AMAN HƏDİSİ(03.04.2020 | 13:12)
bu şərəfli hədis də öz növbəsində həzrət peyğəmbərin (s) əhli-beytinin müsəlmanlar arasında siyasi-e᾽tiqadi mahiyyətini izah edir. hər hansı bir millətin ən təhlükəli və xətərli məsələsi, onun siyasi-e᾽tiqadi məsələlərdə ixtilaf və təfriqələrlə üzləşməsidir. həzrət peyğəmbər (s) də öz ümmətinin gələcəkdə belə vəziyyətlərə düçar olmaması üçün və yaxud bu kimi şəraitlərdən çıxış yolu tapmaları üçün xüsusi bir layihə hazırlamışdır. o layihə allahın əmri ilə ümməti Әhli-beytə (ə) tərəf sövq etdirmək və onların ətrafında birləşdirməkdən ibarət idi. Әvvəldə söylədiyimiz hədislərdə Әhli-beyt (ə) «nicat gəmisi» və «bağışlanma qapısı» kimi təqdim edildi. indi söyləyəcəyimiz hədis isə Әhli-beyti (ə) ümmətin vəhdət mərkəzi və onları ixtilaf və azğınlıqdan qoruma vasitəsi kimi müəyyən edir. Әgər ümmət onların yolu ilə getsələr daimi olaraq ixtilaf və təfriqələrdən amanda qalarlar. məhz, buna görə də bu hədisin adına «aman hədisi» deyilmişdir. təbərani ibni abbasdan rəvayət edir ki, peyğəmbər (s) buyurmuşdur: «ulduzlar yer sakinlərini (gecələr dənizlərə gedərkən yolu tapmaqda) qərq və həlak olmaqdan amanda saxlayarlar, mənim isə əhli-beytim yer üzünün sakinlərini ixtilafdan amanda saxlayır.»[55] təbəri də Әlidən (ə) rəvayət etmişdir ki, peyğəmbər (s) belə buyurdu: «ulduzlar asiman sakinlərinin əmin-amanlıq vasitələridir, onlar yox olub getsələr, sakinləri də aradan gedər. mənim Әhli-beytim (ə) də yer əhlinin əmniyyət vasitəsidir, onlar aradan getsə, yer üzünün sakinləri də aradan gedər.» sonra artırır ki, hənbəl də öz «müsnəd»ində (mənaqib fəslində) bu hədisi nəql etmişdir.[56]
 0  18  + 6