Hədis 21 25(03.04.2020 | 13:05)
hədis 21: həzrət məhəmməd (s) buyurur: “xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.” * * * hədis 22: həzrət məhəmməd (s) buyurur: “xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.” * * * hədis 23: həzrət məhəmməd (s) buyurur: “beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olun.” * * * hədis 24: həzrət məhəmməd (s) buyurur: “möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.” * * * hədis 25: həzrət məhəmməd (s) buyurur: “az günah etsən, ölüm sənə asan olar.” * * * hədis 26: həzrət məhəmməd (s) buyurur: “diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.” * * * hədis 27: həzrət məhəmməd (s) buyurur: “dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.” * * * hədis 28: həzrət məhəmməd (s) buyurur: “sədəqə var-dövləti artırar.” * * * hədis 29: həzrət məhəmməd (s) buyurur: “allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.” * * * hədis 30: həzrət məhəmməd (s) buyurur: “allah-təala bütün danışanların dilinə nəzarətçidir. bəndə allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.” * * * hədis 31: həzrət məhəmməd (s) buyurur: “allah-təala duada israr edənləri sevər.” * * * hədis 32: həzrət məhəmməd (s) buyurur: “allah-təala, bəndəsinin ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.” * * * hədis 33: həzrət məhəmməd (s) buyurur: “allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.” * * * hədis 34: həzrət məhəmməd (s) buyurur: “İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.” * * * hədis 35: həzrət məhəmməd (s) buyurur: “hər kəs allahdan bir şey istəməsə, allah ona qəzəblənər.”
 0  38  + 11