Hansı hallarda təkcə orucun qəzası vacib olur və kəffarə vacib olmur?(03.04.2020 | 13:37)
hansı hallarda təkcə orucun qəzası vacib olur və kəffarə vacib olmur? 1) hər kim ramazan ayının orucunu niyyət etməsə və ya riyakarlıq edib oruc tutsa, eyni halda orucu batil edən işlərdən heç birini yerinə yetirməsə, təkcə orucun qəzası ona vacib olur və ona kəffarə düşmür. 2) hər kim ramazan ayında boynunda cənabət qüslü olduğunu unudub cənabətli halda bir və ya bir neçə gün oruc tutsa, həmin günlərin təkcə qəzası ona vacib olur. 3) Əgər bir şəxs ramazan ayında sübh namazının vaxtı olub-olmadığını araşdırmadan orucu batil edən işlərdən birini etsə, sonra məlum olsa ki, həmin işi yerinə yetirərkən sübh namazının vaxtı olmuşdur, həmin günün orucunun qəzasını tutmalıdır. lakin əgər araşdırdıqdan sonra sübhün daxil olmadığını bilsə və bir şey yesə, sonra məlum olsa ki, həmin anda sübh namazının vaxtı olmuşdur orucu düzdür və qəzası yoxdur. 4) Əgər ramazan ayında bir nəfər havanın qaraldığını görüb məğrib vaxtı olduğuna əmin olsa və ya şəri baxımdan etibarlı bir şəxs məğrib vaxtı olduğunu xəbər versə buna görə də orucunu açsa, lakin orucunu aşdıqdan sonra məlum olsa ki, hələ məğrib vaxtı olmamışdır, həmin günün orucunun qəzasını tutmalıdır. 5) hər kim buludlu havada məğrib namazının vaxtı olduğunu güman edib iftar etsə, sonra məlum olsa ki, məğrib vaxtı olmamışdır, orucu batil deyil və o günün qəzası ona vacib deyildir. 6) oruc tutan şəxs ramazan ayında sübh namazının vaxtı olduğuna əmin olmayanadək orucu batil edən bir işi yerinə yetirə bilər. lakin əgər sonra məlum olsa ki, bu işi yerinə yetirərkən sübh vaxtı daxil olmuşdur, bunun hökmü 3-cü məsələdə göstərilən hökmlə eynidir. 7) oruc tutan şəxs ramazan ayında məğrib namazının vaxtı olduğuna əmin olmayanadək iftar edə bilməz. Əgər iftar etsə və sonra məlum olsa ki, hələ məğrib vaxtı olmamışdır, bunun hökmü 4 və 5-ci məsələlərdəki hökmlə eynidir. 8) Əgər oruc bir şəxs dəstəmaz alarkən ağzını yaxalasa və su, qeyri-ixtiyari onun boğazına getsə, orucu düzdür və qəzası yoxdur. lakin əgər dəstəmazdan qeyri hallarda, məsələn, ağzı quruduğu üçün ağzını yaxalasa və su qeyri-ixtiyari onun boğazına getsə, həmin günün qəzası ona vacib olur.
 0  25  + 11