Bu gün Məhərrəm ayının ikisidir - Bu gündə baş verən tarixi hadisələr(03.04.2020 | 13:10)
hicri-qəməri tarixinin 61-ci ilində məhərrəm ayının ilk günündə İmam hüseyn (ə) kufənin ətrafına çatmışdı. İmam bu zaman aşura qiyamının ilk şəhidi olan əmisi oğlu və səfiri muslim ibni Əqilin şəhid olması xəbərini almışdi. buna görə məhərrəmin ilk günündə muslim ibni Əqilin şəninə sinəzənlər deyilir və əzadarlıq saxlanılır. dinimiz.az xəbər verir ki, tarixi faktlara əsasən İmam hüseyn (ə) və onun karvanı məhərrəm ayının ikisində kərbəlaya daxil oldu. İmam, bu hansı yerdir soruşduqda, ona bura kərbəladır dedilər. bu zaman İmam buyurdu: “İlahi sənə sığınıram kərb (qəm-qüssə) və bəladan” Əslində İmam hüseynin istiqaməti kufəyə idi. lakin yezidin İraqdakı valisi ubeydullah ibni ziyadın əmrindən sonra hürr ibni yəzid riyahi ordusu ilə İmamın qarşısını aldı və onu istiqamətini səhraya doğru dəyişməyə məcbur etdi. nəticədə aşura karvanı suyu olmayan quru bir səhraya kərbəlaya gəlib çıxdı. bu İmamın son otraq etdiyi yer oldu. tarixi faktlara görə, İmam huseyn kərbəlaya çatanda nələrin baş verəcəyini təxmin etmişdi. İmam kərbəla çölundə 36 kvadrat kilometr torpaq sahəsini 60 000 dirhəm pula neynəva və Ğaziriyyə camaatından özünün və şəhidlərin cəsədlərinin dəfni üçün satın aldı. İmam onlarla şərt kəsir ki, ziyarətə gələn camaata bələdçilik etsinlər və ziyarətçilərə 3 gün qonaq kimi qulluq etsinlər. bəzi tarixi araşdırmaçılar bu günün həzrət zeynəbə məxsus olduğunu yazıblar. buna görə məhərrəmin ikinci günündə daha çox həzrət zeynəbin şəninə mərsiyələr və rövzələr oxunur.
 0  42  + 12