Hezreti Zehranin (e.a) tevelludu(03.04.2020 | 13:11)
xanim fatimeyi-zehra(s.e) besetin beşinci ili, cemadius-sani ayinin iyirmisinde, peyğember(s) qirx beş yaşinda iken mekkede dunyaya goz acmişdir. İmam sadiq(e.s) ve İmam baqir(e.s)-den muasir dovrumuzedek gelib catmiş hedislere esasen, hezreti-zehra(s.e)-nin anasi xanim xedice(s) olmuşdur. oz merac gecelerinin birinde resuli-ekrem(s)-e teklif edilen behişt meyvelerinden peyğember(s)-imiz teze xurma ve uzumden meyl etmişdi. allah-teala hemin behişt meyvelerini peyğember(s)-in sulbunde suya (nutfeye) cevirmişdir. neticede, resulullah(s) meracdan qayitdiqdan sonra xanimi xedice(s.e) ile bir yatmişdi. belelikle, fatime(s.e)-nin nuru xedice(s.e.)-nin betninde cilvelendi. buna gore de xanim fatime(s.e)-ni hovrau-unsiyye de adlandirmişlar ki, bunun da menasi xanim zehra(s.e)-nin insan ola-ola eyni zamanda behişt hurilerinden sayilmasi demekdir, bele ki peyğember(s) ne zaman behişt etrini duymaq isteseydi, onun ve tuba ağacinin etrini fatime(s.e)-den alar, sevimli qizini ezizlerdi, lakin peyğember(s)-in zovcelerinden bezisi o xanimin bu boyuk meqamini derk etmediyine gore bele hereketi peyğember(s) ucun nalayiq hesab edirdi. sual oluna biler ki, resuli-ekrem(s)-in meraci alti ay hicretden qabaq, yaxud diger menbeye esasen, besetin ikinci ilinde baş vermişdir. hezreti-fatime(s.e) ise besetin beşinci ilinde dunyaya goz acmişdir ki, bu da yuxaridaki hadise ile (peyğember(s)-in meracdan sonra bilavasite xedice(s.e) ile yaxinliq etmesi) ust-uste duşmur. cavab budur ki, peyğember(s)-in meraci bir defe ile mehdudlaşmadiği ucun yuxaridaki iradi ona aid ede bilmerik. İmam sadiq(e.s)-in buyurduğuna gore, resuli-ekrem (s) iyirmi defe meraca getmişdir. bu seferlerinin hamisinda da allah-teala peyğember(s)-e butun vacib emellerden daha cox eli(e.s)-nin ve ondan sonraki imamlarin vilayet ve imameti haqqinda gosteriş vermişdir. ellame meclisi hezreti-zehra(s.e)-nin tevellud tarixini oz meşhur biharul-envar kitabinda bele tesvir edir: bir gun peyğember (s) ebteh (mekke ve mina arasinda) deyilen yerde eyleşmiş, hezreti-eli (e.s), abbas, hemze, emmar yasir, mufzer ibn zehzah, ebu bekr ve omer de o cenabin yaninda oturmuşdular. bu zaman cebrayil oz esl suretinde cox boyuk, qanadlari şerq ve qerbi ehate etmiş halda peyğember(s)-in huzuruna gelib bele seslendi: ey peyğember! boyuk allah sene salam gonderir ve buyurur ki, qirx gun xedice (s.e) ile yaxinliq etmeyesen. bu mehrumiyyet xedice(s.e)-ye derin mehebbet beslediyine gore peyğember(s)-e cox ağir geldi, lakin allahin emri her bir şeyden daha ustun olduğu ucun onu mutleq yerine yetirmek lazim idi. bu hadiseden sonra peyğember(s) qirx gun xedice(s.e)-ye yaxin duşmedi. gunduzleri oruc tutub, geceleri ise ibadetle meşğul olan resulullah(s) vaxt tamama yetişende emmar yasiri xedice(s.e)-nin yanina gonderib bu xeberi ona catdirmaği tapşirdi: ey xedice! ele guman etme ki, bir muddet senden uzaqlaşmağim sene olan sevgimin azalmasi, ya laqeydlik uzundendir. allahim bunu oz işini yer uzunde heyata kecirmekden otru emr etmişdir. bu emrin neticesi ucun seadet ve xeyirden savayi bir şey fikirleşme. allah-teala gunde nece defe en boyuk meleklerini senin nazini cekmeye memur edir. axşam duşen kimi qapini bağla ve oz yatağinda istirahet et. bil ki, men fatime binti esedin evindeyem. xedice(s.e) oz gunlerini qem-kederle otururdu. qirx gun sona yetdikde hezreti-cebrayil peyğember(s)-in yanina gelerek bele erz etdi: allah-teala sene salam gonderib buyurur ki, sene verilecek hediyyeni almağa hazirlaşasan. peygember(s) cebrayildan soruşdu: allahin mene edeceyi tohfe nedir? cebrayil bu barede bir şey bilmediyini bildirdi. bu zaman mikayil- allahin dord yaxin meleklerinden (cebrayil, mikayil, İsrafil, ezrayil) biri goylerden yere enerken behişt parcalarina bukulmuş cennet meyveleri ile dolu sinini resuli-ekrem(s)-in qarşisina qoydu. bu vaxt cebrayil peyğember(s)-e dedi: allah-teala buyurur ki, axşam iftarini bu meyvelerle acasan. hezreti-eli(e) soyleyir ki, peyğember(s) bizde idi. adeten axşamlar iftar vaxti mene evin qapisini aciq qoymağimi tapşiran ve qoy kim istese, gelib peyğemberle birlikde yemek yesin-soyleyen muhemmed(s) o gece meni de qapinin ağzinda oturdub: ey ebu talibin oğlu, bu, menden başqasina haram olunmuş bir teamdir, - deye buyurdu. men qapinin ağzinda eyleşdim. resuli-ekrem(s) eve daxil olub sininin ustune cekilmiş ortuyu qaldirdi, icinde bir salxim uzum, bir budaq da xurma gordum. allahin resulu(s) onlari bir az yeyib doyandan sonra su icdi. sonra yumaq ucun ellerini uzatdi. cenab cebrayil o hezretin mubarek eline su tokur, mikayil yuyur, İsrafil ise desmalla peyğember(s)-in ellerini qurulayirdi. artiq qalmiş meyveler, sini ile birge asimana aparildi. bu zaman peyğember(s) nafile namazini qilmaq ucun artiq ayaq uste durmuşdu ki, cebrayil onun yanina gelib dedi: ya muhemmed, indi sene namaz haramdir. gerek eve gedib xedice(s.e) ile yaxinliq edesen, cunki allah isteyir ki, bu gece senin sulbunden pak ovladlar yaratsin. nehayet, peyğember(s) qirx gun ayriliqdan sonra xedice(s.e)-nin goruşune getdi. xedice(s.e) deyir: men hemin 40 gun muddeti tek qalirdim. axşam duşen kimi qapini bağlayib, perdeleri cekir, başimi bağlayib namaz qilirdim. namazi qurtarandan sonra ciraği sondurub yatağima istiharet etmeye gedirdim. lakin o gece hele yatmamişdim ki, qapinin halqasinin doyulduyunu eşitdim. men: qapini doyen kimdir ki, peyğember(s)-den başqa hec kim onu doymur?-dedim. bu vaxt peyğember(s)-in melahetli sesini eşitdim: ey xedice, qapini ac! menem, muhemmedem. sevincle qapini acdim. o cenab eve daxil oldu. o, her defe eve gelende bir qabda su isteyer, destemaz alib iki ruket namaz qilar, sonra yatağina girerdi. lakin hezreti-muhemmed(s) o gece su istemedi, hec namaza da hazirlaşmadi. menim qolumdan tutub yatağina apardi. allaha and olsun ki, peyğember(s) menden hele uzaqlaşmamişdi ki, fatime(s.e)-nin nurunu oz betnimde hiss edib hamile olduğumu başa duşdum. muellif yazir: peyğember(s)-in xedice(s.e.)-den qirx gun muddetinde kenarlaşdirilmasi fatime(s.e)-nin muqeddes vucudunu, allahin bu boyuk tohfe ve hediyyesini almaq ucun gorulen hazirliq idi, bele ki hezreti-zehra(s.e)-nin ziyaretnamesinde bu metlebe işare olunmuşdur: İlahi! salam gonder o pak qadina! fatime senin resulunun qizi, ciyerparasi, qelbinin melhemidir. o, peyğembere senin terefinden secilmiş ve oz ehdine vefa etdiyi bir tohfedir. peyğember(s)-in xedice(s.e)-den bele kenar gezmeyi dunya qadinlarinin serveri hezreti-fatime(s.e)-nin meqaminin doğma, eziz ve boyuk olmasina bir numunedir ki, bu fezileti dil bele tesvir etmekde acizdir. allahin elcisi(s) ucun behişt meyvelerinden - uzum ve xurmanin getirilmesi bu meyvelerin daha cox bereketli ve xeyirli olmalsindan ireli gelir. cunki ağaclarin arasinda hec bir ağac xurma ve uzum ağaci kimi bereketli, xeyirli olmamişdir. elece de bu iki ağac adem(e)-in xemirinden artiq qalmiş gilden yaradilmişdir. cox ehtimal ki, bele secim bu pak ve mubarek neslin ovladlarinin coxlu olmasina ve muqeddesliyine bir işaredir. o zaman hezreti-muhemmed(s) vacib namazini qilmişdi. onun iftardan sonra qilacaği namaz ise musteheb ve nafile namazlari idi ki, bunlarin da cebrayil qilinacaği teqdirde haram olduğunu soylemişdi.
 0  14  + 5