104. əl-Huməzə surəsi(03.04.2020 | 13:02)
"tənə edən" surəsi, 9 ayə, məkkədə nazil olub. mərhəmətli və rəhmli allahın adı ilə!   1. hər bir qeybət edənin, tənə vuranın vay halına! 2. o şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır 3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. 4. xeyr! o, mütləq hütəməyə atılacaqdır. 5. sən haradan biləsən ki, hütəmə nədir? 6. bu, allahın qaladığı oddur. 7. o od ki, qalxıb ürəklərə çatacaq. 8. həqiqətən, o od onların üzərində qapanacaqdır. 9. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.
 0  19  + 5