Əlinin (ə) imaməti haqqında etibarlı söz(03.04.2020 | 13:24)
2. İmam Əlİ (Əleyhİssalam) ləqəbi: Əmirəl-möminin. künyəsi: Əbül-həsən, Əbül-həsəneyn, Əbüs-sibteyn, Əbür-reyhanəteyn, Əbuturab. atası: Əbutalib (rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in əmisi. (başqa adları: İmran, Əbdi mənaf, İbni Əbdül-müttəlib). anası: fatimə binti Əsəd. doğulduğu gün: 13 rəcəb, cümə günü. doğulduğu yer: allah evi (kəbeyi-mükərrəmə). doğulduğu il: amül-fildən 30 il keçərkən. Şəhadət tarixi: cümə gecəsi, 21 ramazan. Şəhadətə çatdığı il: hicrətdən 40 il keçərkən. Ömrü: 63 il. Şəhadət səbəbi: o həzrət kufə məscidində xəvaricdən olan İbni mülcəmin qılınc zərbəsi ilə şəhid edilmişdir. dəfn olunduğu yer: nəcəfi Əşrəf. Övladlarının sayı: 36 (18 oğlan, 18 qız). oğlanları: 1. həsən müctəba (əleyhissаlam). 2. hüseyn (əleyhissalam). 3. məhəmməd ibn hənəfiyyə. 4. Əbbasül-Əkbər (Əbül-fəzlil-Əbbas). 5. Əbdüllahül-Əkbər. 6. cəfərül-Əkbər. 7. osmanül-Əkbər. 8. mühəmmədül-Əsğər. 9. Əbdüllahül-Əsğər. 10. Əbdüllah (Əbi Əli). 11. ovn. 12. yəhya. 13. məhəmmədül-Övsət. 14. osmanül-Əsğər. 15. Əbbasül-Əsğər. 16. cəfərül-Əsğər. 17. Ömərül-Əkbər. 18. Ömərül-Əsğər. qızları: 1. zeynəbi-kübra 2. zeynəbi-suğra (Ümmü gülsüm). 3. rəmlətül-kübra. 4. Ümmül-həsən. 5. nəfisə. 6. rüqəyyətül-suğra. 7. rəmlətül-Кüбра. 8. rüqəyyətül-kübra. 9. məymunə. 10. zeynəbi-suğra. 11. Ümmü hani. 12. fatimeyi-suğra. 13. Əmamə. 14. xədiceyi-suğra. 15. Ümmü gülsüm. 16. Ümmü sələmə. 17. həmamə. 18. Ümmü kiram. Üzüyündəki yazı: "Əl-mülkü lillahil-vahidil-qəhhar” (mülk və səltənət vahid və qəhhar allaha məxsusdur). ----------------------------------- hz.Əli haqqında imamin ŞӘxsiyyӘti adı: Әli ləqəbi: Әmirəl-mö᾽minin künyəsi: Әbül-həsən doğulduğu tarix: hicrətdən 23 il əvvəl xəlifəliyi: hicrətdən 35 il sonra xəlifəlik müddəti: 5 il Ömrü: 63 Şəhadəti: hicri 40-cı ildə xaricilərdən olan ibni mülcəm (lə᾽) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir. məzarı: iraq, nəcəf şəhəri. tӘvӘllÜdÜ peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü rəcəb ayının 13-də Әbu talibin ailəsində təkcə məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi. bu təvəllüd haqqında məkkə əhalisindən qu᾽nəb adlı birisi belə deyir: abbas ilə oturmuşduq ki, birdən əsəd qızı fatimənin sancı çəkərək kə᾽bəyə tərəf getdiyini gördük. o belə deyirdi: «ey allahım! sənə və peyğəmbərinə inanıram. sənin əmrinlə bu evi tikən peyğəmbərin (ibrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et». elə həmin andaca allah evinin yarılaraq, fatimənin oraya girməsini daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. hamımız qorxudan titrəyirdik. daha sonra ayağa qalxdıq və sür᾽ətlə kə᾽bəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı fatiməyə kömək etmək üçün içəri göndərək. amma nə qədər çalışdıqsa qapını aça bilmədik. bu qəribə xəbər çox sür᾽ətlə məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. məkkə qadınları fatimə ilə görüşü həyəcanla gözləyirdilər. nəhayət dörd gündən sonra fatimə qucağında gözəl bir uşaqla kə᾽bədən bayıra çıxıb dedi: «allah qadınlar arasında məni seçdi, onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi». həzrət fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların «uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə cavab verdi: «allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim: uşağın adını Әli qoy». bəli haqqında danışdığımız həzrət Әli əleyhissalamdır. o, ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. necə ki, həzrətin özü də bu barədə «nəhcül-bəlağə»də belə buyurur: «uşaqlığımda peyğəmbər (s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı». uŞaqliq dÖvrÜ həzrət Әli əleyhissalamın özü bu dövr barədə belə buyurur: «peyğəmbər hər il hira dağına gedər və onu məndən başqa heç kəs görməzdi. islamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə peyğəmbər ilə həyat yoldaşı xədicə müsəlman olmuşdular. mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.» peyğəmbərin qohumlarını islama də᾽vət etmək üçün allah əmri nazil olanda, həzrət Әli əleyhissalam peyğəmbərin (s) yaxın adamlarından qırx nəfəri o həzrətin evinə qonaq çağırmışdı. xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu. Şam yeməyindən sonra peyğəmbər (s) məclisdəkilərə xitab edərək buyurdu: «ey Әbdülmüttəlib övladları! allah mənə sizləri çağıraraq islamı sizlərə tanıtdırmağı əmr edib. hər kəs mənə kömək edib dinimə iman gətirərsə, mənim qardaşım və xəlifəm olacaqdır.» peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Әlidən başqa heç kəs ona cavab vermədi. həzrət peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb həzrətin əlindən tutan və ona iman gətirdiyini e᾽lan edən yeganə şəxs hələ uşaq yaşında olan həzrət Әli əleyhissalam idi. elə bu əsnada peyğəmbərimiz belə buyurdu: «Әli mənim qardaşım və xəlifəmdir. onun sözünə qulaq asın və əmrlərinə itaət edin». gӘnclik dÖvrÜ həzrət Әli əleyhissalam artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. eynilə bir kəpənəyin şamın başına fırlandığı kimi, həzrət Әli əleyhissalam da həzrət peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən islamın və peyğəmbərimizin xeyrinə istifadə edirdi. misal üçün hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt peyğəmbərin ətrafında gəzib onun vücudunu qoruyan və düşməni qorxudan təkcə həzrət Әli əleyhissalam idi. xeybər müharibəsində kafirlərin sərkərdəsi olan, eləcə də hamının gücü və cəsarətindən qorxduğu məhrabı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi. buna oxşar yüzlərlə misal həzrət Әli əleyhissalamın iman və fədakarlığının açıq dəlili tutarlı bir sübutudur. Әli Әleyhissalamin fӘdakarliĞi insan məhz özünü çox sevdiyi və canını başqasına fəda etmədiyi bir halda, həzrət Әli əleyhissalam islamı və peyğəmbəri (s) özündən daha çox sevdiyinə görə canını peyğəmbərin yolunda fəda etməyə həmişə hazır idi. bu hadisə məkkə müşriklərinin özlərinin məğlubiyyət təhlükəsi ilə qarşı-qarşıya gördükdə bu barədə mühüm bir qərar çıxarmaq üçün toplandıqları zaman baş vermişdi. onların hamısı darün-nədvə adlı bir yerdə yığışaraq geniş müzakirədən sonra belə qərara gəldilər. hər qəbilədən bir nəfər seçiləcəkdir ki, onlar gecə vaxtı peyğəmbərin evinə həmlə edərək onu öldürəcəklər. belələliklə bütün qəbilələr onun qanını tökməkdə şərik olduqlarına görə heç kim intiqam almağa təşəbbüs göstərməyəcəkdir. onların bu planını allah öz peyğəmbərinə bildirmiş və ona hələ gecə ikən evindən çıxıb məkkədən hicrət etməsini əmr etmişdi. lakin peyğəmbər (s) bu hədəf üçün canını fəda etməyə hazır olan e᾽tibarlı bir sirdaş axtarırdı. bu fədakarlığı yalnız həzrət Әli əleyhissalam öz öhdəsinə götürə bilərdi. məhz elə buna görə də peyğəmbər (s) əhvalatı həzrət Әli əleyhissalama danışdı. bu fədakar və mö᾽min cavan üzündə təbəssüm sevinərək bu işi bütün varlığı ilə qəbul etdi. gecənin qaranlığı hər yeri bürümüşdü. Әli (ə) peyğəmbərin yatağında arxayın və ürək rahatlığı ilə yatmışdı. həzrət peyğəmbər (s) də artıq evindən çıxıb məkkənin kənarında olan sövr mağarasına getmişdi. qüreyşli qatillər evi mühasirə edib əllərində qılınc və bıçaq həmləyə hazırlaşmışdılar. həmlə əmri verildikdə onların hamısı siyrilmiş qılıncla peyğəmbərin evinə girib yatağına tərəf hücum etdilər. lakin birdən-birə yataqdakının Әli olduğunu gördükdə sarsılmış və narahatlıqla peyğəmbərin evini tərk edib dərhal atlıları o həzrətin dalınca göndərmişlər. lakin çox keçmədi ki, əliboş və ümidlərini itirərək geri qayıtmışlar. Әli (Ә) vӘ allah yolunda mÜharibӘ islam həyat və sülh dinidir. bu müqəddəs din insanların öldürülməsi ilə müxalifdir. bu din günahsız bir insanı öldürən kimsəyə belə ağır cəzalar tətbiq edir. lakin daxili və xarici düşmənlər müsəlmanlara qarşı təcavüzə əl atdıqda, o zaman bu müqəddəs din ağıl və şəriətə əsasən müdafiə etməyi əmr edir. bu isə islam cihadının bir hissəsidir. həzrət peyğəmbərin (s) müdafiə xarakteri daşıyan bütün müharibələrində həzrət Әli əleyhissalam, saf ruhlu bir igid təkin, peyğəmbərlə çiyin-çiyinə islam yolunda var qüvvəsilə döyüşürdü. o, allahdan başqa heç bir şeydən qorxmayan bir mö᾽min bəndə, eləcə də yorulmaz bir mücahid sayılırdı. o, belə deyərdi: «allaha and olsun ki, əgər haqqı bir tərəfdə və bütün xalqı da batil olaraq haqq müqabilindəki digər tərəfdə görsəm, haqq uğrunda tək-tənha qılınc oynadar, onların qabağında inamla duraraq bu yoldan bir an belə geri dönmərəm». Әli Әleyhissalamin ӘdӘbi islam hökumətinin mərkəzi kufə şəhəri idi. elm öyrənməkdən ötrü dünyanın hər tərəfindən bu böyük islam mərkəzinə axışırdılar. bir gün şəhər qırağında iki nəfər bir-biri ilə rastlaşmışdı. bunlardan biri həzrət Әli əleyhissalam o birisi isə onu tanımayan bir xristian idi. xristian kufə şəhərinin ətrafındakı bir məntəqəyə, həzrət Әli əleyhissalam isə kufəyə gedirdi. onlar birlikdə olduqları müddətdə darıxmamaq üçün söhbətə başladılar. yol ayrıcına çatdıqları vaxt xristian xudahafiz deyib yoluna davam etdi. ancaq müsəlman yoldaşının, yolu başqa tərəfə olduğuna baxmayaraq onunla bir gəldiyini görüb heyrətlə soruşdu: məgər siz kufəyə getmirdiniz? həzrət Әli əleyhissalam buyurdu: bəli. xristian: bəs onda nəyə görə bu tərəfə gəlirsiniz? – deyə soruşduqda həzrət Әli əleyhissalam cavab olaraq buyurdu: «bir az səninlə birgə yerimək istəyirəm. Çünki peyğəmbərimiz belə buyurub: «iki nəfər yol yoldaşı olduqda bir-birlərinə haqq sahibi olurlar». indi sənin mənim boynumda haqqın var ki, mən də bu haqqı ödəmək üçün səninlə bir az gələcəyəm. beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm». həzrət Әli əleyhissalamın bu insani rəftar və davranışı xristianın xoşuna gəlib öz-özünə dedi: «islam əgər belə bir mədəni dindirsə, tərəfdarları bu qədər ali insanlardırsa, mən də gərək müsəlmanlığı qəbul edəm». yoldaşının islam rəhbəri həzrət Әli əleyhissalam olduğunu bildikdə daha da heyrətlənən xristian dərhal Әli əleyhissalamın hüzurunda müsəlmanlığı qəbul edib islama iman gətirdi. hӘzrӘt Әlinin ÖzÜnÜ ӘlӘ almasi insan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. lakin qəzəb, hirs və əsəbləşdikdə insanın haqqı görməsi və allahı xatırlaması olduqca çətin və ağırdır. buna görə də cinayətlərin çoxu adətən insanın normal vəziyyətdən çıxdığı vaxt baş verir. amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş həzrət Әli əleyhissalam kimi ülvi bir insanın rəftar və davranışı da digər insanlardan fərqlidir. hər hansı bir vəziyyətdə olursa olsun yalnız allahın razılığını nəzərdə tutur, allaha görə olmayan işlərdən çəkinirdi. istər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə onun üçün heç bir fərqi yox idi. məsələnin daha da aydınlaşmasından ötrü o həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək: bütün mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq, düşmənin yolunu bağlamaq üçün, su ilə doldurduğu xəndək müharibəsində məşhur ərəb cəngavəri Әmr ibni Әbdüvəd düşmən əsgərləri arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. müsəlmanlar arasında onunla döyüşə girməyə heç kəs cəsarət etmirdi. elə bu vaxt həzrət Әli əleyhissalam mətn addımlarla irəli addımlayıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu: «ey Әmr! başından yekə danışma! səninlə döyüşmək istəyən qarşındadır!» Әmr həzrət Әli əleyhissalama baxıb lovğa-lovğa dedi: geri qayıt! səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam. Әli (ə) ona belə cavab verdi:«allaha and olsun ki, mən isə səni öldrümək istəyirəm». bu sözdən hirslənib atından düşən Әmr qılıncını siyirərək həzrət Әli əleyhissalama həmlə etdi. lakin qılınc şiddətlə Әlinin qalxanı ilə toqquşduqda həmləsi boşa çıxdı. daha sonra həzrət Әli əleyhissalam onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. bu zaman Әmr həzrət Әli əleyhissalamın mübarək üzünə tüpürdü. həzrət Әli əleyhissalam birdən Әmrin sinəsi üstündən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Әmrə tərəf getdi. Әmr soruşdu: o cür zərbədən sonra məni buraxmağının mə᾽nası nədir?» həzrət Әli əleyhissalam buyurdu: «ey Әmr! mən allah üçün qılınc çəkirəm, öz nəfsim üçün yox. səni yerə yıxıb sinən üstündə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Әgər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Çünki artıq əsəbləşmişdim. buna görə də sənin üstündən qalxdım və bir az yeriyib hirsimi yatırtdım». həzrət Әli əleyhissalamın şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhlivanı Әmrə çox böyük tə᾽sir etmişdi. hamı istər dost, istərsə də düşmən, həzrət Әliyə diqqət yetirirdi. dostların dilindən təkbir səsləri ucalarkən, düşmənin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırlamışdı. həzrət peyğəmbər (s) Әli əleyhissalamın bu səciyyəvi qələbəsi haqqında belə buyurmuşdu: «Әlinin xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür». hӘzrӘt Әlinin mehribanliĞi həzrət Әli əleyhissalamın müharibə meydanında göstərdiyi qəhrəmanlıq və igidliyini müşahidə etdik, lakin qəhrəman və qorxmaz bir insanın əgər mərhəmət və mehribanlığı olmazsa, o qəhrəmanlığın heç bir dəyəri yoxdur. o, müharibə meydanında yeridikdə yaralıların, acların və susuzların halını gözləyirdi. quduz düşmənləri öldürər ac yaxud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüz gəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi. düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki o, belə rəftar və davranışın imana zidd olmasını bilirdi. məhz elə buna görə də siffeyn müharibəsində suyu müaviyə ordusunun əlindən almağa müvəffəq olduğu halda, əsgərlərinə əmr etdi ki, onu bağlamasınlar. eləcə də düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar. bu zaman həzrət Әli əleyhissalamın ordusunda olanlar e᾽tiraz edib dedilər: düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdilər. Әgər eyni işi biz də görsək, biz də mütləq müvəffəq olar, bu müharibədə qələbə çalarıq. gərək bu fürsətdən istifadə edək. Әli (ə) onların cavabında belə buyurdu: «xeyr, biz düşmələ kişi kimi döyüşəcəyik. biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Әgər onların gördüyü işi biz də görməli olsaq o zaman onlarla aramızda olan fərq nədir? bilin ki, bütün işlər allah üçündür və biz də onun əmrinə zidd rəftar etməməliyik.» Әli Әleyhissalamin rӘhbӘrlik dÖvrÜndӘki davraniŞlari 1. xalq ilə birgə bütün çətinliklərə baxmayaraq Әli (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış olurdu. heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik etməzdi. hətta onların maaşlarını da beytul-maldan verərdi. dostlarına isə dostluqlarına görə, güzəştə getməzdi. Әtrafındakılara isə həmişə xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. qur᾽ana zidd olan işləri əsla bağışlamazdı. misal üçün sudə adlı bir qadın haqqını almaq üçün onun yanına gəldikdə, həzrət namaz qılırdı. Әli (ə) namazını tez qurtarıb təbəssümlə ondan soruşdu: «nə istəyin var?» gözü yaşlı sudə vergi mə᾽murundan və onun etdiyi zülmlərdən o həzrətə şikayət etdi. həzrət Әli əleyhissalam elə həmin yerdə ağlayaraq buyurdu: «allahım! sən şahidsən ki, mən onlara sənin bəndələrinə zülm etməmələrini əmr etmişəm». sonra bir dəri parçası götürüb mə᾽murunu mə᾽murluq vəzifəsindən azad etdiyini yazıb məktubu sudəyə verdi ki, aparıb həmin mə᾽mura çatdırsın. daha sonra Әli (ə) belə buyurdu: «allaha and olsun, əgər əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi bacarmasam, bu vəzifə mənim üçün köhnə ayaqqabıdan da dəyərsiz olacaq. rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. bu məqam ona görədir ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edəm.» 2. ayrı-seçkiliyin aradan qaldırılması xalq həzrət Әli əleyhissalama bey᾽ət edikdə o həzrət minbərə çıxıb buyurmuşdu: «allaha and olsun, o zamana qədər ki, mədinədə tək bir xurma ağacım var, özümə beytül-maldan bir şey götürməyəcəyəm». qardaşı Әqil ayağa qalxıb dedi: «məni mədinədə yaşayan zənci ilə bir tutursan?» Әli (ə) belə buyurdu: «otur qardaşım, sənin o zənci ilə müqayisədə iman və təqvandan başqa heç bir üstünlüyün yoxdur». daha sonra Әli (ə) e᾽lan etdi ki, hökumətində ayrı-seçkiliyə yol verməyəcəkdir. yenə bir yay axşamı qardaşı Әqil, qardaşını
 0  37  + 10