi.peyğəmbərin (s) sir-sifətindən tər axırdı,həm də xəsarət almışdı.həzrət(s) üzüm tənəklərin kölgəsində oturub aşağıdakı cümlələri dilə gətirirdi:"İlahİ,zəif,köməksiz olduğumu Özün görürsən!sən rəhimli allahsan,kimsəsizlərin allahısan,məni kimin ümüdünə buraxırsan...?"bu əlli il fədakar şəxslərin himayəsində şərəflə yaşamış bir şəxsin sözləridir.İndi elə bir vəziyyət yaranıb ki,o,düşmənin bağına sığınaraq öz aqibətinin nə ilə nəticələnəcəyini gözləyir. Ütbə ilə Şeybənin atası raibə İslamın qatı düşmənlərindən olsa da oğlanları peyğəmbərin (s) bu halına acıyıb Əddas adlı nökərinə deyirlər ki,apar ona bir səbət üzüm ver,qoy yesin.Əddas üzümlə dolu səbəti gətirib peyğəmbətrin (s) qabağına qoyur,bir qədər həzrətin (s) nurani simasına tamaşa edir.bu zaman onun diqqətini maraqlı bir məqam cəlb edir.belə ki,peyğəmbər(s)üzümü yeyərkən "bismillahir-rəhmanir rəhim"-deyir.bundan təccüblənən Əddas sükutu pozub deyir:"Ərəbisdan yarımadasının əhalisi belə bir cümlə eşitməyib,onlar bir işə başlayarkən lat və Üzzanın adını çəkirlər".peyğəmbər (s) ondan haralı olduğunu və hansı dinə qulluq etdiyini soruşduqda Əddas neynəvadan və xaçpərəst olduğunu bildirir.bunu eşidən peyğəmbər (s) buyurur:"yunis ibn mata peyğəmbərin diyarındansan."həzrətin bu cavabı Əddası daha da təccübləndirdi.peyğəmbərdən (s) soruşur ki,sən yunis ibn matanı haradan tanıyırsan? peyğəmbər (s) cavabında buyurur ki,qardaşım yunis də mənim kimi peyğəmbər olmuşdu.həzrətin doğru olduğuna dəlalət edən sözləri Əddası olduqca təsirləndirir və ixtiyarsız peyğəmbərin (s) vurğununa çevrilir.onun əl-ayağına düşərək iman gətirir. sonra icazə alıb bağ sahiblərinin yanına qayıdır. xaçpərəs Əddasın tam dəyişdiyini görən Ütbə ilə Şeybə təccüblənib soruşurlar ki,o qədər nə danışırdın və nəyə görə onun qarşısında müti idin?Əddas onların cavabında deyir:"sizin bağınıza sığınmış bu adam bütün insanların ağasıdır.onun mənə dediyi sözlərdən ancaq peyğəmbərlərin xəbəri var.o,gələcəyi barədə müjdə verilmiş peyğəmbərdir."Ütbə və Şeybə Əddasın dediklərini heç bəyənmədilər.sanki onun xeyrini istəyirlərmiş kimi ona deyirlər ki, birdən o səni öz dinindən uzqlaşdırar,sənin qulluq etdiyin xaçpərəstlik onun dinindən daha yaxşır. ----------------------------------------- qürubsuz günəşin doğması qürubsuz günəşin doğması pak ata və pakizə bir anadan bütün insanlardan üstün bir insan doğulur. bu insan cəmiyyəti çalxalayıb, onun etiqadına, ictimai-siyasi quruluşuna böyük təsir göstərir. peyğəmbərin (s) anadan olması bəşər tarixində misli olmayan bir hadisədir. onun doğulduğu il elə bir ixtilaf müşahidə edilmir. onun doğum günü və ayı mübahisəlidir. Əsasən iki tarix göstərilir: birincisi rəbiül-əvvəlin on ikisidir. bu tarixi əksər sünnə əhli və kuleyni kimi bəzi şiə alimləri qəbul edir. İkincisi isə rəbiül-əvvəlin on yeddisidir. bu tarix əksər şiələrin qəbul etdiyi tarixdir. amma həzrətin cümə günü doğulduğu tam aydındır. onun doğum yeri məkkədə (ərəbi) mərvə və əbu-qubeys dağları arasında məhəmməd ibni yusifin evidir. burada harun ər-rəşidin anası xizran məscid tikdirmişdir. bu yer müsəlmanların və məkkənin mühüm yerlərindəndir. mənəviyyat ardınca gələnlər bu yeri ziyarət edirlər. təəssüf ki, ali səud dövründə bu məscid də dağıdılmış yerində kitabxana adı ilə yeni bir bina tikilmişdir. doğum hadisələri həzrət peyğəmbərin (s) anadan olması bəşər tarixində böyük bir hadisədir. belə hadisələr təbii yolla baş verməyib, əsrarəngiz olub və diqqətləri cəlb edir. cəmiyyətin talehində təsirli olan şəxslərin doğumu insanlar üçün bərəkət hesab olunur. peyğəmbərin (s) doğumu baş vermiş ən bərəkətli hadisədir. bundan bərəkətli bir hadisəyə təsadüf etmək qeyri-mümkündür. bu hadisələrin bəzilərini qeyd edirik. səduq (r) nəql edir ki, Şeytan yeddi səmada gəzərdi. İsa (ə) doğulanda üç, həzrət məhəmməd (s) doğulanda yeddi səmadan qovuldu və atəşə tutuldu. yenə buyurur: peyğəmbərin (s) doğulduğu gecə bütün bütlər yıxıldı, İranda kəsra eyvanının lərzəyə gəlib, parçalandı, 14 sütunu sındı, savə dəryaçası qurudu, kufə və Şam arasındakı səma və vadisini sel basdı. min ildən sonra fars atəşgahı söndü. dünya zərdüştlərinin abidləri yuxuda gördülər ki, iki hörgüclü dəvələr ərəb adlarını yedəyə çəkib, dəclədən keçir, əcəm torpağına daxil olurlar. həmin gecədə hicaz səmasından bir nur yüksəlib, şərqi işıqlandırdı. səltənətlər dağıldı, padşahlar lal oldu, kahinlik və sehr elmi dayandı. qüreyş əzəmətlənib aləllah adlandırıldı. amənənin dilindən nəql olunur: Övladım doğulanda başını səmaya tərəf qaldırdı – məndən bir nur parladı ki, hər yer işıqlandı». İnsanların ağası, sevinci doğuldu onun adını məhəmməd qoyun deyə nəva eşitdim. Şeytan qorxmuş halda ətrafındakıları çağırıb, nə olduğunu soruşdu. onlar səmadan bir şey anlamayıb, kəbə ətrafına gəldilər. buranı mələklərə dolu gördülər. onların yaxınlaşmağa qoymadılar. onların «nə olub» sualına «məhəmməd doğulub» dedilər. yəqubi əlavə edir ki, məhəmməd (s) doğulanda yəhudi, məsihi abidləri bir-birinə dəydi, göydə bu vaxtdan görünməmiş ulduzlar parladı. amənənin dili ilə deyilir ki, məndən qalxan nurda Şam sarayını gördüm. ad qoyma «onun adı göylərdə Əhməd, yerdə məhəmməddir» («bihar» 15-ci cild). allahın rəsulu (s) doğulandan sonra cəbrəil və mikail (mələklər) insan surətində gəlib, onu yuyundurdular və ətirlədilər. bu vaxt amənə bir kənarda dayanıb, təəccüblə baxırdı! behişt huriləri körpəni parçaya bələyib, anasının qucağına verdilər. sonra mələklər yığın-yığın gəlib, bu sayaq salam verdilər: «salam olsun sənə, ey məhəmməd; salam olsun sənə, ey məhəmməd; salam olsun sənə, ey Əhməd, salam olsun sənə, ey Əhməd». kuleyni nəql edir ki, allahın rəsulu doğulanda hatifi (kimdir qeyd et?) nida etdi ki, onu məhəmməd adlandırın. («bihar» 15-ci cild). aydındır ki, belə bir böyük şəxsiyyətin adı da göylərdən qoyulur. onun yüksək məqamına görə adı da allah-taala tərəfindən əvvəlcədən təyin edilir. onun adı hətta əvvəlki ilahi kitablarda qeyd olunmuşdur. həzrət İsa (ə) əsrlərcə əvvəl onun adını müjdə vermişdir: «mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir». quran da onu həm Əhməd, həm də məhəmməd kimi yad edir: «məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir» ("Əhzab» 40). ---------------------------------- həzrəti peyğəmbərin (s) xəstələnməsi həzrəti peyğəmbər vida həccindən mədinəyə gəlib yetişdi həmən. hədəfin çevirib şimala durdu mutə getmək üçün yığıldı ordu. orduya peyğəmbər məsləhət bilir zeyd oğlu Üsamə başçı seçilir. xeyir–dua verib salarkən yola İki gün üstündən keçməmiş ola baş ağrısı tutur onu bu zaman halı zəifləyir həm qızdırmadan. həzrəti peyğəmbər indiyƏ qədər müntəzəm yaşayır həm də az yeyər təmizliyinə çox diqqət edəndi bu da sağlamlığın şərtlərindəndi. Ömründə bir dəfə kefsizləşdi bu hicrətin altıncı ilində oldu. xeybərin sülhündə ziyafətdə şən yəhudi zeynəbin bişirdiyindən o zaman bir tikə salmış ağzına zəhər təsirini göstərmiş ona Üstündən neçə il keçsə də ondan İndi üzə çıxıb edirdi tuğyan. on birinci ilin səfər ayında qəribə bir fikir oyandı onda. bir zülmət gecədə hər yan qaranlıq tək–tənha şəhərdən çıxır bir anlıq ruhları ziyarət eyləsin deyə qəbiristanlıqa gəlir – baqiyə. yatanların qəbrin səlamlayarkən: – yaxında sizinlə olacağam mən. deyərək evinə döndü peyğəmbər. vəhy ilə çatmışdı ona bu xəbər. ruhu səma ilə təmasda idi yaxında dünyasın dəyişməliydi. birdən–birə onun halı pisləşir Ömrü başa çatıb dəqiq hiss edir: – qələm və mürəkkəb gətirin dedi bir vəsiyyət yazıb qoymaq istədi. müntəzəm: düzgünd qaydaya qoyulmuş şəkildə. Əl–ayağa düşür bir neçə nəfər buna maneçilik edərkən ömər: – o əsl vəsiyyət veribdir bizə quranı həkk edib ürəyimizə. başqa bir vəsiyyət istəməyirik. buradaca düşür ikitirəlik. bir tərəf deyir ki: – gətirək verək. o biri tərəfsə deyir: – verməyək. həzrətin yanında hay–küy edirlər onları otaqdan qovur peyğəmbər. həzrət aişənin otağındakən həzrəti fatimə gələrdi hərdən. atasın yoxlayıb ona baş çəkər. xəstə düşməmişdən qızın peyğəmbər qapının ağzında qarşılayardı Çünki xədicədən o yadigardı. sevimli qızını öpüb qucaqlar yanında oturdub hal–əhval tutar. İndisə yox onda o əvvəlki hal gör necə də solmuş o üzü hilal. fatimə atasın halsız görüncə: – nə əziyyət çəkir atam deyincə bu həzin sözlərdən sonra peyğəmbər mehriban qızına təsəlli verər: – bu gündən sonra bil sevimli atan ağrı çəkməyəcək daha heç zaman. bu da köçməsinə işarə idi qızı göz yaşların tuta bilmədi. sonra o qızına deyir nə isə fatimə əvvəlcə kədərləndisə sonra birdən–birə gülür bu anda sevinc əlaməti görünür onda. atası öləndən sonra sən demə aişəyə sirri açmış fatimə Əvvəlcə qızına rəsuli–əkrəm: – ömrümdən az qalıb qızım etmə qəm. sonra ona deyir: – yaxında sən də gəlib olacaqsan mənlə bir yerdə. müsəlman qadınlar arasında sən hər iki dünyada ən əşrəfisən. onun xəstəliyi gün–gündən artır buna baxmayaraq məscidə çıxır. gündəlik namaza olurdu imam bu səhər mərəzi gücləndi tamam. rəsuli–əkrəmi yatağa saldı namaza getməyə halı qalmadı. sonra peyğəmbərə dedilər o gün cümə namazına getmədiyiçün camaat içində yaranmış kədər Şaiyə yayılıb "ölmüş” peyğəmbər. peyğəmbər taqətsiz olsa da belə Əlinin abbasın köməkliyilə qızdırma içində bədəni ağır bir təhər məscidə yuxarı qalxır. böyük sevinc ilə rastlaşdı dərhal hamı dua edib tutur hal–əhval. namaz qılanlara qoşulur həzrət sonra xütbəsində edir vəsiyyət: – "eşitdim ki bu gün sizin hamınız mənim səhhətimdən nigaransınız. məndən əvvəl gələn elə peyğəmbər olubmu əbədi yaşasın məgər? Əşrəf – daha şərəfli çox əzizə ən möhtərəm. ey insanlar olub bitən hər işlər aləmdə baş verən qəzavu–qədər İlahi taleyə bağlıdır ancaq heç kim qaça bilməz qismətdən uzaq. hər bir şey allahın iradəsindən asılıdır odur göstəriş verən. vaxtında olacaq işlər üçün siz canfəşanlıq edib tələsməyiniz. onun əlindədir hər işin sonu onun hökmü edir müəyyən bunu. bunu tezləşdirmək nə saxlamaq var nə də bundan qaçıb qurtarmaq olar. məni bu dünyaya odur göndərən onun da yanına qayıdıram mən. sizə axırıncı vəsiyyətimdir xeyirxah işlərə nəsihətimdir. dini–imanızı qüvvətləndirin İmkanız olanda sədəqə verin”. Şəhidlərin ruhu şad olsun deyə Əl açdı onlara dua etməyə: – onların ruhları daim diridir. deyərək sözünə o davam edir. bilirdi sonuncu görüşüdür bu mühacirlərə üz tutub buyurdu: – "qardaşlıq əhdinə sadiq qalmalı Ənsar mühacirlər vahid olmalı. yaxşı rəftar edin ənsarlarilə doğma qardaş kimi verin əl–ələ. onların etdiyi yaxşılıqı siz daim qəlbinizdə saxlayın əziz. son dəfə xəbərdar edirəm sizi qorumaqdan ötrü əqidənizi biri–birinizə siz həyan olun. xeyirxah iş görüb mehriban olun. gördüyünüz yaxşı əməlləriniz hər iki dünyada bilin ki şəksiz xoşbəxtliyə doğru sizə yol açar bəd əməllər isə məhvə aparar. bizim hamımızı ölüm gözləyir mənim də qalmağım çətindir” –deyir: – "mən sizdən əvvəlcə gedəcəyəm siz o yerə arxamca gələcəksiniz. görüşəcəyimiz yer yaxındadır kovsər hovuzunun kənarındadır. mənimlə istəsə hər kim görüşmək Əlini dilini dinc tutsun gərək”. ey xalq təharətə riayət edin namazı orucu nəsihət edin. zəkatda hər kimin əli olsa bərk namazı orucu onun yox demək. mən sizə – buyurdu rəsuli–əkrəm: – "İki qiymətli şey qoyub gedirəm. qurani–məcidi əhli–beytimi sizə tapşırıram əmanət kimi. onlar ayrılmasın biri birindən sual edəcəyəm görüşündə mən allahın kitabı itrətimlə siz məndən sonra necə rəftar etdiniz? halallıq istəmək məqsədi ilə peyğəmbər sözünü bitirdi belə: – "kimi vurmaq üçün əl qaldırmışam vursun kürəyimdən həmin o adam. məndə alacağı varsa hər kimin bu malım qoy gəlib haqqın istəsin. allahın əmrinə əməl edərək qurani–kərimin buyurduğutək haram etdiyini etmişəm haram halalına halal mən buyurmuşam. İslamın yolunda nələr etmişəm tanrı deyənləri mən öyrətmişəm. Əvvəlki millətlər peyğəmbərlərin İbadətgah edib qəbir yerlərin. Əbədiyyətə mən getdiyim zaman bunu da edirəm sizə qadağan. xəbərimi aldım haqqa gedirəm sizə salamatlıq arzu edirəm. allah üstünüzə rəhmətin salsın bərəkəti hər vaxt sizinlə qalsın.” deyərək evinə gəldi peyğəmbər halı yaxşılaşdı səhərə qədər. ------------------------------------------ bəşəri besət (missiys) bəşəri besətə hazırlıq ruhi və mədəni dirçəlişin yaranması, cəmiyyətin etiqadının dəyişməsi xeyli çətin bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız bağlı olur. «hər bir dəstə öz dininə sevinər» («rum» 32). İnsan öz məsləkinə bağlı olmaqla kifayətlənməyib, başqalarını da bu yola gətirməyə çalışır. «yəhudilər və məsihilər səndən o zaman razı qalarlar ki, onların dinini qəbul edəsən» («bəqərə» 120). peyğəmbərin qarşısında böyük ictimai vəzifələr vardır. onlar insanların düşüncəsində batil xarablarını viran qoyub, gözəl tövhid binasını ucaltmalıdırlar. bütün peyğəmbərlərin son məqsədi eynidir – bəşəriyyəti allaha qovuşdurmaq. «hər bir millətdən peyğəmbər seçdik. onların deyəcəyi bu idi ki, allaha pərəstiş edin, tağutdan və onun batil təzahurlərindən çəkinin». («nəhl» 36). əlbəttə ki, bu məsuliyyətlərin icrasında hamı eyni deyildir. hərə öz sahəsində məsuldur. «bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik». («bəqərə» 253). Ən böyük məsuliyyəti isə bu risalət silsiləsini başa çatdıran son peyğəmbərin öhdəsinə düşür. «bu gün sizin üçün dini kamil etdi və nemətləri tamamladım. bir din kim islamı sizin üçün bəyəndim». («maidə» 3). o, yeni bir mədəni və siyasi inqilab üçün çalışır. düşüncələri vəhy maarifinə bağlamaq, insan fitrətini oyatmaq istəyir. belə bir dərin dəyişiklik qısa müddətdə bir dəfəyə başa gələsi deyil. Əvvəlcədən hazırlıq görülməlidir. böyük səy və hazırlıqla qədəm götürülməlidir ki, bu məqsəd həyata keçsin. peyğəmbərlərin xüsusiyyətlərindən biri budur ki, onların hər biri özündən əvvəlki peyğəmbərlərə sübut, özündən sonrakı peyğəmbərlərə müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf yoxdur. həzrətin (s) risaləti bəşəri olduğundan onun zühuru üçün hazırlıq əvvəlki peyğəmbərlərin öhdəsinədir. buna görə də əsirlərcə əvvəllər böyük peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim-xəlil (ə) üç min ildən çox əvvəl peyğəmbərin zühuru ilə müjdələyir: «onların arsında elə birini onlara peyğəmbər göndər ki, ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin. bu istəklə cəmiyyəti böyük bir zühura müntəzir edir. digər peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri məsih (ə) gəlsin. o, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə bəyan etməlidir. o, öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün. «bir vaxt məryəm oğlu İsa belə demişdi: ey İsrail oğlulları! həqiqətən mən özümdən əvvəl nazil olmuş tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən allahın elçisiyəm». («səff» 6). İncildə əhməd adı ivritçə «fərqəlit» (ərəbi) kimi verilmişdir. həzrətin (s) xüsusiyyətləri o qədər xırdalıqlarınadək xəbər verilmişdir ki, bəhanəyə yer qalmasın. onlar öz kitablarında həzrəti (s) öz oğullarını tanıdıqları kimi tanıyırdılar. İnsan öz övladını tanımaqda səhv etmədiyi kimi kitab əhli də həzrəti (s) bu sayaq tanıyırdı. «kitab verdiyimiz şəxslər onu [məhəmmədi] öz oğullarını
 0  41  + 13