Əmr be mə`ruf və nəhy əz münkər (2)(03.04.2020 | 13:12)
Ümumi mə`na kəsb edən əmr be mə`rufun aid edildiyi ünvanlar; cahilin tə`lim və tərbiyəsi; təzəkkür və nəsihət; düşmənin məkirli planlarına qarşı ictimai mübarizə; cəmiyyətin oyanış və dirçəlişi üçün edilən cihad. keçən bəhsimiz əmr be mə’ruf və nəhy əz münkər barəsində oldu. soruşulurdu ki, imam hüseynin (ə) icra etmək istədiyi əmr be mə’ruf necə bir əmr be mə’ruf idi ki, biz onun oxşarına tarixdə rast gəlməmişik və hökmünü da bilmirik? Əvvəlki bəhsimizdə müqəddimə olaraq bə’zi sözlərin hərdən ümumi mə’nada, bə’zən də xüsusi mə’nada işlədilməsinə aid müxtəsər izah vermişdik. Əmr be mə’rufun qur’anda və rəvayətlərdə nəzərdə tutulan mə’nasına əsasən, belə nəticəyə gəldik ki, əmr be mə’rufun da iki istilahi mə’nası var. onlardan biri ümumi, digəri isə, xüsusi mə’nadır. Əmr be mə’rufun xüsusi mə’nası onun həmin istilahi mə’nası olub, bizim şər`i məsələlərdə rastlaşdığımız əmr be mə’rufa şamil edilir və onun üçün xüsusi şərtlər nəzərdə tutulur. Əmr be mə’rufa əməl etməyin şərtlərindən biri də, qarşıda zərər təhlükəsinin olmamasıdır. amma əmr be mə’rufun daha geniş mə’naları da vardır; onlar həm şər`i məsələlərə, həm də digər başqa ünvanlara şamil olur, hətta bə’zən cihad məsələlərinə də aid edilir. hazırkı bəhsimizdə əmr be mə’rufun aid edildiyi ünvanları yığcam şəkildə izah edəcək, imkan daxilində onların hər birinin hökmləri haqda ayrı- ayrılıqda müxtəsər açıqlamalar verməyə çalışacağıq. Ümumi mə`na kəsb edən əmr be mə`rufun aid edildiyi ünvanlar Ümumi mə’nada göstərilən əmr be mə’ruf və nəhy əz münkər, bir şəxsin digər şəxsə tə’sir etməsi üçün göstərdiyi hər cür fəaliyyət sahəsi deməkdir. bu fəaliyyətdən məqsəd, fərdi və ya vacibi əmrlərə sövq etmək, ya da onu pis əməllərdən çəkindirməkdir. bu fəaliyyət müxtəlif yollarla məsələn, hökmün tə’limi, ya da nəzərdə tutulan əməlin mövzusunun tə’limi olaraq həyata keçirilə bilər. yə’ni, hər hansı bir şəxsə müəyyən bir əmrin İslamda vacibliyini başa salmaq və ya həmin vacibi həyata keçirməyin necəliyini öyrətmək kimi ola bilər. mümkündür, tə’lim-tərbiyənin özü ümumi mə’na kəsb edən əmr be mə’rufun ən mühüm ünvanlarından biri olsun. başqa bir tərəfdən, ümumi mə’nada olan əmr be mə’rufun, imam hüseynin (ə) kərbəlada şəhadəti ilə nəticələnən digər bir ünvanını da tanıyırıq. beləliklə, ünvan baxımından əmr be mə’ruf üçün üç qism başlıq nəzərdə tutmaq olar. cahilin tə`lim və tərbiyəsi Əmr be mə’ruf və nəhy əz münkərin şamil olduğu ünvanlardan biri tə’lim və tərbiyədir. bə’zən bir fərd müxtəlif səbəblər üzündən öz şər`i vəzifəsini bilmir. və ya həddi-büluğa yaşına yenicə çatıbdır və hələ kifayət qədər İslam qanunları ilə tanışlığı yoxdur; və yaxud da ümumiyyətlə yaşadığı mühütün şəraiti ona bu imkanları verməmişdir. məsələn, yerləşdiyi ictimai mühit ya İslami mərkəzlərdən uzaq olmuşdur, ya da kafir qüvvələrin tə’siri altında düşmüşdür. bu şəxs İslam hökmlərinə nisbətdə “qasir cahil” adlanır. yə’ni, bu şəraitdə olan bir kəs ya hökmü, ya da onun icra yollarını bilmir. onun üçün İslam maarifini öyrənmək mümkün olmamışdır və bu işdə onun bir günahı da yoxdur. belə bir adama İslami hökmləri tə’lim edib öyrətmək vacibdir. amma bu şəxslərin tə’lim-tərbiyəsi kimlərə vacibdir, neçə növ tə’lim yolları var, bu tə’limlər fərdi və ya ictimai şəkildə olmalıdır, rəsmi və ya qeyri-rəsmi olmalıdır və s. bu qəbildən olan suallara cavab vermək bəhsimizin genişlənməsinə gətirib çıxarar və hələlik bu kimi məsələlərə imkan yoxdur. İcmali olaraq, aydın olan məsələ burdur ki, qasir cahilin tə’limi vacibdir. belə bir tə’lim olduqca mülayimlik, səbr və mehribanlıqla həyata keçirilməlidir. Çünki, tərbiyə olunan tərəfin öz mə`lumatsızlığında heç bir təqsiri olmamışdır. həmçinin, bu tə`lim-tərbiyədə maarifləndirilən tərəfin yaşına, cinsinə, həyat şəraitinə, iste`dadına uyğun tə’lim metodu seçilməlidir. belə olduqda, yenəyetmə mövzuları daha yaxşı və sür’ətlə qavrayar. dediklərim əmr be mə’rufun bir qismidir. deməyin ki, biz indiyə qədər belə bir əmr be mə’ruf eşitməmişik. qarşıda duran məsələ, ümumi mə’na kəsb edən əmr be mə’rufun ünvanlarını araşdırmaqdır. bu cəhətdən, cahilin tə’limi də əmr be mə’rufa şamil olur. başqa bir məsələ da budur ki, cahil öz mə`lumatsızlığında müqəssir olsun. yə’ni öyrənmək, mə`lumat əldə etmək, maariflənmək imkanları olduğu halda ya tənbəllik, ya da bu elmlərə əhəmiyyət verməmək ucbatından cahillik damğasının alnına vurulmasına razı olub. bu çox dəhşətli, faciəvi bir haldır. bu cür insanların maarifləndirilməsi üçün ilk görüləcək iş, diqqəti nəzərdə tutulan məsələlərə yönəltmək, onda elmlərə və bəndə kimi boynunda vacib olduğu hökmlərə qarşı maraq hissi oyatmaqdır. yə’ni, müqəssir bilinən cahilin tərbiyələndirilməsindən əvvəl bu iş üçün hazırlıq işləri aparılmalıdır. müqəssir cahilə edilən əmr be mə’ruf metod baxımından olduqca mürəkkəb bir işdir. Əmr be mə’rufun tə’lim qisminin başqa bir halı da budur ki, bir nəfər öz xəyalında hökmü bildiyini və onun yerinə yetirilməsi qaydalarına da düzgün əməl etdiyini düşünür. amma həqiqətdə səhv edir. məsələn, fərdi məsələlərdə bə’zi adamlar namazda qiraətləri səhv olduğu halda, onun düzgün olduğunu güman edirlər. və ya bir başqası ictimai vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki səhv yoldadır. məsələn, götürək üzərində bəhs etdiyimiz əmr be mə’ruf vəzifəsinə necə ynaşılmasına. yaxşı xatırlayıram, şah zamanında cəmiyyətin dini, ictimai, mədəni baxışları bu günkündən çox fərqlənirdi. yadıma bə’zi şeylər düşür ki, əlbəttə buna oxşar hadisələri indinin özündə də müşahidə etmək olar. bə’zi adamlar əmr be mə’ruf etdiklərini düşünərək, başqalarına çox acıqla, üz-gözlərini turşudaraq, əsəbi halda yanaşır, bə’zən hətta təhqir və söyüşlə pis əməl sahiblərini tutduqları pis yoldan çəkindirməyə çalışırdılar. bu zavallı, öz vəzifəsinə düzgün əməl etdiyini güman edir, halbuki bilmədən əmr be mə’ruf kimi vacib təklifi yerinə yetirməklə yanaşı, həm də günaha batır. bu iş mö’mini alçaltmaq, təhqir etmək sayıldığı üçün haram hesab edilir, hətta həmin mö’min şəxs günahkar olsa belə. belə bir vəziyyətdə - həmin şəxs cəhl- mürəkkəbdədir – deyirlər. yə’ni, öz vəzifəsini bilmir və bu mə`lumatsızlığından da xəbəri yoxdur, şər`i hökmləri bildiyini zənn edir. beləsinin tədrisə ehtiyacı var. lakin bu cür adamın maarifləndirilməsi yolu, əvvəldə söylədiyimiz iki metoddan daha mürəkkəbdir. belə şəxslərlə incəliklə, mülayimliklə davranmaq lazımdır ki, qarşı tərəf bu kimi işlərə özündə hazırlıq və maraq hissi etsin. Öncə ehtimal versin ki, səhv etmişdir. Çünki, bizim fərz etdiyimiz məsələdə öz vəzifəsinə düzgün əməl etdiyini zənn edir. bu səbəbdən əvvəlcədən elə bir iş görülməlidir ki, həmin adam vəzifəsini yerinə yetirdiyi zaman səhvə yol verdiyini ehtimal edə bilsin. sonra düzgün yolu ona başa salıb, öyrətmək olar. hamınız eşitmiş olarsınız. İmam həsən (ə) və imam hüseyn (ə) haqqında belə rəvayət edirlər ki, uşaqlıq dövründə qoca bir kişinin düzgün dəstəmaz almadığını müşahidə edirlər. dəstəmazın düzgün yolunu ona demək istəyirlər. amma görürlər ki, bu adam yaşlıdır və ona nə isə birbaşa bir şey öyrətmək nəzakətdən kənardır. İslamda ədəb qaydaları vardır; ona əsasən yaşlılara başqalarından daha artıq ehtiram göstərilməlidir. hər iki qardaş qocanın yanına gedib salam verirlər. deyirlər: “biz iki qardaşıq və dəstəmaz almaq istəyirik. siz baxın görün bizlərdən hansı birimiz daha düzgün dəstəmaz alır.” İmamların qocaya yanaşma üsuluna diqqət yetirin. Əstəğfirullah, kobudluq edərək demirlər, sənin aldığın dəstəmaz səhvdir, niyə bu vaxta qədər öyrənməmisən? ona ehtiram göstərib, salam verirlər. sonra deyirlər ki, biz dəstəmaz alaq, siz baxın görün hansımız daha yaxşı dəstəmaz alır. qoca dayanıb baxır. yaşlı kişi onların dəstəmazını müşahidə etdikdə, özünün səhv dəstəmaz aldığını başa düşür. başa düşür ki, onlar bu yolla ona dəstəmazın düzgün qaydasını öyrətmək istəyirlər. qoca hər iki qardaşa deyir: “Əhsən, siz hər ikiniz çox yaxşı dəstəmaz alırsınız, deyəsən səhv eləyən elə mən özüməm.” hər üç məsələnin – qasir, müqəssir və mürəkkəb cahilin tə’limə ehtiyacı var. onlara bu məsələləri öyrtmək lazımdır. amma tə’limin metodları bu üç növə aid olan insanların cinsi, yaşı, iste’dadı, yaşadıqları ictimai mühit və s. tə`siredici amilləri nəzərə alınmaqla tətbiq edilməlidir. Əks təqdirdə, əmr be mə’ruf işində müvəfəqiyyət əldə edilməyəcəkdir. İslami cəmiyyətdə bu işi öhdəsinə götürmüş xüsusi adamlar və ya orqanlar olmalıdır ki, tə’limi münasib metodlarla apara bilsinlər. İşarə edilən məsələlərin hər biri mühit və şəraitə görə fərq edir. tə’lim-tərbiyə işini kim aparmalıdır? kimlərə tə’lim-tərbiyə edilməlidir? bu orqanların məs`ul şəxsləri kimlər olmalıdır? hansı üsullarla və necə icra edilməlidir? hər hansı təşkilat bu işi boynuna götürərsə, bütün deyilən şəraitə riayət etməli, tə’lim-tərbiyədə hərtərəfli və ümumi bir metod seçməlidir. bütün bu işlərdən məqsəd öyrənməkdir. yol düzgün seçilərsə, öyrənən də düzgün öyrənəcəkdir. hədəf cahilin tə’limidir. yoxsa, insanın bir sözü deyib, höccəti tamamlamaqla işi bitmir. bunların hər üç qismi əmr be mə’ruf və nəhy əz münkərdir ki, hər üçünün də adı “cahilin tə’limi” adlanır. qasir cahil, müqəssir cahil, mürəkkəb cahil barəsində kəskin, sərt rəftardan, fiziki təzyiqlərdən istifadə etməyə ehtiyac yoxdur. belə məsələlərdə cahilə kömək göstərib tə’lim-tərbiyə verilməli və metodoloji qaydalara düzgün riayət edilməlidir. təzəkkür və nəsihət Əmr be mə’rufun digər qisminə dəlalət edən növlərindən biri də, moizə və nəsihət etməkdir. bu qismin bir neçə forması vardır və onun nümunələri bir-birindən fərqlənir. məsələn, siz təsadüfən bir nəfərin bilərəkdən, lakin xəlvətdə günah etdiyindən xəbər tutursunuz. həmin adam əslində heç kəsin onun nə kimi günah iş gördüyündən xəbərdar olmasını istəmir. hətta əgər onun işindən xəbər tutmanızı bilsə, narahat olub utanar. belə yerdə siz ona əmr be mə’ruf və nəhy əz münkər etməlisiniz. amma bu iş elə aparılmalıdır ki, o xəcalət çəkməsin. Çünki, başqasına xəcalət vermək, həmin adama əziyyət etmək kimi bir şeydir və mö’minə də əziyyət vermək haramdır. onunla elə rəftar edilməlidir ki, o, sizin onun günahından xəbərdar olduğunuzu bilməsin. məsələn, ümumi şəkildə danışmaqla ona nəsihət edə bilərsiniz. lakin siz qətiyyən, əsla onun etdiyi pis əməli başqalarının yanında aşkar etməməlisiniz. başqasının günahlarını faş edib yaymağın özü böyük günahdır. və ya onu başqalarının yanında əmr be mə`rufa də`vət etməklə digərlərini də etdiyi günahdan agah edirsiniz. bu təqdirdə həmin adam xəcalət çəkəcək ki, bunun özü də digər bir günahdır. İkincisi, başqalarını da onun günahından agah etdiyiniz üçün daha böyük bir günaha batmış olursunuz. mümkündür ki, o sadə bir günaha batmışdı, amma siz vacib təklifə əməl etmək adı ilə iki böyük günaha mürtəkib oldunuz. deməli, əgər bir kəs xəlvətdə günah etmiş olsa, hətta böyük günah olsa belə, əvvəla sizin haqqınız yoxdur onun sirrini faş edib, başqasına deyəsiniz. hətta sizin haqqınız yoxdur ki, onun sirrini atasına və anasına deyəsiniz. Çünki, həmin adam xəcalət çəkəcək, abır-həyası gedəcəkdir. mö’minin abrını aparmaq haramdır. bu məsələdə ancaq bir istisnai hal ola bilər. o da budur ki, həmin günahkar şəxsin islah yolu, düzəlməsinin çarəsi ancaq başqasına deyilməklə mümkün olsun. yə’ni, heç bir yolla günahından əl çəkmək istəməsə və onu bu işdən çəkindirmək başqasının əli ilə mümkün olsa, deyə bilərsiniz, o da aram-aram günahkar şəxsin islahı ilə məşğul olsun. ancaq bu yerdə bir kəsin günahı başqası üçün açıqlana bilər. ancaq mümkün qədər səbr edib, özünüz onun islahı ilə məşğul olmalı, onu tutduğu əyri yoldan çəkindirməlisiniz. amma onun islahına elə məharətlə çalışmalısınız ki, sizin vəziyyətdən xəbərdar olduğunuzu bilməsin. bununla siz onun abır-həyasını qorumuş olursunuz. allah-taala «səttar-əl-uyub»dur (eyibləri örtəndir). və razı olmaz ki, mö’minin sirri başqasının yanında faş olsun. Əksəriyyətin bu məsələdən xəbəri yoxdur. elə bilirlər ki, bir kəs günaha batmışsa, həmin saat ifşa olunmalıdır. tez gedib əlaqədar orqanlara xəbər verməli, ya da günahına görə yerindəcə məhkum olunmalıdır. və ya şəriətdə nəzərdə tutulan qanunlarla cəzalanmalı, tutduğu işə görə xalq arasında məhkum olunmalıdır. mə`lum məsələdir ki, fiziki cəzalara səbəb olan günahı bu sadəliklə ifşa etmək caiz deyildir. bunun üçün həmin günahı dörd nəfər şəxsin bir yerdə görməsi lazımlı şərtlərdən sayılır. bu halda həmin dörd nəfərin əhvalatı səlahiyyətli orqanlara bildirməyə haqqı çatır. amma əgər üç nəfər mö’min bilsələr ki, bir nəfər günah işi görübdür və bu işə görə də cəza düşür, gedib məhkəmədə məsələni açıqlayıb şəhadət versələr, əgər bunların sözünü təsdiqləyən dördüncü şəxs olmazsa, qazi həmin üç nəfərin özünü cəzalandırmalıdır. İslam bu dərəcədə xalqın sirrinin faş olmasına diqqət yetirir. Əlbəttə, əgər rüsvayçılıq o həddə çatmış olsa ki, günahı dörd nəfər adil şəxs birlikdə görmüş olsalar, özü də elə bir halda ki, dörd nəfərin heç birində azacıq da olsa, şübhə yeri qalmasın, belə olan surətdə günahkar tərəfə ilahi hədd icra olunmalıdır. İlahi hədd və cəza icra edilməlidir. Əmr be mə’ruf və nəhy əz münkərin başqa bir növü də budur ki, günahkar şəxs ipə-sapa yatmaz bir adamdır. düzdür ki, indi günahı xəlvətdə edir, amma əgər başqaları da onun işindən xəbər tutsalar, nə həya edər və nə də xəcalət çəkər. belə adamın haqqında öz günahından xəcalət çəkən adamda olduğu kimi sirri saxlamaq lazım deyil. amma yenə də onu tutduğu pis işdən elə çəkindirmək lazımdır ki, xəbəri olmayanlar bu işdən agah olmasınlar. onunla xüsusi şəkildə söhbət edilməlidir. hay-küy salıb, xəbəri hər tərəfə yaymaq lazım deyil. düzdür ki, onu belə işlər narahat etmir, amma siz yenə də xəbəri yaymaqdan çəkinməlisiniz. Əvvəlki məsələdə günahkar başqalarının onun tutduğu işdən agah olmasını istəmirdisə və açıqca günaha yol vermirdisə, siz də çalışıb onun sirrini gizli saxlamalısınız. ehtiramını gözləmək şərti ilə ona nəsihət edib doğru yola yönəltməlisiniz. məsələn, hədis söyləməklə, əxlaqi məclislərə də’vət etməklə onu tutduğu işin pis bir əməl olmasından agah etməlisiniz. amma bir nəfər utanmadan, açıqcasına camaatın gözü qarşısında günah edirsə, belə adam barəsində nəzərdə tutulan əmr be mə’ruf daha kəskin şəkildə qoyulmalıdır. bununla belə onunla necə rəftar etməyin də müəyyən mərhələləri vardır. bu yerdə artıq sirrin qorunması əsas məsələ sayılmır. sözünüzü ona xəlvətdə deməyiniz və ya sizin də onun tutduğu günahı bilməyinizi gizləməniz lazım deyil. Çünki o, günahını aşkar edir, ictimai yerlərdə yaramaz işlər görür; özü öz həyasını aparır. o camaatın hüzürunda günah etməkdən çəkinmir. burada da əmr be mə’ruf işini mərhələli şəkildə aparmanızı nəzərdən qaçırmamalısınız. Əvvəl mülayimliklə, ehtiramla ona nəsihət edib, tutduğu günahı tərk etməsinə çalışmalısınız. tutduğu əməlin dünya və axirət tə’sirlərini ona aydınlatmaqla, aqibətinə diqqət yetirməklə, təşviq vasitəsilə günahının tərkinə sə’y edilməlidir. hətta dillə edilən təşviqdən əlavə, əməli yollarla da onu doğru yola cəzb etmək olar. Əlbəttə, bu, hər kəsin bacara biləcəyi iş deyil. amma bə’zi imkanlı şəxslər həmin adama maddi köməklik göstərməklə, müxtəlif əməli tə’sirlərlə, onu əyri yoldan döndərə bilərlər. məsələn, qonaq çağırıb könlünü almaqla, səfərə aparmaqla və s. bu kimi təşviqlərin özü də ayrı-ayrı şəxslərin hansı növ günaha və mə’lumata sahib olmalarından asılıdır. bu tip adamların əmr be mə’ruf və nəhy əz münkər edilməsi birinci mərhələdə çox aram, yumşaqlıqla, ədəbli və təşviqlə yanaşı aparılır. Əgər birinci mərhələ tə’sir etməzsə, ikinci mərhələdə nisbətən sərt üsuldan istifadə edilir. yə’ni, bu mərhələdə qaş-qabaqlı davranıb, qarşı tərəfə nisbətən sərt e’tirazını bildirirsən. Əvvəldə qeyd etdiyimiz rəvayətdə oxuduğumuz “ləm yətəmə`ər vəchuhu ğəyzən li qəttu” cümləsi məhz bu kimi şərait üçün nəzərdə tutulur. elə ki, gördünüz yumşaq dillə qəbul etmir, qaş-qabaqlı və acıqlı tərzdə ondan tələb edin. bu kimi yerlərdə günahkar şəxsin qarşısında kəskin mövqe tutmaq lazımdır. məsələni onlara amiranə şəkildə deməlisiniz. deyin ki, bu işi etməməlisən! Əgər görsəniz sizin amiranə sözünüz də ona tə’sir etmir, onu, əməlindən əl götürməzsə, səlahiyyətli orqanlara müraciət edəcəyinizlə hədələyə bilərsiniz. amma günahı gördüyünüz ilk addımda gedib şikayət etmək lazım deyil. Əvvəl xoş dillə, sonra sərt danlamaqla, daha sonra isə təhdid etməklə xəbərdarlıq edin. bu tədbirlər nəticə verməsə, onda gedib lazımi yerlərə şikayət edə bilərsiniz. yə’ni, əmr be mə’ruf və nəhy əz münkər işində mərhələləri gözləmək lazımdır. yersiz heç kəsi danlayıb, təhqir etmək olmaz. Əlbəttdə, işinizdə ifrat və təfritə yol verməməyi yaddan çıxarmamalısınız. bizim əksər problemlərimiz bu iki məsələyə düzgün əməl edə bilməməyimizdən doğur. hərdən bə’ziləri ifrata, başqa bir tərəfdən isə bə’ziləri təfritə varırlar. Əksər hallarda hadisələr başqa işlərin əks-reaksiyasından yaranır. buna görə də hərdən birinin ləngiməyi, digərinin sür’ətli hərəkətinə
 0  25  + 9