162- ci xutbe(03.04.2020 | 13:43)
imam ali eleyhis-salamin (she`ni uca olan allahin bezi sifetlerinin beyani baresindeki) xutbelerindendir. shukr bendeleri yaradan, yeri dosheyen, bol suyu alchaq yerlerde axidan ve bitkileri yuksekliklerde bitiren allaha layiqdir. onun evvel olmasinin bashlangici ve ebediliyinin sonu yoxdur. (buna gore de buyurur:) hemishe olmush evvel ve sonu olmayan ebedi odur. (ezemet ve boyukluyune gore ibadete layiq oldugu uchun) alinlar torpaga qoyularaq ona secde edib ve qelbler onun tovhid ve tekliyi baresinde yekdildir. sheylerin her birini yaradan zaman onlarin hedlerini mueyyenleshdirdi ki, ozu onlara oxsharliqdan ve benzerlikden ustun olsun. (demeli, sheylerin mehdud olmalari onun benzerinin olmamasina bir delildir.) dushunceler onu hedd, hereket, uzv ve aletlerle (zahiri ve batini quvvelerle) ferz ede bilmez. (chunki onun mumkun varligin teleblerinden olan hedd, hereket, uzv ve aleti yoxdur.) onun baresinde [ne vaxt olub?] deyilmir. hemchinin ne vaxta kimi olacagi mueyyenleshdirilmez. (agil qarshisinda ele) eyandir ki, [neden zahir oldu?] demek olmaz. (gozlerden ele) mexfidir ki, [nede gizlenib?] deyilmez. (chunki o, butun sebeblerin sebebidir ve yer ve mekanda olmaqdan uzaqdir). cisim deyil ki, uzaqdan goze charparaq sonra yox olsun. hemchinin perdenin altinda deyil ki, nese onu ehate etsin. onun sheylere yaxin olmasi yapishmaqla ve uzaq olmasi ayriliqla deyil. bendelerinden (bash veren) gozalti baxish, sozu tekrar ederek bir neche defe demek ve torpaq tepeye yaxinlashmaq ona gizli deyil. hemchinin o, qaranliq gecede ve (ya) ishiq sachan ayin kolge saldigi (zulmetini yox etdiyi) ve arxasinca nurlu guneshin geldiyi sukutlu gecede, batan ve chixan zamanda (ay batan kimi gun chixanda ve gunesh batan kimi ayin gorunmesinde) ve ruzigarin gunlerinin gecenin gelmesi ve gunduzun getmesi ile olan dovrunde bir addim atilmasindan xebersiz deyil. o, her bir son ve muddetden, hemchinin her bir saydan ve sayilandan qabaq olub. (chunki o, her bir sheyin yaradani oldugu uchun yaranmishlardan qabaq olmalidir.) hedleri teyin edenlerin olchuleri, teref ve cehetlerin sonunu, yerlerin hazirlanmasini ve mekanlarda yerlesherek meskunlashmagi ona nisbet vermelerinden uca ve uzaqdir. (buna gore de buyurur:) hedd ve son onun yaratdigi varliga layiqdir ve ondan bashqasina (mumkun varliqlara) nisbet verilir. eshyalari ezali ve ebedi esas, menshe ve numuneler esasinda yaratmayib (chunki onun yaratmasinin mensheyi olmayib), belke yaratdigini ve heddini teyin etdiyini (numune ve mensheyi olmadan, sirf istemekle) yaradib. vucuda getirdiyine suret ve shekil verdi ve onun suretini gozel ve munasib etdi. hech bir shey onun (fermani) muqabilinde itaetsizlik etmez (her bir shey itaetkar ve tabedir). itaet ve tabechilikden ona bir xeyir ve menfeet nesib olmur. onun kechen oluler baresindeki elmi qalan diriler baresindeki elmi kimidir. hemchinin onun uca goylerde olanlara elmi, alchaq yerlerdekilere elmi kimidir. bu da hemin xutbenin (insanin yaradilishinin heyranediciliyi ve yaradanin ezemet ve boyukluyu baresindeki) bir hissesidir ey beraber yaradilishla (hech bir noqsan ve chatishmazligi olmadan) yaradilan insan! ey qaranliq ushaqliqda ve choxlu perdelerde (betn, ushaqliq ve ciftin, yeni, insanin dunyaya gelerken ana betninden onunla birlikde chixdigi perdenin qaranliginda) qorunmush mexluq! xalis gilden (ve torpaq unsurlerinden teshkil olunmush insan bedeninden) bashlanmisan ve melum olchuye (en, uzun, naziklik ve qalinliq ashkar olana) ve bolunmush muddete (yeddi ve ya doqquz ay, yaxud ondan az ve ya chox hamilalik dovrune) qeder mohkem yere (ananin ushaqligina) qoyulmusan. ananin qarninda dol olmagina baxmayaraq, terpenirdin. soze cavab vermir, sesi eshitmirdin. sonra oz yerinden (ananin ushaqligindan) gormediyin ve xeyir yollarini bilmediyin eve chixarildin. sene ananin doshlerinden sud emmek yolunu kim gosterdi? seni ehtiyacin olan zaman mohtac oldugun ve istediyin sheyle kim tanish etdi? (meger butun bunlar yaradanin varligina ve movcud olmasina bir delil deyil ki, sen onun zatinin heqiqet ve mahiyyetini arashdirib derk etmek isteyirsen? onun zatinin heqiqet ve mahiyyetini derk etmek) nece de uzaqdir! (chunki) shekil, suret ve endam sahibinin sifetlerinde (onlari tanimaqda) aciz qalan kes, onu yaradanin sifetlerinde daha aciz ve onu, yaratdiqlarinin hedd ve sifetleri vasitesi ile derk etmekden daha uzaqdir.
 0  8  + 2