Hədis 330 416(03.04.2020 | 13:05)
hədis 330-416 hədis 330: həzrət məhəmməd (s) buyurur: “allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.” * * * hədis 331: həzrət məhəmməd (s) buyurur: “qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.” * * * hədis 332: həzrət məhəmməd (s) buyurur: “az nemətə şükür etməyən, çoxa da şükür etməz.” * * * hədis 333: həzrət məhəmməd (s) buyurur: “allah-təala duada israrlı olanı sevir.” * * * hədis 334: həzrət məhəmməd (s) buyurur: “gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.” * * * hədis 335: həzrət Əli (ə) buyurur: “nadanlıq kimi yoxsulluq yoxdur.” * * * hədis 336: həzrət Əli (ə) buyurur: “elm kimi şərəf yoxdur.” * * * hədis 337: həzrət Əli (ə) buyurur: “Çox mülayim olan kəs peşman olmaz.” * * * hədis 338: həzrət Əli (ə) buyurur: “gözəl xasiyyət kimi yoldaş yoxdur.” hədis 339: həzrət Əli (ə) buyurur: “Əmmarə (pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.” * * * hədis 340: həzrət Əli (ə) buyurur: “vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.” * * * hədis 341: həzrət Əli (ə) buyurur: “Çox yeməklə sağlamlıq bir araya sığmaz.” * * * hədis 342: həzrət Əli (ə) buyurur: “söyüş söyən adam kimi həyasız yoxdur.” * * * hədis 343: həzrət Əli (ə) buyurur: “günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur.” * * * hədis 344: həzrət Əli (ə) buyurur: “din qardaşı ac olan halda mömin tox olmaz.” * * * hədis 345: həzrət Əli (ə) buyurur: “ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.” * * * hədis 346: həzrət Əli (ə) buyurur: “fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.” * * * hədis 347: həzrət Əli (ə) buyurur: “o şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tərifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.” * * * hədis 348: həzrət Əli (ə) buyurur: “o şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.” * * * hədis 349: həzrət Əli (ə) buyurur: “qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.” * * * hədis 350: həzrət Əli (ə) buyurur: “sağlamlıq pəhrizdəndir.” * * * hədis 351: həzrət Əli (ə) buyurur: “bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.” * * * hədis 352: həzrət Əli (ə) buyurur: “büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.” * * * hədis 353: həzrət Əli (ə) buyurur: “xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.” * * * hədis 354: həzrət Əli (ə) buyurur: “xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.” hədis 355: həzrət Əli (ə) buyurur: “xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.” * * * hədis 356: İmam baqir (ə) buyurur: “başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.” * * * hədis 357: həzrət Əli (ə) buyurur: “allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.” * * * hədis 358: həzrət Əli (ə) buyurur: “qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.” * * * hədis 359: həzrət Əli (ə) buyurur: “bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.” * * * hədis 360: həzrət Əli (ə) buyurur: “böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.” * * * hədis 361: həzrət Əli (ə) buyurur: “dini olmayan zahidlər çoxdur.” * * * hədis 362: həzrət Əli (ə) buyurur: “göz korluğu bəsirət korluğundan yaxşıdır.” * * * hədis 363: həzrət Əli (ə) buyurur: “İşin savabı ona çəkilən əziyyət qədərdir.” * * * hədis 364: həzrət Əli (ə) buyurur: “İşi sonraya saxlamaq tənbəllik əlamətidir.” * * * hədis 365: həzrət Əli (ə) buyurur: “gəncliyindən qocalmamış, sağlamlığından da xəstələnməmiş istifadə et.” * * * hədis 366: həzrət Əli (ə) buyurur: “allah qorxusundan ağlamaqla günahlar yuyular.” * * * hədis 367: həzrət məhəmməd (s) buyurur: “İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.” * * * hədis 368: həzrət Əli (ə) buyurur: “Əfv etmək vasitəsilə rəhmət nazil olar.” * * * hədis 369: həzrət Əli (ə) buyurur: “xoş xasiyyət ruzini artırır.” * * * hədis 370: həzrət Əli (ə) buyurur: “dua vasitəsi ilə bəla aradan qalxar.” * * * hədis 371: həzrət Əli (ə) buyurur: “İzzət istəyirsənsə, onu allaha itaətdə axtar.” * * * hədis 372: həzrət məhəmməd (s) buyurur: “var-dövlətinə yox, ömrünə xəsis ol.” * * * hədis 373: həzrət Əli (ə) buyurur: “İşə başlamazdan qabaq məsləhət et.” * * * hədis 374: həzrət Əli (ə) buyurur: “dalaşanda barışığa yer qoy.” * * * hədis 375: həzrət Əli (ə) buyurur: “Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.” * * * hədis 376: həzrət Əli (ə) buyurur: “həqiqətən, insanların dünya və axirətdə ağaları səxavətli insanlardır.” * * * hədis 377: həzrət Əli (ə) buyurur: “dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.” * * * hədis 378: həzrət Əli (ə) buyurur: “uzaqgörənlik odur ki, allaha itaət, nəfsə qarşı isə itaətsizlik edilsin.” * * * hədis 379: həzrət Əli (ə) buyurur: “həqiqətən, sən axirət üçün yaradılmısan, onun üçün də çalış.” * * * hədis 380: həzrət Əli (ə) buyurur: “həqiqətən, dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.” * * * hədis 381: həzrət Əli (ə) buyurur: “həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.” hədis 382: həzrət Əli (ə) buyurur: “həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, belə isə, onu mühüm işlər üçün saxla.” * * * hədis 383: həzrət Əli (ə) buyurur: “həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.” * * * hədis 384: həzrət Əli (ə) buyurur: “həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.” * * * hədis 385: həzrət Əli (ə) buyurur: “mömin üçün ən qiymətli hədiyyə ölümdür.” * * * hədis 386: həzrət Əli (ə) buyurur: “yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.” * * * hədis 387: həzrət Əli (ə) buyurur: “allahı ən yaxşı tanıyan kəs ondan daha çox istəyəndir.” * * * hədis 388: həzrət Əli (ə) buyurur: “İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.” * * * hədis 389: həzrət məhəmməd (s) buyurur: “xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.” * * * hədis 390: həzrət məhəmməd (s) buyurur: “bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.” * * * hədis 391: həzrət məhəmməd (s) buyurur: “qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.” * * * hədis 392: həzrət məhəmməd (s) buyurur: “qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez təsir göstərər.” * * * hədis 393: həzrət Əli (ə) buyurur: “dua möminin qalxanıdır. hansı qapını çox döyürsənsə, üzünə açılar.” * * * hədis 394: İmam zeynəlabidin (ə) buyurur: “bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.” * * * hədis 395: İmam baqir (ə) buyurur: “allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.” * * * hədis 396: İmam baqir (ə) buyurur: “mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.” * * * hədis 397: həzrət Əli (ə) buyurur: “hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.” * * * hədis 398: İmam baqir (ə) buyurur: “and olsun allaha ki, o, Öz dərgahına israrla əl açanların istəyini verər.” * * * hədis 399: İmam sadiq (ə) buyurur: “yanına gəlmiş mömin qardaşını əziz tutub, hörmət edən kəs allahı əziz tutmuşdur.” * * * hədis 400: İmam sadiq (ə) buyurur: “mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.” * * * hədis 401: İmam sadiq (ə) buyurur: “həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə allaha yaxın olanlardır.” * * * hədis 402: həzrət məhəmməd (s) buyurur: “Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.” * * * hədis 403: İmam sadiq (ə) buyurur: “pis xasiyyətli adam özünə əzab verir.” * * * hədis 404: İmam sadiq (ə) buyurur: “hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını allah qəbul etməz.” * * * hədis 405: İmam sadiq (ə) buyurur: “mömini məzəmmət edən kəsi allah dünya və axirətdə məzəmmət edəcəkdir.” * * * hədis 406: İmam sadiq (ə) buyurur: “dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.” * * * hədis 407: İmam sadiq (ə) buyurur: “həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.” * * * hədis 408: İmam sadiq (ə) buyurur: “allaha edilən hər bir dua, məhəmməd və ali-məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.” * * * hədis 409: İmam sadiq (ə) buyurur: “rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.” * * * hədis 410: İmam riza (ə) buyurur: “peyğəmbərlərin silahından yapışın. soruşuldu ki, bu silah nədir? buyurdu: dua!” * * * hədis 411: həzrət Əli (ə) buyurur: “allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.” * * * hədis 412: həzrət Əli (ə) buyurur: “allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.” * * * hədis 413: həzrət Əli (ə) buyurur: “allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.” * * * hədis 414: həzrət Əli (ə) buyurur: “İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).” * * * hədis 415: həzrət Əli (ə) buyurur: “xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.” * * * hədis 416: həzrət Əli (ə) buyurur: “xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”
 0  19  + 8