Hezret Elinin e düşmenlere keremi(03.04.2020 | 13:05)
deyerler.org: Übeydullah ibni hürr cefi adlı şücaetli bir qılınc vuran kufede emirel-möminin (e) xilafeti zamanı yaşayırdı. süffeyn döyüşüne hazırlaşırdılar. bu insan özünü zülme qerq edir ve müaviyeye qoşulur. Üç ay emirel-möminin (e) eleyhine vuruşur. süffeyn döyüşü qurtarandan sonra İmam eli (e) kufeye qayıdır. bu şexs de müaviye ile Şama gedir, kufeye gelmekden qorxur. müaviye de seferlerini mehdudlaşdırır ki, Şamda qalsın ve kufeye bir daha dönmesin. bu herbçi cavan idi ve cavan arvadı vardı. kufede şaiye yayırlar ki, Übeydullah ölübdür ve arvadı da dörd ay gözleyenden sonra başqasına ere gedir. onun ere getmesi xeberi Şama çatır. arvadı günah iş görmemişdi, çünki öldüyüne inanırdı. Übeydullah müaviyeye deyir: "men kufeye getmek isteyirem. müaviye de deyir: ne üçün? deyir: gedim özümü gösterim ki, arvadım bilsin ki, sağam ve onu geri alam. dedi: biçaresen. eger ayağın kufeye deyse, İmam elinin (e) esgerleri seni tutub, tike-tike ederler. burada qal ve men sene Şamın gözel qızlarından birini alım. dedi: yox, men ancaq öz arvadımı isteyirem. müaviye dedi: bes sen arvadını nece geri alacaqsan? dedi: onu geri almağın en yaxşı yolu İmam elidir (e). yeni bu İlahi insan o hedde idi ki, hetta düşmenleri bele ona ümidvar idiler. müaviye dedi: men bilmirem sen ne deyiren, getmek isteyirsense, get, ancaq seni öldürecekler. kufeye gelir, İmam elinin (e) hökumet yeri mescidde idi. mescide gedir ve görür ki, siyasi, ekinçi ve herbi insanlar oraya toplaşıblar. İmam eli (e) de öz növbesinde onların çetinliklerini hell edir. o zaman ki, sakitlik olur, gelir ve İmam elinin (e) qarşısında eyleşir. ancaq çox mühüm nöqte budur ki, ondan qorxmur. İmam elinin (e) gözü Übeydullaha deyende bir cümle deyir: bu düzmü idi ki, menim hökumetimde yaşayasan, sonra da silaha qurşanıb, müaviyenin terefine keçesen? dedi: elican, men gelmemişem ki, meni mühakime edesen. menim çetinliyim var, gelmişem ki, onu hell edesen. hezret (e) buyurur: Çetinliyini de. dedi: ey eli murteza! siz ki, insanrlarla bu cür reftar edirsiniz, düşmenlerinizle bu cür reftar edirsiniz. kufede şayie yayıblar ki, men öldürülmüşem ve sonra eşitdim ki, arvadım da ere gedibdir. İndi men gelmişem ve arvadımı isteyirem. erinin yanına getdim ve dedim ki, bu menim arvadımdır. ancaq o, dedi ki, bir söz de desen, seni öldüreceyem. bes men ne edim? hezret (e) xidmetçiye deyir: get o, güclü adama de ki, İmam elinin (e) seninle işi vardır. xidmetçi gedib, deyir ve hemin adam da "baş üste" deyib, İmam elinin (e) xidmetine gelir. hezret buyurur: bağladığın bu nikah düzdür. Çünki emin idin ki, Übeydullah ölübdür. ancaq indi sağdır ve gerek o xanıma göz yumasan. dedi: elican! menden hamiledir. hezret buyurdu: eybi yoxdur, sen göz yum. hemin kişi dedi: baş üste. hezret buyurdu: uşaq ne vaxt dünyaya gelecekdir? dedi: dörd ay sonra. xidmetçisini çağırıb, dedi: get, menim pulumla o qadın üçün yaxşı bir ev kiraye et ve onun üçün xidmetçi de tut. beli, İmam eli (e) görür ki, hem birinci ve hem de ikinci eri varlıdır. ancaq qoymur ki, ev kirayesını düşmeni versin, deyir ki, men vererem. sonra buyurur: uşaq dünyaya gelen kimi eger uşağın atası istese, onu alıb, dayeye versin ve eger istese anası süd versin ve süddden ayrılandan sonra da uşağı aparsın. Übeydullaha deyir: uşaq dünyaya gelende arvadının elinden tutub, apara bilersen. Übeydullah teşekkür edir ve qorxusuz halda çıxıb, gedir. beli, budur İmam elinin (e) exlaqı, budur allaha ibadet!
 0  17  + 6