Ayət namazı(03.04.2020 | 13:40)
təbiətdə baş verən qeyri-adi hadisələr bə’zən insanın qorxmasına səbəb olur. bə’zən də bu hadisələr cahillərin düşüncəsində şirkamiz və xürafi təsəvvürlər oyada bilər. düşüncələrin həqiqi amillərə yönəldilməsi, zehnlərin azmasının qarşısının alınması bir vəzifə olaraq haqq dinlərin öhdəsinə düşür. İslamda belə hadisələrə görə xüsusi namaz qılmaq vacibdir. bu halda xalq varlığı yaradan allahı düşünür və bu hadisələrin allahın qüdrətindən asılı olduğunu anlayır. bu namazın adı "ayət” namazıdır. Çünki uyğun namaz allahın nişanələri və ayələri olan hadisələr baş verdikdə qılınır. risalədə oxuyuruq: ayət namazı dörd halda vacib olur: 1. günəş tutulması (küsuf); 2. ay tutulması (xüsuf); 3. zəlzələ; 4. xalqı qorxuya salan ildırım, qara və qırmızı küləklər. (bu barədə bə’zi nöqtələrə işarə olunacaq) ayət namazının qaydası. ayət namazı iki rəkətdir və hər rəkətində beş rüku və iki səcdə vardır. ayət namazını bir neçə qaydada qılmaq olar: i. niyyət edib təkbirətul-ehramı dedikdən sonra həmd və surə oxunur və rüku yerinə yetirilir. daha sonra rükudan qalxıb yenidən həmd və surə oxunulur və rüku yerinə yetirilir. bu qaydada beş rüku yerinə yetirilir və səcdələri yerinə yetirdikdən sonra birinci rəkət tamamlanır. İkinci rəkət də eynilə bu qaydada qılınır. namazın sonunda təşəhhüd və salamlar oxunur. ii. niyyət edib təkbirətul-ehramı dedikdən sonra həmd və müəyyən bir surənin bir ayəsi və ya ayənin bir hissəsi oxunulur, sonra rüku yerinə yetirilir. sonra rükudan qalxıb surənin növbəti ayəsi və ya ardı oxunulur və rüku yerinə yetirilir. bu qayda ilə beş rüku yerinə yetirilir. belə ki, sonuncu rükudan qabaq oxunan surə tamamlanmalıdır. sonra səcdələr yerinə yetirilir. İkinci rəkət də eynilə bu qaydada qılınır və namazın sonunda təşəhhüd və salamlar oxunur. Əgər hər rükudan əvvəl surənin bir ayəsi oxunsa, həmd surəsi rəkətin əvvəlində bir dəfədən artıq oxunmamalıdır.
 0  22  + 9