Cümə gününün duası(03.04.2020 | 12:59)
cümənin duası günün zikri: allahummӘ sӘllİ Әla muhӘmmӘdİn vӘ alİ muhӘmmӘd vӘ Әccİl fӘrӘcӘhum! (100 dӘfӘ) günün duası: rəhman və rəhim allahın adı ilә. hәmd olsun hәr şeyi inşa edib, yaratmazdan qabaq mövcud olan, hәr şeyin fani olacağından sonra qalan vә hәr şeyi bilәn allaha; o allaha ki, onu yad edәnlәri unutmaz, ona şükr edәnlәri naqis etmәz, onu çağıranları mә'yus etmәz vә ona ümid bağlayanların ümidini kәsmәz! pәrvәrdigara! mәn sәni şahid gətirirəm vә sәn şahidlik baxımından hәr şeyә kifayәt edənsәn. habelә, sәnin bütün mәlәklәrini, asimanlarının sakinlәrini, әrşini hәml edәnlәri, göndәrdiyin peyğəmbərlәri, rәsulları vә yaratdığın növbənöv mәxluqları şahid gətirirəm. hәqiqәtәn, mәn şәhadәt verirәm ki, sәndәn başqa pәrәstişә layiq olan heç bir mә'bud yoxdur. sən tәksәn, şәrikin vә tayın-bərabərin yoxdur, Öz sözünә vәfasız çıxmaz vә sözünü dәyişdirmәzsәn. (Şәhadәt verirәm ki,) məhәmmәd - sәnin salamın ona vә onun Əhli-beytinә olsun - sәnin bәndәn vә elçindir. onun öhdәsinә qoyduğun ilahi risalәti layiqincә bәndәlәrinә yetirdi. allah yolunda layiqcәsinә cihad etdәrәk, haqq olan savaba müjdә verib, sadiq olan cәzalardan çәkindirdi. pәrvәrdigara! diri olduğum müddәtdә mәni öz dinindә sabit qәdәm et vә qәlbimi, hidayәt etdikdәn sonra azğınlığa salma, öz yanından mәnә rәhmәt әta et ki, hәqiqәtәn sәn, çox bәxşiş edәnsәn! İlahi! məhәmmәd vә onun Əhli-beytinә salavat göndәr, mәni onun hәqiqi ardıcıllarından qәrar ver! mәni onun dәstәsindә mәhşәrә gәtir vә cümә gününün vacib olan әmәllәrini, ibadәt vә itaәtlәrini yerinә yetirmәkdә müvәffәq et! cümә gününün әhlinә qiyamәt günündә verәcәyin әtadan (mәni mәhrum etmә ki,) hәqiqәtәn sәn izzәtli (vә) hikmәtlisәn!
 0  24  + 10