Hədislər Allaha inanıb hidayət olanlar(03.04.2020 | 13:05)
İnsanı üzünə tərif etmək qətlə yetirmək kimidir; *** dünya üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan, axirət üçünsə elə yaşa ki, sanki sabah öləcəksən; *** qeybətə qulaq asan elə qeybət edən kimidir; *** tövbə etmek qəlbləri paklayır, günahları yuyur; *** bilərəkdən günah edən şəxs bağışlanmaya layiq deyildir; *** bəndələrin dünyadakı əməlləri axirətdə gözlərinin önünə gələcək; *** dünya bulud kölgəsi və şirin yuxu kimidir; *** ağıllı insan odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirəti dünyasına dəyişməsin; *** kimə bu dörd şey verilsə, dünya və axirət xeyri verilib; 1) danışanda düzlük 2) Əmanəti qaytarmaq 3) qarnını haramlardan gözləmək 4) xoş xasiyyət. *** qəzəbdən çəkinin ki, başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır; *** alim cahil tanıyır, çünki özü də əvvəl cahil olmuşdur; *** nadan alim tanımır, çünki özü də əvvəl alim olmamışdır; *** Övladını pis tərbiyə edərək onların üzünüzə qayıtmasına səbəb olan ata-anaya allah lənət etsin; *** allahın razılığı, ata-ananın razılığı onların qəzəbi, allahın qəzəbidir; *** səni kədərləndirən pis bir işin, səni məğrur edən xeyir işindən allahın yanında daha yaxşıdır; *** İbadət çoxlu oruc, namaz yox, yaradılış haqqında (allahın yaratdıqlarını) düşünməkdir;
 0  22  + 10