Dunyaya ikili munasibet(03.04.2020 | 13:11)
axiret nemetlerine qovuşmaq isteyenler ucun dunya heyatindan başqa vasite yoxdur. hezret peyğember (s) buyurur: her kes la ilahe illellah dese, behiştde onun ucun bir ağac ekiler. İnsani behişte aparacaq savablar bu dunyada qazanilir. bu dunyada xeyir iş gormeyen insan hec vechle behişte nail ola bilmez. behişti almaq ucun sermayeni yalniz bu dunyada qazanmaq olar. İnsanin dunyadan başqa ekin yeri yoxdur. beli, dunya axireti qazanmaq vasitesidir. her birimiz axiret azuqesini mehz dunyada yiğmaliyiq. sehvimiz ondadir ki, bezen ele bu dunya ucun yarandiğimizi zenn edirik. sehv dunyani meqsed bilmekdir. dunyani meqsed bilmek odur ki, meselen, insan maşininin şuşesine bir leke duşen kimi qacaraq onu temizlesin. bele insan unudub ki, maşini ne ucun alib. maşin bizi meqsede catdirmaq ucun bir vasitedir. maşina bu sayaq qulluq eden kes maşinin xidmetinden istifade etmek evezine ozu ona xidmetci olub. dunya beledir. İnsan dunyadan istifade edib oz ilahi meqsedine catmalidir. elbette ki, butun diqqetini dunya lezzetlerine yonelden insan axireti unudacaqdir. bele dunya heqiqete catmaq yolunda komek yox, maneedir. hezret eli (e) buyurur: dunya qelbi kor olan ucun son noqtedir. bele insan dunyadan uzaği gormez. goren insanin baxişi ise dunyani adlayir ve bu insan bilir ki, dunyadan sonra heqiqi bir alem var. demek, goren kes ondan nezerini cekir, qelbi kor olan kes ise aldanir. goren kes ondan azuqe goturur, qelbi kor olan kes onun ucun azuqe yiğir. belece, mezemmet olunan dunya yox, dunyaya yanliş baxişdir. dunya allahin mexluqudur ve en gozel şekilde yaradilmişdir. secde suresinin 7-ci ayesinde oxuyuruq: o, yaratdiği her şeyi gozel yaratmişdir. dunya pis deyil. onu pis eden ona qarşi olan yanliş munasibetdir. qurani-kerim ve nehcul-belağede dunya ona gore mezemmet olunur ki, o, aldadici ve muveqqeti olduğu halda insanlar ona aldanirlar. İlahi kelamlar dunyani mezemmet etmekle insanlari qefletden oyatmaq isteyir. gorduyune meyl salan insan allahin ve onun ovliyalarinin buyurdularindan netice cixarmali, oz meneviyyatini guclendirmelidir. dunyani mezemet eden sozlerden insanlarin sehv netice cixarmamasi ucun allah-teala buyurur: de ki, allahin oz bendeleri ucun yaratdiği zineti ve temiz ruzileri kim haram etmişdir? bunlar dunyada iman getirenler ucundur.; ey iman getirenler, size verdiyimiz ruzilerin temizinden yeyin. İnsan dunya lezzetlerine meyl etdiyi ucun onu dunyaya qarşi teşviq eden ayeler cekindiren ayelerden azdir.
 0  12  + 4