Cəfəri Təyyar namazı(03.04.2020 | 13:40)
cəfəri-təyyar namazı iki təşəhhüd və salam ilə dörd rəkətdən ibarətdir (yəni iki dəfə sübh namazı kimi iki rəkət qılmaq lazımdır). birinci rəkətdə "həmd"dən sonra "zilzal" surəsi, ikinci rəkətdə "həmd"dən sonra "əl-adiyat" surəsi, üçüncü rəkətdə "nəsr" surəsi, dördüncü rəkətdə isə "İxlas" surəsi oxunur. lakin hər rəkətdə qiraətdən sonra 15 dəfə "təsbihati-ərbəə"ni, yəni (subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər) zikri oxunmalıdır. həmin zikr rükuda 10 dəfə, rükudan qalxdıqdan sonra 10 dəfə, birinci səcdədə 10 dəfə, səcdədən qalxdıqdan sonra 10 dəfə, ikinci səcdədə 10 dəfə, səcdədən qalxdıqdan sonra və ayağa qalxmamışdan öncə 10 dəfə oxunmalıdır. dörd rəkətin dördünü də bu qayda ilə qılmaq lazımdır və bu zikrlərin sayı birlikdə 300 dəfə olur. sonra həzrət buyurdu: "ey müfəzzəl! nə zaman zəruri bir hacətin olsa, cəfər namazını qıl, bu duanı oxu və (sonra) allahdan öz hacətlərini istə. İnşəallah müstəcab olar.
 0  15  + 5