Allaha iman(03.04.2020 | 13:11)
qedim zamanlardan beri, insanlar tam felsefi-mucerred tefekkur, yaxud delil-subut metodu ile elde olunan duşunce merhelesine yetişmemişden evvel allaha inanib, iman getirmiş, ona ibadet edib qelben mehebbet beslemiş ve onunla qirilmaz rabitede olmuşlar. elece de bu derin bagliliqlarini butun varliqlari ile duyub hiss etmişler. bu iman ve etiqad ne sinfi tezadlarin mehsulu, ne zalim ve istismarcilarin ellerinde kimlerise istismar etmek ucun bir vasite ve ne de istismar olunanlarin asayişe catib rahat nefes almalari ucun ozlerinden yaratdiqlari bir şey deyil. cunki, bu inam, qeyd olunan sinfi tezadlardan ve keşme-keşlerden cox-cox qabaq beşeriyyet tarixinde movcud olmuşdur. insanlardaki bu iman tebii felaketler qarşisinda yaranan qorxunun da neticesi ola bilmezdi. eks halda (yeni iman qorxu hissinden dogan bir şey olsaydi), onda tarix boyu en dindar şexsler tebii hadiseler qarşisinda en qorxaq, en dozumsuz ve aciz şexsler olmali idi. halbuki, tarix din başcilarinin esrler boyu qorxmaz ve hamidan şucaetli insanlar olduguna şahiddir. demeli, bele bir qenaete gelmek olar ki, imanin menşeyi insanin oz xaliqine olan batini cazibesinden ve derin koklere malik olan şuurundan ireli gelir. o, bunun vasitesi ile rebbine olan qirilmaz bagliligi oz fitreti ile derk edir. zamanin kecmesi ile insan felsefe ile taniş olduqdan sonra etrafindaki eşyalardan umumi mefhum ve anlayişlar cixartmişdir. meselen, varliq ve yoxluq, vucub (varligin zeruriliyi,) imtina (yoxlugun zeruriliyi), mumkunluk (varliq ve yoxlugun hec birinin zeruri olmamasi), vehdet (teklik) ve kesret (coxluq), murekkeb ve sade, kulli ve cuzi, muqeddem (ilkin) ve muexxer (sonradan gelen), sebeb ve netice ve s. kimi. o, ekser hallarda bu anlayişlardan istifade etmeye calişmiş ve daha sonra onlardan allaha olan imanini mohkemletmek ucun delil-subut kimi işletmişdir. yeni oz inancinin sebebini felsefe qalibinde aciqlayaraq beyan etmişdir.
 0  17  + 6