Hədis 150 165(03.04.2020 | 13:05)
hədis 150: İmam riza (ə) buyurur: “günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.” * * * hədis 151: İmam sadiq (ə) buyurur: ”allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.” * * * hədis 152: İmam məhəmməd təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən bir nemət bağışlanmayan günah kimidir.” * * * hədis 153: İmam məhəmməd təqi (ə) buyurur: “allahın təqib etdiyi bir kəs necə qaça bilər?!” * * * hədis 154: İmam məhəmməd təqi (ə) buyurur: “bir çox insanların nifrətini qazanmadan allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.” * * * hədis 155: İmam məhəmməd təqi (ə) buyurur: “allahdan qeyrisinə ümidvar olanı allah elə onun ümidinə buraxar.” * * * hədis 156: İmam Əliyyən nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.” * * * hədis 157: İmam Əliyyən nəqi (ə) buyurur: “dünya bir bazardır. bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.” * * * hədis 158: İmam Əliyyən nəqi (ə) buyurur: “bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.” * * * hədis 159: İmam Əliyyən nəqi (ə) buyurur: “allah-təala, onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.” * * * hədis 160: İmam həsən Əskəri (ə) buyurur: “dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.” * * * hədis 161: İmam həsən Əskəri (ə) buyurur: “dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.” * * * hədis 162: İmam həsən Əskəri (ə) buyurur: “dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.” * * * hədis 163: İmam həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.” * * * hədis 163: İmam həsən Əskəri (ə) buyurur: “müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.” * * * hədis 165: İmam həsən Əskəri (ə) buyurur: “ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”
 0  24  + 11