Aşura qiyamının şəraiti (2)(03.04.2020 | 13:12)
1. Əli əleyhissəlamın ilahi hökmlərin icrasındakı diqqəti; 2. Əli əleyhissəlamın nümunəvi İslam dövlətinin qurulmasında hədəfi. bismillahir-rəhmanir-rəhim Əvvəlki bəhsimizdə müsəlmanların dinə e᾿tiqadlı olması, namaz qılıb-oruc tutması, cihad etməsinə baxmayaraq, birdən-birə hüseyn ibn Əlini (ə) faciəli surətdə şəhid etmələrinin səbəbləri barədə söhbət etdik. bu məsələnin daha da aydınlaşması üçün bir daha geri qayıdıb, İslam tarixinin ilk illərini səhifələməliyik. bu məqsədlə keçən bəhsimizdə İslam ölkəsinin Əli əleyhissəlamın şəhadətindən sonra, müaviyə zamanından başlamış, yezidə qədər olan dövri vəziyyətinə qısa da olsa, işarə etmişdik. söylədiklərimizin xülasəsi bu oldu ki, müaviyə öz əsrinin tanınmış şəxsiyyətləri arasında fövqəladə, şeytani siyasətdə xüsusi iste᾿dada malik olan bir sima idi. belə ki, ona “ərəbin dahisi” ləqəbi verilmişdi. hətta siyasətdəki məharət və bacarığı o həddə dillər əzbəri olmuşdu ki, belə deyirdilər: “müaviyədə olan siyasət Əli əleyhissəlamda yoxdur. Əgər olsaydı, müaviyəyə qalib gələrdi! hökumət də müaviyənin əlinə keçməzdi”. bəlkə də Əli əleyhissəlamın aşağıdakı sözləri deməsi bununla əlaqədardır: “allaha and olsun ki, müaviyə siyasətdə, tədbirdə, fərasətdə məndən üstün deyildir. mənim yolumu kəsən təqvadır. buna görə də istədiyim işləri görə bilmirəm”. İlahi hökmlərin icrasında Əli əleyhissəlamın diqqəti burada söhbətdən yayınaraq bir məsələni də xatırlatmaq istərdim. mümkündür, belə bir şübhə yaransın ki, əgər Əli (ə) müaviyə və digər nüfuzlu adamlarla saziş etsəydi, bəlkə də iş bu yerə gəlib çıxmazdı. bu günlər ümumi olaraq vilayət məqamını, xüsusən də peyğəmbər (s) və imamların mə᾿sumluqlarına şübhə yaradaraq, gələcək nəsillərin onların ismətinə olan imanını şübhə altına almaq istəyirlər. bu səbəbdən də belə deyirlər: “bəlkə də daha yaxşı yollar var idi, amma mümkündür böyüklərimiz bə᾿zi məsələlərdə səhvə yol veriblər”. bu “bəlkə” sözü də şübhə əlaməti olub, təfriqə yaratmaqda ən çox istifadə edilən sözlərdəndir. (Əlbəttə, şübhəni belə bir şəkildə təsvir etməyimi üzürlü sayın). məsələn, deyirlər: “o zaman xalq Əli əleyhissəlama misli görünməmiş bir şəkildə bey᾿ət etdi. hücum çəkib Əli əleyhissəlamı məscidə gətirdilər ki, mütləq xəlifə olmalısan”. Əli (ə) özü bu barədə belə buyurur: “az qalmışdı həsən və hüseyn izdihamın içərisində həlak olsun.” xalqın arasında o zamanın çox nüfuzlu şəxsiyyətləri var idi. təlhə və zübeyr heç də adi şəxsiyyət deyildilər. bildiyimiz kimi, ikinci xəlifə vəfat etməzdən əvvəl altı nəfərdən ibarət şura tə᾿yin edərək, onlara aralarında məsləhətləşib bir nəfəri özlərinə xəlifə tə᾿yin etmələrini vəsiyyət etmişdi. təlhə və zübeyr də həmin altı nəfərdən idilər və xəlifəliyə namizəd sayılırdılar. Əli əleyhissəlama ilk bey᾿ət edən şəxslər də onlar oldu. bə᾿ziləri şübhə yaratmaq üçün belə deyirdilər: “Əli (ə) yaxşı olardı ki, həmin nüfuzlu şəxsləri də᾿vət edib ürəklərini ələ alardı. onlara hədiyyə verər, görüş vaxtı istəyəndə həmin an qəbul edərdi. bey᾿ət etdiklərinə görə onları öz başına toplayıb deyərdi ki, əziz qardaşlarım, çox xoş gəlmisiniz, səfa gətirmisiniz! məni bu yerə çatdıran sizlər olmusunuz, siz olmasaydınız mən xəlifə ola bilməzdim. sizə çox-çox təşəkkür edirəm! bir az şirin söz deməyin nə eybi var idi ki?" Əli (ə) ki, bunların ürəklərindən keçəni bilirdi. demirəm imamət elminə əsasən gələcəyi bilirdi, ən azı bu adamları uşaqlıqdan tanıdığına görə, xasiyyətlərinə, istəklərinə bələd idi. bilirdi ki, bunları razı salmasa, cəməl müharibəsini törədəcəklər. Ən azı bu məsələni ehtimal verə bilərdi ki, bu qədər pul xərclənib, qan axıdılıb, müsəlmanların öldürülməsi əvəzinə, onlara bir az beytul-maldan pul verib, mənafelərini tə᾿min etməklə ölkənin daha da inkişaf etməsini tə`min edə bilərdi. yaxşı olardı müharibəyə xərclənən pulları ölkənin iqtisadi inkişafına yönəldib, müsəlmanları işə cəlb edər, onlara da - gəlin əl-ələ verib, birgə dolanaq - deyərdi. hansı şəhəri istəyirsinizsə, götürün idarə edin. kufə, Şam, misir və bəsrə vilayətini istəyirsinizsə qurbandır sizə, mənim heç bir e᾿tirazım yoxdur. gərək, onlarla belə söhbət edəydi. sonra da beytul-malın bir miqdarını onların ixtiyarında qoyardı. beytul-maldan bir az sui-istifadə etmək yaxşıdır, yoxsa beytul-malın yarısını müharibəyə xərcləyib qan axıtmaq?”. belə bir sazişçi təfəkkür o zamanın camaatı arasında geniş yayılmışdı və onlar Əli əleyhissəlama irad tutaraq deyirdilər: “Əli əleyhissəlamın siyasəti yoxdur və ya müaviyə ondan daha siyasətçidir”. bu cür sözlər o həzrəti narahat edirdi; hətta bə`zən yaxın dostlar belə, onunla razılaşmaq istəmirdi. müaviyəni yaxşı tanıyır, hansı xislət sahibi olduğunu çox yaxşı bilirdi. bütün beytul-malı mənimsəyib, səxavətlə yaxın adamlarına dağıtdığından xəbərdar idi. bəs görəsən nəyə görə Əli (ə) həmin “üzə gülmək”, “yaltaqlanmaq” siyasətindən istifadə etmədi? niyə bu qədər ciddi rəftar edirdi? o həzrət buyururdu: “müaviyəyə bir gün də olsa belə, hökumətdə qalmağa icazə verməyəcəyəm. nə qədər ki, mən xəlifəyəm, heç kim özbaşınalıq edə bilməz.” bu suala aydınlıq gətirmək üçün sizə bir əhvalat nəql etmək istərdim. bir gün təlhə və zübeyr Əli əleyhissəlamın yanına qonaq gəlirlər. Əli (ə) onları qəbul edir, sonra mizin üstündə yanan çırağı söndürüb, başqa bir şam yandırır. onlar bir çırağı söndürüb, digər çırağı yandırmağın səbəbini soruşduqda, Əli (ə) belə buyurdu: “birinci yanan çıraq ümumi büdcədəndir, beytül-malındır; siz gələnə qədər mən dövlət büdcəsinin hesab işləri ilə məşğul idim, ona görə də dövlətin öz hesabından olan çıraqdan istifadə edirdim. amma indi ki, siz gəlmisiniz, mənim qonağımsınız və mənimlə şəxsi söhbətiniz var, dövlət çırağından istifadə etməyə haqqım yoxdur.” təlhə və zübeyr bu cavabı eşitdikdə, bir-birinin üzünə baxıb duruxdular. bir söz demədən, xudafizləşib getdilər. yol boyu bir-birinə deyirlər: “bizim kimi böyük şəxsiyyətlər gəlmişik ki, Əli ilə yüz mindən, yüz milyonlardan danışaq, İslam ölkəsinin müqəddəratından bəhs edək, dövləti, hökuməti bölüşdürək; bu rəhmətliyin oğlu isə, dövlətin üç qəpiklik çırağını da bir-iki dəqiqəliyə bizim üçün yanmağa qoymadı”. bu iki şəxs qabaqkı xəlifələrin zamanında beytül-maldan sui-istifadə etmiş, çoxlu sərvət, mal-dövlət toplaya bilmişdilər. deyilənlərə görə çoxlu mülkləri, qulamları, kənizləri var idi. lakin indi Əli əleyhissəlamın ciddi nəzarəti ilə üzləşmişdilər. sizcə bütün bu sualların cavabı nədir? Əgər desək ki, Əli (ə) mə᾿sum idi, gördüyü bütün işləri allahın göstərişi ilə edirdi; bununla məsələ bitmiş hesab olunardı. lakin bə᾿zilərinin bununla qane olmayıb, daha aydın cavab tələb etmələri də mümkündür. mənim başa düşdüyüm cavab budur ki, Əli (ə) da onlar kimi siyasət yürütsəydi, o zaman biz Əli əleyhissəlamı necə tanıyacaqdıq? bizə desəydilər ki, bir gün təlhə və zübeyr Əli əleyhissəlamın yanına gedib ölkənin idarə edilməsi barədə söhbət edərək belə qərara gəlirlər ki, İraq valiliyini birinə versinlər, misiri də digərinə. o zaman Əli (ə) ilə təlhə, zübeyr, müaviyə və Əmr as arasında nə fərq olacaqdı? İlk növbədə birinci xəlifə müaviyəni Şama vali tə᾿yin etmişdi. onun ardınca digər iki xəlifə də bu qərarı təsdiq etdilər. İndi də Əli (ə) ürəyi istəsəydi, təlhə və zübeyri vali olaraq bəsrəyə, kufəyə göndərərdi. belə olan təqdirdə milyonlarla müsəlman və qeyri-müsəlmanın qəlbində yer tutmuş Əli əleyhissəlamın digərləri ilə nə fərqi olacaqdı? neçə əsrlərdir ki, alimlərimiz bizə Əli əleyhissəlamın şəxsiyyəti, fəziləti, digər insanlarda olmayan və ya az tapılan xüsusiyyətlərindən danışırlar. tarix Əli əleyhissəlamı məhz belə bir üstün fəzilətlərə malik bir şəxsiyyət kimi tanıtdırmışdır. Əli (ə)-ın nə vaxtsa bir neçə nəfərlə oturub hökumət bölüşdürdüyünü eşidənlərdə sizcə hansı təəssürat yarana bilərdi? belə bir təqdirdə ya o həzrəti özündən əvvəlki xəlifələr, təlhələr, zübeyrlər, müaviyələrlə bir tutacaq, ya da ən yaxşı halda aralarında cüz`i fərqin olduğunu deyəcəkdilər. Əli (ə) müaviyə ilə müqayisə olunduğuna görə nalə çəkirdi. o zamanlar peyğəmbərin (s) bə᾿zi səhabələri, hətta Əli (ə) ilə çiyin-çiyinə vuruşmuş bə᾿zi şəxslər belə deyirdilər: “hər halda müaviyənin də özünə görə müsbət xüsusiyyətləri vardır. səxavətlidir, tədbirlidir, o boyda İslam ölkəsini idarə edir”. bu adamlar Əli əleyhissəlamdan inciyəndə müaviyənin yanına gedirdilər. hətta Əli əleyhissəlamın yaxın adamları belə, o həzrətdən bir şey istəyib, ala bilmədikdə küsür, müaviyəyə üz tuturdular. Əgər Əli (ə) da hökuməti müaviyə kimi idarə etsəydi, onun digər imperatorlarla nə fərqi olardı? Öz mənafeyi üçün siyasətin hər üzünə müraciət etsəydi, Əli əleyhissəlamın müasir hökumətlərlə nə fərqi olacaqdı? bizim bu günlər İslam həqiqətini tanıyaraq, insanlıq məktəbinə sahib olmağımız, tarix boyu Əli əleyhissəlamın həqiqətə, ədalətə sadiq qalması sayəsindədir. Əli (ə) müaviyəni məğlub edə bilməsə də, bizlərə insanlıq və şərəf yolunu bəxş etdi. bizə insani dəyər, milli mənafe, vətən, xalqın talehi və bu kimi digər taleh yüklü məsələlrlə alver etməyin mümkünsüzlüyünü aşıladı. İslam yolunda bə᾿zi xırda mənafeləri böyük amallara qurban vermək olar. amma müqəddərati məsələlər bu mənafelərə daxil deyildir. Əli (ə) zərrə qədər də olsa, onlara xətər yetirməmişdi. Əgər Əli (ə) belə rəftar etməsəydi, bizlər haradan biləcəydik ki, İslamın də özünəməxsus hökumət proqramı vardır? və qərb demokratiyasının İslam ölkəsində hakimiyyətinə icazə vermir? haradan biləcəkdik ki, İslam yalnız ilahi qanunların icra olunmasına yol verir? o dövrün insanları Əli əleyhissəlama bey᾿ət edərkən belə deyirdilər: “sən də əvvəlki xəlifələrin yolu ilə get, məgər onlar müsəlman deyildilər? məgər onlar peyğəmbərin yaxın qohumları deyildi? məgər müsəlmanlar onlara bey᾿ət etməmişdilər?”. həzrət Əli (ə) buyurur: “mən siz dediyiniz şərtləri qəbul etmirəm. Əgər mənə bey᾿ət etmək istəyirsinizsə, gərək allahın kitabına, peyğəmbərin (s) əməllərinə uyğun şəkildə hökumət edəcəyimə bey᾿ət edəsiniz. allahın hökmü olan yerdə, başqalarının nəzəri ilə işim yoxdur. hətta siz müxalifət etsəniz belə, mən hökuməti allah-taalanın buyurduğu şəkildə idarə edəcəyəm”. bu cür siyasət demokratik üsullarla uzlaşmır. Əli əleyhissəlamın bu cür rəftarı olmasaydı, bu gün biz - İslamın da özünə görə dövlət sistemi var - deyə bilməzdik. Əgər belə olmasaydı, İslam dini müxtəlif nəzər və fikirlərin çarpazlaşdığı bir din olardı. birinci xəlifənin öz nəzəri, Əli əleyhissəlamın da öz nəzəri olardı. belə bir vəziyyətdə necə iddia edə bilərdik ki, Əli əleyhissəlamın nəzəri düz, digərlərinin nəzəri isə batildir? belə olan surətdə hansı əsasla deyə bilərdik ki, ixtiyarımızda mə᾿sum şəxsin İslamla tam uyğun olan nəzəri vardır? Əvvəlki xəlifələr müaviyəni, onların planlarına mane olmamaq və eləcə də öz rahatlıqları xatirinə Şama göndərmişdilər. Əli əleyhissəlama irad tutanlar deyirdilər: “Əli əleyhissəlam da gərək onlar kimi edəydi. Əvvəlki xəlifələr daha tədbirli, daha uzaqgörən idilər. onların tədbiri nəticəsində Şamda və İraqda qan tökülmədi. məgər İslam qardaşlıq, mehribanlıq, sülh dini deyilmi? Əli (ə) cəməl, nəhrəvan və siffeyn müharibələrini aparmaqda səhv edibdir. xəlifə olduğu dörd il doqquz ay ərzində ancaq müharibə edibdir. buna görə də Əli əleyhissəlamın siyasəti düz deyildi.” unutmaq olmaz ki, Əli (ə) siyasətini təkcə öz zamanı üçün proqramlaşdırmamışdı. onun məqsədi bütün dövranlar üçün, qiyamətə qədər İslami hökumət sistemini tanıtdırmaq idi. İslam ədalət tərəfdarıdır. Əgər ədalət sülhlə, barışıqla hasil olursa, belə olan şəraitdə bir damla belə, qan axıdılmamalı və eləcə də heç kəsə, azacıq da olsa, töhmət vurulmamalıdır. Əli (ə) həmin şəxsiyyət idi ki, bir nəfər müsəlmanın yəhudi qızını qarət etdiyini eşitdikdə belə buyurmuşdu: “Əgər belə bir biabırçılıqdan sonra müsəlmanın ürəyi partlayıb ölsə, yeri var.” Əli (ə) hətta yəhudi qızının haqqının tapdalanmasına dözə bilmirdi. (Əli (ə) yəhudi qızının iffət və namusuna qarşı edilən ehtiramsızlığa dözə bilmirdi, amma bu günlər bə`zi müsəlman ölkələrində on minlərlə qız-gəlin öz namusunu əcnəbilərə satır; hamı bu dəhşətli faciəni cansıxıcı soyuqqanlılıqla müşahidə edir və heç nə olmamış kimi sükut edir.) belə bir insan necə razı ola bilərdi ki, nahaq yerə yetmiş min nəfəri qılıncın altına göndərsin? Əgər biz bu günkü düşüncə tərzi ilə bu məsələyə yanaşsaydıq, Əli (ə) barəsində nə deyəcəkdik? məgər o həzrəti daşürəklilik və siyasətsizlikdə ittiham etməyəcəkdikmi? amma Əli (ə) təkcə öz hakimiyyətini düşünmürdü. o həzrət İslami bir dövlət qurmaq istəyən kəslərə qiyamətə qədər nümunədir. İmam xomeyni (r) parisdə sürgündə olduğu günlərdə, dünyanın müxtəlif yerlərindən onun ətrafına toplaşmış jurnalistlər belə bir sualla müraciət etmişdilər: “Əgər siz qələbə çalsanız və şah rejimi devrilsə, İranda necə bir hökumət qurmaq istəyərdiniz? cavabında buyurmuşdu: “Əli (ə) hökumətini. bizə nümunə olacaq hökumət, yalnız Əli əleyhissəlamın hökumətidir.” qələbədən sonra belə buyurmuşdu: “Çəkdiyimiz bu qədər zəhmətlərə baxmayaraq, hələlik İslamın qoxusunu duya bilməmişik. İdeal hökumət Əli əleyhissəlamın göstərdiyi hökumətdir; xalq bizi himayə etdiyi təqdirdə, şəraitin icazə verdiyi qədər ona doğru hərəkət edəcəyik”. Əli (ə) beş il ərzində İslam hökumətini təkcə danışıqda deyil, əməldə tə`sis etmişdi. müaviyə isə Əli əleyhissəlamın şəhadətindən sonra müxtəlif siyasi oyunlardan istifadə etməklə və cəmiyyətin zəif xüsusiyyətlərindən bəhrələnməklə bu təfəkkür tərzini başqa cür mə᾿nalandırmağa çalışırdı. hakimiyyətdə olduğu iyirmi il müddətində xalqa saysız-hesabsız əziyyətlər verməklə yanaşı, beytül-malı xərcləyərək, müxtəlif adamları satın alırdı. digər tərəfdən də, mübarizə əhval-ruhiyyəli insanları ya həbs edir, ya da öldürtdürürdü. bir sözlə, camaatın nə bir söz deməyə, nə də bir iş görməyə cür᾿əti yox idi. başqa tə`birlə desək, insanların gözünün odunu almışdı. Əlbəttə, bütün bu çətinliklərə baxmayaraq, Əli (ə)-ın səhabələrindən müaviyə rejiminə qarşı çıxanlar da var idi. lakin onlar azlıq təşkil edirdilər. bu şəxslərin camaat arasında müəyyən qədər də olsa, ehtiramları var idi. hətta özlərini imanda zəif bilən və dünyaya bağlı olan kəslər də bu cür şəxsiyyətləri yüksək fəzilətlərinə görə sevirdilər. bu insanların fitri hisslərindəndir. günaha batmağımıza baxmayaraq, dindar, təqvalı insanları sevirik. qanunlara riayət etmir, lakin nizam-intizamlı, sözü ilə əməli düz olan insanları gördükdə, fitri olaraq onlara hörmət bəsləyirik. o zamanlar Əli əleyhissəlamın səhabələrindən bir neçə nəfəri bu adla tanınırdılar. yə᾿ni, onlar əməli-saleh insanlardan idilər. Əlbəttə, Əli (ə)-ın bə᾿zi səhabələri vardır ki, ictimai mövqelərindən əlavə, həm də böyük mə᾿nəvi dəyərlərə malik idilər. adi insani keyfiyyətlərdən əlavə, zöhd, təqva sahibi idilər. batinlərinin saf olması onların qeybdən xəbər verməsinə səbəb olurdu. Əli (ə)-ın bə᾿zi səhabələri həm özlərinin, həm də digərlərinin şəhadətini qabaqcadan bilib, bu barədə xəbər verirdilər. belə səhabələrdən dörd nəfəri digərlərindən daha çox seçilirdi: hücr ibni Ədi, Əmr ibni həmiq xəzai, rüşeyd həcəri və meysəm təmmar. bu dörd nəfəri susdurmaq heç cür mümkün deyildi. müaviyə bu dörd nəfəri ələ almaq üçün onlara nə qədər ehtiram göstərib, tə᾿rifləyib, hədiyyə təklif etmişdisə də, heç bir müvəffəqiyyət əldə edə bilməmişdi. bu şəxsiyyətlər peyğəmbəri (s) tanıyır və Əli əleyhissəlama da hədsiz məhəbbətlə bağlanmışdılar. bütün vücudları Əli əleyhissəlamın məhəbbətindən yoğrulmuşdu. hər zaman və hər yerdə Əli əleyhissəlamın fəzilətlərindən danışıb, xalqı oyatmağa çalışırdılar. müaviyə bu cür insanları yollarından döndərə bilmədiyi üçün, onları öldürmək qərarına gəldi. bir tərəfdə hücrü öldürür, digər tərəfdə də həmiqi. həmiqin başını kəsib arvadına göndərir. həmiqin mətanətli arvadı bunun müqabilində müaviyəyə sərt cavab göndərir. müaviyə bərk əsəbləşib əmr verir ki, həmin xanımı ölkədən sürgün etsinlər. bu cür insanların İmam Əli əleyhissəlama olan məhəbbət və vəfalarını çatdırmaq üçün bir rəvayət nəql etməyimiz yerinə düşərdi. günlərin bir günü Əmr ibni həmiq Əli (ə)-ın yanına gələrək deyir: “mənim mövlam, sizin yanınıza xəlifə və ya əlinizdə geniş imkanlar olduğu üçün gəlməmişəm. mən sizin yanınıza, allah sizə itaət etməyi bizlərə vacib buyurduğu, sizi bizlərə rəhbər qərar verdiyi üçün gəlmişəm. ya Əli! Əgər sizin əmrinizlə bütün dağları yerindən oynatsam və ya ömrüm boyu əlimdə qılınc sizin düşmənlərinizlə mübarizə aparsam, yenə də haqqınızı ödəyə bilmərəm. sizin mənim boynumda olan haqqınız bunlardan daha böyükdür”. Əmirəl-mö᾿minin (ə) xoşhal olub, onun üçün dua edir və buyurur: “kaş ki, müsəlmanlar arasında sənin kimi yüz nəfər olaydı”. müsəlmanlar arasında bu cür imanlı insanlar çox az idi. müaviyə bu iki möhtərəm şəxsi, yə᾿ni hücri və həmiqi işgəncə ilə qətlə yetirdi. onları öldürmək müaviyəyə sərf etməsə də, ayrı çıxış yolu yox idi. Çünki o, müsəlmanlar arasında bədnam olmaqdan ehtiyat edirdi. Əli (ə)-ın digər iki səhabəsi – həcəri və meysəm təmmar sağ qalmışdılar.
 0  24  + 8