Fatimə (s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti.(04.05.2020 | 12:39)
fatimə (s.ə)-nin atasının vəfatından sonrakı vəziyyəti. allahın rəsulu(s) vəfat edən zaman böyük–kiçik, kişi–qadın, qoca–cavan, ümumiyyətlə bütün mədinə əhalisi matəm saxlamışdı. elə bir müsəlman tapmazdın ki, peyğəmbər (s)-in vəfatına görə qəmgin olmasın. bir sözlə, mədinə şəhəri ah-nalə səsinə qərq olmuşdu. bu ayrılıq ən çox həzrəti-mühəmməd(s)-in yaxınlarına, xüsusən əmisi oğlu Əli(ə.s)-yə daha çox təsir etmişdi. hətta bəziləri həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz tutsaydı, dağların belə buna dözümü çatmazdı. lakin heç kim həzrəti-fatimə (s.ə) kimi qəmgin ola bilməzdi. yalnız allah özü buna şahid idi. get-gedə kədər artır, göz yaşı isə dayanmırdı. fatimə atası(s)-nın qəbri kənarında (viii gün). ravi yazır: «peyğəmbər (s)-in vəfatından 7 gün sonra səkkizinci gün fatimə (s.ə) atasını ziyarət etmək niyyəti ilə evdən ağlaya-ağlaya qəbir üstünə yollandı. xanım(s.ə)-ın ağlamaqdan gözləri qaralmışdı. narahatlığın təsirindən çadrası yerlə sürünürdü. atasının qəbrinə gözü sataşan kimi özündən gedib məzarın üzərinə yıxıldı. mədinə qadınları onun köməyinə çatıb, həzrəti-zəhra (s.ə)-nın üzünə su səpib onu huşa gətirdilər. daha sonra fatimə ağlaya-ağlaya atasına xitab edərək belə buyurdu: «atacan, qüvvətim tükənib, səbrim qurtarıb, düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. ey əziz atam! daha tənha qalmışam, səndən sonra səsim kəsilib, belim bükülüb, həyatım bir-birinə dəyib. səndən sonra dəhşətli günlərimi keçirirəm. İndi məni sakitləşdirən də yoxdur. qəm- qüssəm gündən- günə artır. atacan, səndən sonra kim bu ümmətin fəryadına yetişəcək? ey ata, səndən sonra camaat bizdən üz döndərdi. görəsən, nə vaxt yanına gələcəyəm? İlahi, mənim ölümümü tezliklə yetir, çünki dünya və həyat mənim üçün artıq daralıb». fatimə (s.ə)-nin kədəri və mədinə camaatının təklifi. ağlayıb qəlbini boşaltdıqdan sonra fatimə (s.ə) evə qayıtdı. o, gecə-gündüz ağlayıb göz yaşı tökürdü. mədinə böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib belə dedi: __ fatimə gecə-gündüz aglayır. gecələr onun ah-naləsindən yata, gündüzlər isə dincələ bilmirik. səndən xahiş edirik, fatiməyə deyəsən, heç olmasa, ya gecə ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın, gecələr biz dincələk. həzrəti-Əli(ə.s) buyurdu: __ Çox yaxşı, mən sizin xahişinizi ona çatdıraram. həzrəti-Əli(ə.s) fatimə (s.ə)-nin yanına gəlib onu ağlar gördü. fatimə Əli(ə.s)-ni görüb bir az sakitləşdi. həzrəti-Əli(ə.s) fatimə (s.ə)-yə buyurdu: __ mədinə böyükləri məndən xahiş ediblər ki, ya gecə, ya da ancaq gündüz ağlayasan. fatimə (s): __ ey Əbul həsən! mən bu camaatın arasında çox az yaşayacağam və tezliklə bunlardan ayrılacağam. Əli(ə.s): __ İxtiyar sahibisən. sonra Əli(ə.s) mədinə evlərindən uzaqda, bəqi qəbirstanlığında fatimə (s.ə) üçün (ağlamaq üçün) kiçik bir ev düzəltdi. bu evi «beytül-əhzan», yəni «qəm evi» adlandırdı. fatimə hər gün sübh vaxtı həsən(ə.s) və hüseynlə (ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib xanım(s.ə)-ını evə aparardı. bilal həbəşinin azan verməsi. ravi yazır: «bir gün fatimə (s.ə) buyurdu: __ Ürəyim çox istəyir ki, atamın müəzzini azan versin və mən də onun səsini eşidim. bu xəbər bilala çatdıqda bilal azan verməyə başladı: «allahu Əkbər. allahu Əkbər». fatimə bu səsi eşidən kimi atasının zamanı yadına düşdü. Özünü saxlaya bilməyib, ağlamağa başladı. fatimə «Əşhədu ənnə mühəmmədən rəsulullah» səsini eşidən kimi bihuş olub yerə yıxıldı. camaat bilala dedi: «azanı saxla. fatimə (s.ə) dünyadan getdi». onlar belə güman etdilər ki, fatimə (s.ə) vəfat edib. bilal azanı saxladı. fatimə huşa gəlib ayıldıqdan sonra bilala buyurdu: «azanı axıra kimi oxu». bilal azanı davam etməyib dedi: «ey xanımlır xanımı, qorxuram, mənim səsimi eşitməklə sizə bir xətər yetişə». fatimə Ühüd şəhidlərinin qəbri kənarında. İmam sadiq(ə.s) bu barədə belə söyləyir: «fatimə (s.ə) peyğəmbər (s)-in vəfatından sonra cəmi yetmiş beş gün yaşadı. bu yetmiş beş gündə heç kim onu gülərüz görmədi. həftədə iki dəfə (i və iii günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. o xanım vəfat edənə kimi bu işi davam etdirirdi». mahmud ibn lübeyddən rəvayət olunub ki, həzrəti-mühəmməd(s) vəfat etdikdən sonra fatimə (s.ə) atası(s)-nın qəbri kənarına gəlib ağlayardı. gördüm ki, fatimə (s.ə) orada ağlayır. sakitləşəndən sonra fatiməyə yaxınlaşıb dedim: «ey xanımlar xanımı! sizin bu halınıza dözə bilmirəm». fatimə (s.ə) buyurdu: «ey Əbu Ömər! ağlamağın yeri var. Çünki mən ataların ən yaxşısını itirmişəm. Ürəyim çox istəyir, atamı görəm». həzrəti-zəhra (s.ə)-nın dua və vəsiyyəti. İmam baqir (ə.s) söyləyir: «fatimə (s.ə) atası peyğəmbər (s.ə)-in vəfatından altmış gün keçdikdən sonra xəstələndi. həzrəti-zəhra (s.ə) xəstə olarkən belə dua edərdi: «ey qadir və diri olan allah! sənin rəhmətinə pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni behişt əhlindən qərar ver». bu zaman həzrəti-Əli(ə.s) fatimə (s.ə)-yə buyurdu: __ allahdan arzum budur ki, səni tezliklə sağaldıb şəfa versin. fatimə (s.ə): __ ey Əbul həsən, allahımla görüşməyimə çox az qalıb. daha sonra xanım(s.ə)-ı Əli(ə.s)-yə vəsiyyət elədi ki, məndən sonra bacım qızı Əmamə (Əbul asın qızı) ilə evlənərsən. Çünki yalnız o, (Əmamə) məndən sonra uşaqlarıma mehribanlıq göstərər». başqa bir rəvayətdə belə söylənilir: «fatimə (s.ə) Əli(ə.s)-yə dedi: __ mənim səndən bir xahişim var. Əli(ə.s) buyurdu: __ ey peyğəmbərin qızı, sözünü buyur, onu mütləq yerinə yetirərəm. fatimə: __ səni and verirəm allaha və atamın haqqına, Əbu bəkrlə Ömər mənim cənazəmə namaz qılmasınlar. allahın rəsulu(s) mənə buyurmuşdur: «sən mənim Əhli-beytimdən ilk adamsan ki, mənim yanıma gələcəksən». bu xəbəri sənə vermək mənə çox ağır gəlir». İmam baqir (ə.s) buyurur: «peyğəmbərin vəfatından 50 gün keçmişdi. həzrəti-fatimə (s.ə)-nin xəstəliyi güclənirdi. o xanım bilirdi ki, elə bu xəstəliklə də dünyadan gedəcək. fatimə (s.ə) buyurdu: «ya Əli, allahın işinə səbir et və məni gecə qüsl edib kəfənləyər, dəfn edərsən». həzrəti-Əli(ə.s) fatimə (s.ə)-nin vəsiyyətinə əməl etdi. fatimə (s.ə) söyləyir: «atam rəsulullah(s)-ı yuxuda gördüm. o həzrətdən sonra bizim başımıza gələnlərin hamısını peyğəmbər (s)-ə danışdım. rəsuli-əkrəm(s) buyurdu: «sizin üçün axirətdə əbədi ev var. bu ev təqvalılar üçündür. sən tezliklə bizim yanımıza gələcəksən».
 0  9  + 2