102. ət-Təkəsur surəsi(03.04.2020 | 13:02)
"Çoxluğa hərislik" surəsi, 8 ayə, məkkədə nazil olub. mərhəmətli və rəhmli allahın adı ilə!   1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, 2. gömülməklə qəbirləri ziyarət etdiniz. 3. yox-yox! siz aqibətinizi hökmən biləcəksiniz! 4. bir də yox! siz aqibətinizi tezliklə biləcəksiniz! 5. xeyr! kaş ki, yəqin biləydiniz. 6. siz cəhənnəmi mütləq görəcəksiniz! 7. onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! 8. sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.
 0  25  + 6