ƏHLİ-BEYT (Ә)-IN SİYASİ FӘALİYYӘTLӘRİ(03.04.2020 | 13:12)
Әhli-beyt (ə)-ın məqamları və onların cəmiyyətə lazım olan ictimai-siyasi məsələlərdə fəaliyyət göstərməkləri müsəlmanlara az-çox mə᾽lum idi. buna görə də Әhli-beyt (ə) islamın siyasi tarixində müntəzəm olaraq fəaliyyət göstərmiş və çox mühüm rol və tə᾽sirə malik olmuşlar. Әhli-beyt (ə) həmişə peyğəmbəri-əkrəmdən (s) sonra meydana gələn xurafatlara qarşı islam hökmlərini icra etmək və ədalətin hakim olması üçün aparılan mübarizələrin ön cərgəsində olmuşlar. İslamın siyasi tarixini tədqiq edənlərin nəzərində aşkardır ki, peyğəmbərin (s) vəfatından qısa bir müddət sonra xilafət və islam ümmətinin idarəsi məxsus sülalələrin əlində olan səltənətlərə çevrildi. bu səltənətlərdə islam hökmlərinin icrası dondurulub bir kənara qoyuldu və xilafət məqamı mal toplamaq və mənsəb əldə etmək vasitəsinə döndərildi. bununla da xalqa hər cür zülm və haqsızlıq rəva görüldü. İslam dininin bir oyuncağa çevrilməsi səbəb oldu ki, çox qiyamlar vücuda gələ və nahaq yerə qanlar tökülə və təfriqə, fitnə çoxala. hətta, düşmənlər bu fürsətdən istifadə edərək, qeyri həqiqi fikirlər yaymaqla islamı bünövrədən yox etmək istəyirdilər. məsələn, dindəki haramları halal e᾽lan edən, mal və qanuni nikahı inkar edən və vacibatı saya salmayan «qəramətə», «məzdəkiyə» və «xürrəmdiniyə» kimi inamlar yarandı. bə᾽ziləri də tamamilə hərc-mərcliyə və qan tökməyə də᾽vət edirdilər və özlərindən başqa hamını kafir bilirdilər. bunlar tarixdə «xəvaric» adı ilə məşhurdurlar. bu zülmlərin və ilahi hökmlərin mahiyyətinin dəyişdirilməsinin müqabilində ümmətin rastlaşdığı dəyişiklik və fikri iztirab, çalışmalar və müharibələrin qarşısında islamın doğru yolunu, haqq məktəbini bütün şəraitlərdə açıq bir şəkildə işıqlandıran və saleh müsəlmanların rəhbərliyini öhdələrinə alan yalnız Әhli-beyt (ə) olmuşdur. bu bəhsimizdə müxtəsər bir şəkildə Әhli-beyt (ə)-ın siyasi sahədə tə᾽qib etdikləri hədəf və üslublardan söz açmağa çalışacağıq.
 0  19  + 6